Ətraflı axtarış
Baxanların
11008
İnternetə qoyma tarixi: 2011/07/02
Sualın xülasəsi
Hurul- eyn barəsində və onların qadınlara da məxsus olması barədə açıqlama verin?
Sual
Sizin nəzəriniz Hueul- eyn barəsində və bu nemət yalnız kişilərə verilir və ya mömin qadınlara da verilir, nədir? Aya bu barədə ayə və rəvayətlərə nəzər salaraq hər iki tərifi təsdiqləyən mənbə var ya yox?
Qısa cavab

Allaha iman və yaxşı işlər qarşısında İlahi nemətlərdən biri də cənnət və onun nemətləridir. Behiştə daxil olmaq üçün kişiylə qadın arasında heç bir fərq yoxdur. Allahın behiştdə verdiyi nemətlərdə biri də (Hurul- eyn)- dir ki, Quran və bir çox rəvayətlər ona işarə etmişdir.

Buna görə də bir çox təfsir alimlərinin dediklərinə əsasən, behiştdə evlənmək, onun dünyada olduğu kimi olması deyildir. Bəlkə Hurul- eynlə evlənmək, bu mənadadır ki, Hurul- eynin Allah tərəfindən bağışlanması və əta edilməsi kimi təfsir olunmuşdur.

Buna da diqqət etmək lazımdır ki, Hur və eyn kəlməsi kimi və qadın üçün, hər ikisində istifadə olunur. Bunun üçün də geniş mənaya malikdir ki, hər ailəyə (istər kişi, istərsə də qadın olsun) şamil olur; qadınlar mömin kişilər üçün və kişi Hurul- eynlər isə mömin qadınlar üçündür.[i]

ƏLavə etmək lazımdır ki, behişt əhlinin xidmətçisi (qılman)- lardır (behiştin gözəl oğlanları) ki, orada qərar verilmişdir və burada da yenə kişi və qadın arasında heç bir fərq yoxdur.



[i] - Məkarim Şirazi, Nasir, Didare yar (Məad dər kəlame vəhy 9), səh 120 və 121.

Ətreaflı cavab

Böyük nemətlərdən biri də odur ki, Allah Taala mömin və təqvalı insanlar üçün nəzərdə tutmuşdur, behişt və onun cavidan nemətləridir. Əlbəttə Allahın onlardan razı olması ən böyük nemətdir. Tək bir şey ki, behiştə daxil olmağa bais olur, insanın dünyadakı saleh əməlləri və onun imanıdır.

İnsanın hər nə qədər imanı və saleh əməlləri çox olsa, behiştdə də məqamı yüksək olacaqdır kişi və qadın arasında heç bir fərq yoxdur və hər bir kəs bu məqama yetişə bilər. Allah Taala buyurur: Kişi və qadınlardan hər bir şəxs saleh əməl görüb və imanı olsa, həqiqətən behiştə daxil olacaq və orada hesabsız ruzi sahibi olacaqlar.[1]

Əlbəttə ki, axirət aləmində hökm və qanunlar ki, maddi və dünyada icra olunur, intizarında olmaq səhv bir fikir və mənasızdır. Əgər ayə və rəvayətlərdə yeyib- içmək və çaylar kənarında gözəl üzlü cavanlardan söz açılmışdır, ən çox bizim qiyamət aləmini dərk etməmiz üçündür. Diqqət etmək lazımdır ki, bu ləzzətlər, dünyadakı ləzzətlər kimi deyildir.[2] Ayə və rəvayətlərdən istifadə olur ki, behişt əhli hər nə istəyərsə ixtiyarlarında hazır olacaq.[3] Behişt nemətlərindənHurul- eynə işarə etmək olar.

Qurani- kərimin bir neçə ayəsində behişt zövcələrindən (Hurul- eyn) kimi işarə olunmuşdur.[4]

Ərəb ədəbiyyatında hur (حور) kəlməsi hura (حوراء) kəlməsinin cəmi və o qadına deyilir ki, gözlərinin ağı daha çox ağ və gözlərinin qarası da daha qara olsun və ya o qadına deyilir ki, ahu gözləri kimi qara gözlü olsun. Amma (عین) kəlməsi eyna (عیناء) kəlməsinin cəmi böyük gözlü deməkdir.

Quran, Hurul- eyni behitdə ki, mirvarilərə vəsf etmişdir.[5] Bunu başa düşmək olur ki, Hurul- eyn dünyadakı qadınlardan başqz bir varlıqdır.[6] Allah Taala onlar barəsində buyurur: Hurul- eyn onlarla evləndirəcəyik.[7]

Bir çox ayələr[8] behişt əhliylə həmsöhbət kimi onları vəsf etmişdir: "Gözəl qadın və kişi surətində ki, ən gözəl və təravətdə mələklərdirlər".

