Ətraflı axtarış
Baxanların
33273
İnternetə qoyma tarixi: 2010/12/07
Sualın xülasəsi
islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
Sual
"Əl- islam" sözünün mənası bu ayəyə əsasən ("انّ الذین عنداللَّه الاسلام") Allahın müqabilində təslim olmaq mənası verdiyini yazırlar. Həmçinin bu mənaya əsasən "əl- islam" sözü məsdər, ismin kökü adlandırılır. Xahiş edirik bununla bağlı açıqlama verəsiz.
Qısa cavab

İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- şərtsiz) kamil surətdə təslim olmaq deməkdir. Həmçinin hər hansı bir zamanda yeni peyğəmbərlərin gəlişilə insanların vəzifəsi öz şəriyyətlərindən yeni gəlmiş peyğəmbərin şəriyyətinə keçmək və onun dediklərinə kamil surətdə təslim olmaqdır. Belə nəticə alırıq ki, tarix boyunca gəlmiş peyğəmbərlərin hədəfləri biz olduğu və onlar insanları bir- dinə (islam) dəvət etdikləri, həmçinin bir- birlərinin gətirdiklərini (şəriyyət baxımından) tamamladıqları üçün, insanların vəzifəsi yeni dinə əməl etməkdir.

Məqam və fəzilət baxımından onların arasında fərq olsada,[i] hədəflərində zərrə qədər də fərqin olması mümkün deyil. Çünki, onlar tək olan Allah tərəfindən bəşəriyyətin hidayəti üçün, göndərilmişdirlər. Amma bir- birinin ardınca gələn peyğəmbərlərin gətirdikləri din, insanların ümumi şəriyyətinə uyğun olduğu üçün heç bir tayfanın və ya qövmün əvvəlki peyğəmbərin dinində qalmaq hüququ yoxdur. O, yalnız yeni gəlmiş peyğəmbərlərin dininə əməl etməklə öz zamanında dinini və imanını kamil etmiş olar.

Bu bəyana əsasən demək olar ki, Məhəmməd (s) sonuncu peyğəmbər olduğu üçün islam dinində şəriyyətlərin sonuncusu olaraq qiyamətə kimi davam edəcəkdir.

Yəni bütün dinlərin ən kamili və sonuncusu Məhəmmədin (s) gətirdiyi şəriyyətdir. Bu səbəbdən də Allah taalanın əmrinə əsasən bütün dünya insanları öz dinlərindən əl çəkib sonuncu və ümum bəşər olan islam dinini qəbul etməlidirlər. Əks halda isə onlar Allah yanında dinsiz, kafir və Allahın əmrlərinə tabe olmayan insanlar sırasına daxil olacaqlar.



[i] - İsra surəsi, ayə 55, Bəqərə surəsi, ayə 253

Ətreaflı cavab

Allahın müqabilində təslim olmağın özünə aid mərtəbələri və dərəcələri vardır:

  1. Bütün yaranmışların (həmçinin insan) Allah müqabilində ixtiyarsız təslim olması (təkvini):

Yəni yaradılış, yaranmışların növləri və cinsləri, onların yaşayışı, cürbə- cür hallara düşmələri və nəhayət ölümləri və sair... bunların heç birinin ixtiyarı öz əllərində deyil. İstəsəkdə- istəməsəkdə bunlar təbiət aləmində baş verəcəkdir.[1] Çünki bunların ixtiyarı və malikiyyəti ulu Tanrının hökmüilədir. Bu səbəbdən bütün ilahi düşmənlər o cümlədən kafirlər və müşriklər və sair... istər- istəməz bu əmrə ixtiyarsız olaraq tabedirlər.[2]

  1. İslam dinin nəzərinə əsasən əgər insan, səhf yollarla tərbiyələnməsə öz fitrəti sayəsində tövhidə yetişər və şirkdən uzaqlaşar. İbrahim peyğəmbər bunun bariz nümunəsidir. O, öz fitrəti sayəsində təbiətə baxaraq ulu tanrıya yetişdi və ona belə münacat etdi: Yeri və göyü yaradan Allaha tərəf gedirəm və özümü onun müqabilində təslim edirəm"[3]

  2. İslam, dinə təslim olmaq mənasındadır: Yəni bütün ilahi əmrləri səmimi qəlbdən və qeyd şərtsiz yerinə yetirmək və bu əmrin nəticəsində bir çox istədiyi şeylərin tərk olması və bütün ilahi maarifin, o cümlədən əxlaq təlim- tərbiyəsinin qəbul olunması deməkdir. Belə təslim olmaq əsil dindarlıq iddiasında olmaq deməkdir. Yəni əgər şəxs özünü dindar sayırsa, gərək dinin bütün əmrlərinə özünü tamamilə tabe etsin və bu yolda əlindən gələni əsirgəməsin.

Əgər dinin əmrləri onun nəfsi istəklərinə uyğun olmazsa belə, gərək qəbul etsin.[4]

Bu səbəbdən də əgər hər bir şəxsin peyğəmbəri ona "bir müddətdən sonra öz dinini məndən sonra gələnin dini ilə əvəz et desə onun əsas vəzifəsidir ki, öz peyğəmbərindən sonra dediklərini kamil surətdə yerinə yetirsin. Məsələn: Əgər yəhudi dinində olanlar həqiqətən Musanın (ə) ardıcılı idilərsə islam dinini qəbul etməli idilər. Həmçinin İsanın dinin də olanlar da Məhəmməd peyğəmbərin dinini qəbul etməlidirlər. Bunun nəticəsində müsəlmanlıq və islam dini bütün dünyada hakim din olmalı idi. Amma təəssüf ki, belə deyil.

  1. İslam dini sonuncu din olduğu üçün ən kamil din olaraq qalır.[5] Bu səbəbdən də ondan öncə olan dinlər nəsx olmalıdır.

  2. Allah- Taala islam dinini sonuncu din olaraq bəyan edir. Buna əsasən də islam dinindən başqa heç din Allahın hüzurunda qəbul deyil. Çünki islam dini bütün islami dinlər və peyğəmbərlərin Allah tərəfindən haqq olduğunu və həmçinin özünü dinlərin ən kamil dini olaraq gəlməsini bəyan edir. Bundan əlavə xristian və yəhudi dini islam dininə əsasən naqis olduqları və bəşəriyyətin ehtiyaclarına cavab verə bilmədikləri üçün Allah dərgahında qəbul olunmur. [6]

Ayədə olan "əl- islam" sözündən yuxarıda qeyd etdiyimiz dörd hissəni asanlıqla görmək olar. Əsil həqiqət yolçusu olanlar və öz axır- aqibətinin xeyirli və səadətli olmalarını istəyənlər gərək öz fitrətlərinin tövhid nidasına cavab verərək islam dinini qəbul etməlidirlər. Həmçinin islam dinini qəbul etməklə bütün ilahi peyğəmbərlər və dinlərin qəbul etmiş olur. hər kəs islam dinini qəbul etsə, əsil səadət və hidayət yoluna qədəm qoymuş olur.[7]

İslam dinini qəbul etməyin dərəcələri və mərhələləri vardır ki, aşağıda qeyd olunmuşdur:

1.      Kəlmeyi şəhadəti dildə demək və islam dininin bəzi əməllərini yerinə yetirmək, islamı zahiri surətdə qəbul etməkdir. Hər çənd bunun əqidəyə və imana təsiri və faydası olmasa belə...

Amma bunun əsas faydası odur ki, o şəxs müsəlman sayılaraq islamın bütün qanunlarından istifadə etmək hüququna malik olur. Məsələn, nikah, bədənin paklığı  və sair...[8]

2.      İslam, Allaha qəlbən, yəqinliklə iman gətirmək bütün ilahi əmirləri səmimi qəlblə yerinə yetirmək deməkdir. Baxmayaraq ki, bəzən iman gətirən şəxs yolda büdrəyir və bir çox məkruhatlara yol verir.[9]