Bunun üçün də bir çox təfsirçilər, dünyadakı evlilik kimi məna etmişdirlər ki, amma bu da behiştdə yoxdur.

Bəs məlum olur ki, Allah tərəfindən behişt əhlinə Hurul- eyni əta edilməsi və yaxın olması nəzərdə tutulmuşdur.[9]

Əlbəttə yenə də diqqət etmək lazımdır ki, hur və eyn kəlməsi kişiyə deyildiyi kimi qadına da deyilir: Bunun üçün də geniş mənaya şamil olur ki, bütün kişi və qadın cütlüyünə şamil olur; qadın hurilər mömin kişilər üçün və kişi hurilərsə mömin qadınlar üçün nəzərdə tutulmuşdur.[10]

Sonda bu nöqtəyə diqqət yetirmək daha yaxşı olar ki, behişt əhlinin xidmətçiləri, "qılman"lardır ki, onları behiştin gözəl xidmətçiləri adladırırlar. Onlar gözəl simalı oğlanlardır ki, hər an onları görsən hesab edərsən ki, təraş olunmuş gövhərdirlər.[11] Güya mirvarid zəncirləridirlər.[12]

Ayənin zahirindən bunu əldə etmək olur ki, behiştdə ki, gözəl oğlanlar yalnız behişt əhlinə xidmət etmək üçün yaranmışdırlar.

Bütün bu bəhslərdən nəticə alırıq ki:

Allahın bütün nemətləri, əməli saleh və mömin qadın və kişilər üçün nəzərdə tutulmuşdur. "Hurul- eyn" behişt əhlinin gözəl həm söhbətləri və "qılman" isə behiştdə gözəl üzlü xidmətlər istisna olunmur.

Əlavə məlumat üçün bax: Göstərici: Behişt Hurul- eyni və izdivac. Sual 848.



[1] - Ğafir surəsi, ayə 40.

[2] - İsgəndəri, Hüseyn Ayehayi zendegi, cild 5, səh 302.

[3] - Fussilət surəsi, ayə 31.

[4] - Duxan surəsi, ayə 54; Tur surəsi, ayə 22, Vaqiə surəsi, ayə 22- 23.

[5] - " و حور عین؛ کامثال اللؤلؤ المکنون " və iri gözlü hurilər; cərgədəki mirvaridlər kimi. Əl- vaqiə surəsi, ayə 23- 24.

[6] - Əl- mizanın tərcüməsi, cild 18, səh 228.

[7] - Duxan 54.

[8] - Saffat surəsi, ayə 47. Ərrəhman surəsi, ayə 58, Rəhman 70- 72, İnsan surəsi, ayə 19, Tur surəsi, ayə 24

[9] - Biharul- ənvar, cild 8, səh 99: Əl- mizanın tərcüməsi, cild 18, səh 228.

[10] - Didare yar (Məad dər kəlame vəhy 9) Həmin.

[11] - İnsan surəsi, ayə 19

«یطوف علیهم ولدان، مخلدون اذا رأیتهم حسبتهم لولوءً منثوراً»

[12] - Tur surəsi, ayə

« یطوف علیهم غلمان لهم کانهم لولوء مکنون »