3.      İslam, Allah və peyğəmbəri səmimi qəlbdən qəbul etmək və onların razılığını qazanmaq üçün əlindən gələni etmək, həmçinin onların müqabilində xuzu və xuşu (əyilmək) etməkdən yorulmamaq deməkdir. Bundan əlavə zərrə qədər də olsun belə peyğəmbərə imama şəkk etməmək və onların dediklərini canla- başla yerinə yetirməkdir.[10] Belə olan halda bəndə özünü Allaha təslim edərək, özünü Allahın "məmluku" və Allahı da özünün "maliki" bilərək, o şeyi yerinə yetirir ki, tək Allah ondan razı olsun. O şeyi sevir ki, Allah onu sevir."

4.      Bəzən də "İslami; Allaha təslim olmaq belədir ki, bəndə özündə heç bir azadlıq hiss etmir və heç nəyə Allahın razılığı olmadan iradə etmir. Nəyisə iradə etsədə o işdə Allahın eşqi və razılığı o dərəcədə olur ki, bəndə o işi yerinə yetirməkdə özünü fəda edir və cismini unudaraq gecə- gündüz övliya Allah "məqamına yetişməyə və Allahın sadiq bəndəsi olmağa can atır. Bu məqama çatdıqda isə səbirsizliklə liqaullahı", əcəli gözləməyə başlayırlar. Onlar o kəslərdirlər ki, nə keçmişlərinə baxıb təəssüflənərlər, nə də gələcək onlar üçün qəm- qüssəlidir və əllərindən gedən dünya malı üçündə kədərlənməzlər.[11] Onlar hər an Allahın razılığı üçün "ləbbeyk" deyən kəslərdir. Onlar üçün baş verəcəklərdə heç bir qorxu hissi yoxdur.[12] Bunun bariz nümunəsi Kərbəla vaqiyəsidir.[13]

Xülasə budur ki, islam dinini qəbul etmək Allahın bütün əmrlərini sırfən yerinə yetirmək və Allahın müqabilində tam şəkildə itaətkar olmaq deməkdir.[14]

Digər tərəfdən isə islam dini vilayət, (həzrət Əlinin Qədir- xumda imam seçilməsi). Mövzusu ilə tamamlandığı[15] və "kamil din" adlandığı üçün, imaməti qəbul etməmək, Allah müqabilində "sırf təslim" sayılmaz. Allah müqabilində o şəxsin imanı kamildir ki, imaməti, islamın vacibatından saysın və Əli (ə)ı peyğəmbərdən sonra haqq canişin olaraq tanısın. Əgər kimsə bunu qəbul etməsə nə imanı, nə də dini kamil deyildir. Allah taala Qurani kərimdə buyurur: Ey o kəslər ki, iman gətirmisiniz! Allaha və peyğəmbərinə itaət edin. Nə onun sözünü eşitdiyiniz zaman ondan üz çevirməyin! O kəslərdən olmayın ki, deyirdilər: "Eşitdik" amma həqiqətdə eşitmirdilər. Allah yanında yer üzündə bəzən məxluqatın ən pisi dərk etməyən korlar və lallardır. Ey iman gətirənlər! Allaha və peyğəmbərinə xəyanət etməyin və öz əməllərinizdə də xəyanəti rəva görməyin"[16] və de ki, "Haqq din Allahdandır. Kim istəyir inansın və kimdə istəyir inanmasın və kafir olsun. Biz zalımlar üçün belə bir atəş hazırlamışıq ki, onun pərdələri onu bürüyəcəkdir."[17]

"Səqəleyn "hədisi" həm sünni və şiə rəvayətləri arasında fərqlidir. Allah taala bu hədisdə bizi Qurandan və əhli- beytdən ayrılmamağımızı sifariş etmişdir. Yəni hər kəs bunun ikisindən birini seçsə yalnız zahirdə islamda iman gətiribdir və onun əmələri qəbul həddə deyildir. Çünki Allah Taala peyğəmbərin vasitəsi ilə bizi qiyamətə kimi, bu iki əmanətdən ayrılmamağı və onlara xəyanət etməməyi əmr etmişdir.

Deməli islam dini vilayət dinidir. Yəni islam dini vilayətsiz sırfən təsdiq olunmur.

Mənbələr:

  1. Şirazi, Mirzə Əbu Talib, əsvarul əqaid, məktəbul islam, çap 1, 1377, Qum, kulu məktəb və sair təfasir zil ayat məzkure dər pavərəqha.

  2. Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan, in ticarət islami, Qum, cild 1, səh 300- 308, cild 7, səh 342- 347, cild 3, səh 120- 123 və 331- 339

  3. Qummi Məşhədi, Məhəmməd ibn Məhəmməd Rza, kənzul- dəqaiq, müəssiseyi təbə və nəşr vezarət ərşad, çap 1, 1411 q. Tehran, cild 4, səh 123 və 442, cild 3, səh 56- 58



[1] - Ali İmran surəsi, ayə 83, Rəad surəsi, ayə 15, Fussilət surəsi, ayə 15

[2] - Göstərici: İxtiyar və məşiyyət ilahi sual 153, Ənkəbut surəsi, ayə 98

[3] - Ənam surəsi, ayə 79

[4] - Əhzab 36, Ənam surəsi, ayə 122- 127, Nisa surəsi, ayə 60- 70

[5] - Əhzab surəsi, ayə 40, R. K. Mütəhhəri, Mürtəza, Xatəmiyyət

[6] - Ali İmran surəsi, ayə 79- 95

[7] - Ənam surəsi, ayə 153, Maidə surəsi, ayə 15- 19

[8] - Hucurat surəsi, ayə 144

[9] - Zuxruf surəsi, ayə 69, Bəqərə surəsi, ayə 208, Hucurat surəsi, ayə 15

[10] - Nisa surəsi, ayə 65, Möminun surəsi, ayə 1- 3

[11] - Yunus surəsi, ayə 62

[12] - Hədid surəsi, ayə 23, Ali- İmran surəsi, ayə 153

[13] - Fəcr surəsi, ayə 27- 30

[14] - R. k. Əl- mizan cild 1, səh 300- 303

[15] - R. K. Həmaye: Təhrif və məzahib qeyri şie, səh 260, Maidə surəsi, ayə 3- 6 və s.