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Şiə məzhəbinin əsas firqələrinin sayını neçədir?
    11872 Qədim kəlam 2011/09/10
    "Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir. Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir: Həzrət Əli (ə)-ı ...
  • Niyə görə insan Allahı yaddan çıxarır?
    6313 Əməli əxlaq 2011/08/09
    Şeytanın vəsvəsələri, dünyaya bağlılıq və günah Pərvərdigarı yaddan çıxarmağın amillərindəndirlər, bunların əksi olaraq, namaz, Quran, Allahın ayələrində təfəkkür, dəlil və sübutlardan istifadə etmək qəlbləri Allahı yadı ilə dirildə bilər.Allahı yada salmağın aşağıdakı müsbət təsirləri vardır:1- Allaha itaəti zərur hesab etmək. 2- Təvazökarlıq. ...
  • Kimlər cənnətə daxil olacaq?
    11627 Qədim kəlam 2011/02/14
    Bir çox Quan ayələrində tədqiqat aparıldığı zaman, bu nəticəni əldə etmək olur ki, cənnət Allahın insanlara verdiyi bir vədədir. Cənnət o insanlara nəsib olur ki, "müttəqi" "mömin" Allahın və onun rəsulunun göstərişlərini tamamlaya yerinə yetirsin. Bu cür insan səadətə çatmış və xoşbəxt insandır. Allahın və həzrət rəsul əkrəmin ...
  • Ölkədən xaricdə qeyri İslami mühitdə necə iman saxlamaq olar?
    5608 Əməli əxlaq 2012/06/13
    İnsanı və İslami əxlaqı qorumaq və dini göstərişlərə əməl etmək, habelə dini dəyərləri qoruyub saxlamaq dünya həyatının xoşbəxtçiliyində bir başa təsirlidir. Bunlara riayət etmək xəbis, səviyyəsis və heyvani yaşayışı, pak və bərəkətli həyata çevirir. Dini göstərişlərə doğru, xorafatsız, ifratsız və təfritsiz əməl edən insan öz yaşayışından ...
  • İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin (ə) övladlarına çatdı?
    10950 Qədim kəlam 2012/06/13
    Sualın cavabını əldə etmək üçün bir nöqtəyə diqqət etmək lazımdır. O şəxs ki, İmamət məqamına çatır bir çox xüsusiyyətlərə o cümlədən ismət, elm, şücaət, səxavət və... malik olmalıdır və insanların bu xsusiyyətləri başqalarında olmasını müəyyən etməsi mümkün olmadığı üçün, İmamətin təyin edilməsi Allah tərəfindəndir ...
  • Amerika fabriklərində hazırlanan üzüm mürəbbalarından yemək halaldır?
    5227 Nizamlar hüquq və əhkam 2011/11/12
    Üzüm mürəbbasından istifadə etmək barədə istər Amerka fabriklərində hazırlanmış olsun olsun istər qeyri İslami ölkələrdə, sizin sualınızın araşdırmasında, əziz mərcəyi təqlidlərin dəftərlərindən aşağıdakı cavablar alınmışdır: Həzrəti ayətullah- ul- üzma Xameyi (Allah izzətin artırsın)Əgər məstedici olmasa və yəqininiz də olmasa ki qeyri əhli kitab kafirin bədəni rütubət halında onunla ...
  • İmam Zamanını (əc) zühuru göydən gələn uca bir səsəmi bağlıdır? Ondan əvvəl zühur olacaqmı?
    5609 نشانه های ظهور 2015/06/29
    İmam Zamanın (əc) qəti zühur əlamətlərindən biri Qədr gecəsi bütün göy aləmini uca bir səsin bürüməsidir. Rəvayətlərə görə bu səs “seyhə” və ya “səs” adlanır və mübarək ramazan ayının 23-cü Qədr gecəsi və cümə axşamı ilə üst-üstə düşür.[1] Bütün dünya əhli öz qulaqları ilə ...
  • İsmətin mənasını açıqlayın, və məsum imamlardan (ə) başqa insanlarda ismətə malik ola bilərmi?
    6649 Qədim kəlam 2011/02/14
    Etiqad elmi baxımından, ismət məqamına yiyələnən hər bir şəxsə "məsum" deyilir. Məsum o insandır ki, Allahın lütf və mərhəməti sayəsində hər bir günah və çirkinlikdən amanda qalaraq o çirkinliklərdən çəkinir. Kiçik səhvlərdən belə uzaq olub, günah və xətalardan üz çevirir. Hər zaman səy edir ki, o xəta və səhvlərdən amanda ...
  • Sair səma cisimlərində və kürələrdə canlı varlıqların olması barəsində İslamın nəzəri nədir?
    7926 Təfsir 2011/07/28
    Başqa göy cisimlərində və ya kəhkəşanlarda canlı və yaxud ağıllı varlıqların olub-olmaması bəşəriyyəti maraqlandıran suallardan biridir, lakin indiyə qədər onlara lazımi cavab tapmamışlar. Quranın bəzi ayələrində asimanda canlı varlıqların olmasına işarə edilir. O cümlədən:
  • İslam və Quran nəzərindən qisas hökmünün fəlsəfəsi nədir?
    14801 Əhkam və hüquq fəlsəfəsi 2012/02/13
    Qisas İslamın cəza qanunlarından və ilahi hökmlərdən biridir və Quranda “cəmiyyətin həyat amili” kimi təqdim edilir. Qisas hökmünün qanun halına salınması ədalətdən uzaq olan kor-koranə intiqamçılığın qarşısını almaq məqsədi daşıyır. Həmçinin bu qanun cinayətkarların günahsız insanları qətlə yetirməyə cürət tapmaması, mülki əhalini yaralayıb döyməyin qarşısını almaq üçün qoyulmuşdur. Sağlam ictimai ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162917 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155086 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117815 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109768 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99009 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91370 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53388 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45368 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43783 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42951 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...