[16] - Ənfal surəsi, ayə 20- 27

[17] - Kəgf surəsi, ayə 29

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya doğrudur ki, həzrət Peyğəmbərin sübh namazı bir dəfə qəza olmuşdur?
    7316 Nizamlar hüquq və əhkam 2011/05/15
    Bu fiqh məsələlərindən biridir və etiqadi bəhslərə ehtiyacı vardır; əlbəttə ki, bu mövzuda bir neçə rəvayət də bizə çatmışdır. Amma fiqh alimləri bunu bir mənalı olaraq qəbul etməmişdirlər, bəziləri bunu digər dəlillərlə qarşı- qarşıya gəlməsi və Peyğəmbərin (s) ismətiylə uyğun olmadığını bu cür rəvayətləri qəbul ...
  • "Əl- mulqən" və "Əl- mutlə" adları kamiliyyə sifətlərindədir yoxsa camaliyə?
    5489 Qədim kəlam 2012/04/18
    Kəlam elmindəki məşhur terminə əsasən, Allah üçün bir sifət isbat edən, Allahın bütün sübut sifətləri, həm Allahın lütfünə şamil olan sifətlər, həm onun qəzəbinə şamil olan və... hamısı camal sifətlər sayılırlar. Bu cəhətdən onların arasında heç bir fərq yoxdur. O cümlədən, sualda olan mulqən və mutlə sifətləri ...
  • Mümkündürsə, yeddilik təşkil edən behiştlər barədə izah verin.
    7186 Qədim kəlam 2012/07/22
    Rəvayət və təfsir mənbələrində Darus-səlam, Darul-cəlal, Cənnətul-mə’va, Cənnətul-xuld, Cənnətu-ədn, Cənnətu-firdovs, Cənnətu-nəim behişt üçün qeyd olunan yeddi addır. Əlbəttə, bəzi alimlər inanır ki, bu adların hamısı elə bir dənə behiştə aid edilir və bu adların hər biri behiştin mərtəbələrindən birini göstərir. Çünki Cənnəti-ədn dedikdə məqsəd daimi iqamətgah olan ...
  • Фәна вә фәна мәгамыны изаһ един!
    6377 Nəzəri irfan 2010/04/24
    Фәна, лүғәтдә мәһв олмаг вә јохлугдур. Бу сөзүн зидди исә бәга вә галмагдыр. Мәсәлән, Аллаһ һаггында бәга вә галмаг, диҝәр мөвҹудатлар һаггында исә фәна вә арадан ҝетмәклик ифадәләрини ишләтмәк дүзҝүндүр. Үмуми мәнасы исә инсанын өзүнү ҝөрмәмәси вә тапмамасы демәкдир. Әлбәттә, о мәнада јох ки, инсан тамамилә ...
  • İslamda faizsiz borc verməyin və borc almağın qaydaları nədir?
    9541 Əməli əxlaq 2012/03/14
    Dini təlimlərimizdə mömin qardaşlara borc verməyin xüsusi qayda-qanunların və şərtləri vardır ki, onların bəzilərini qeyd edirik: 1. Borc vermək ixlsala yanaşı olsun; 2. Tam razılıq üzündən və ürəkdən verilmiş olsun; 3. Borc halal maldan verilsin; 4. Borc verilən zaman ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7364 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Allahdan qeyrisindən kömək istəmək tövhid ruhu ilə uyğundurmu?
    14951 Təfsir 2011/11/24
    Əgər Allahdan qeyrisindən – ilahi övliyalardan kömək istəmək hacəti rəva qılmaqda o böyük şəxsiyyətlərin və ilahi övliyaların birbaşa təsirli olmasına və Allaha ehtiyaclı olmamasına etiqad əsasında olsa, bu, tam mənada şirk, tövhidlə zidd əqidədir və bu iş caiz deyildir. Lakin əgər bu böyük şəxsiyyətlərin insanın hacətini Allahın ...
  • Torpağa səcdənin fəlsəfəsi nədir?
    17496 Nizamlar hüquq və əhkam 2012/07/22
    Səcdənin həqiqəti (Allah qarşısında) xüzu, zillət və bəndəlik izhar etməkdir. Səcdə vacib əməllərdən biridir. Çünki Allahın kəlamında deyilir: “Ey iman gətirənlər! Rüku edin və səcdə yerinə yetirin!” Bimək zəruridir ki, şiələr “torpaq üçün” deyil, “torpağın üzərinə” səcdə edirlər. Çünki Allahdan başqası üçün səcdə etmək bütün ...
  • Ayağın üstünə məsh çəkmək üçün söykənəcəyə söykənmək şərtdirmi?
    5742 Nizamlar hüquq və əhkam 2011/06/27
    Başa və ayağa məsh çəkmək, söykənəcəyə söykənmək ya söykənməmək şərt olunmayıbdır. Əksinə meyar budur ki, baş və ayaq hərəkətsiz saxlanılıb və onların üstünə əl şəkilməlidir. Ayağın söykənəcəyə söykənməsinin deyilməsi, onun hərəkətsiz qalması üçündür. Həzrət İmam Xumeyni (rh) bu barədə buyurubdur: "Başa və ayağın üstünə məsh çəkəndə əli onların üstünə ...
  • İslam nəzərindən təbliğ üslubu nədən ibarətdir?
    8087 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/13
    “Təbliğ” hər hansı bir xəbəri çatdırmaq mənasınadır. İlahi peyğəmbərlərin, xüsusilə həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in ilahi risalət vəzifəsi insanların zülmətlərdən nura doğru hidayətindən ibarət idi. Buna görə də İslamda təbliğ Allahın sözünü bəndələrinə çatdırmaq ünvanı ilə çox böyük əhəmiyyət daşıyır. İslamda təbliğ üslublarını üç qismə: kəlami (şifahi), yazılı və ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163163 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155831 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118021 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110200 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    100150 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91648 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53598 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    46145 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44039 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43278 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...