Ətraflı axtarış
Baxanların
14787
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
İslam və Quran nəzərindən qisas hökmünün fəlsəfəsi nədir?
Sual
İslam və Quran nəzərindən qisas hökmünün fəlsəfəsi nədir?
Qısa cavab

Qisas İslamın cəza qanunlarından və ilahi hökmlərdən biridir və Quranda “cəmiyyətin həyat amili” kimi təqdim edilir. Qisas hökmünün qanun halına salınması ədalətdən uzaq olan kor-koranə intiqamçılığın qarşısını almaq məqsədi daşıyır. Həmçinin bu qanun cinayətkarların günahsız insanları qətlə yetirməyə cürət tapmaması, mülki əhalini yaralayıb döyməyin qarşısını almaq üçün qoyulmuşdur. Sağlam ictimai həyat ictimai asayişə və təhlükəsizliyə, qarşılıqlı vəzifələrə riayət olunmasına; ictimai asayiş də ictimai həyatın sütun və prinsiplərinin qorunub saxlanmasına bağlıdır. Qisas hökmü cinayətkarların müqabilində cəmiyyətin mühüm sütunlarının, yəni vətəndaşların həyatının qorunub saxlanması üçün qoyulmuşdur.

Ətreaflı cavab

İslamda cəza-hüquq qanunlarından biri də qisasdır. Qisas lüğətdə hər hansı bir şeyin əsər-əlamətini izləmək mənasınadır.[1] Termində isə: “Cinayətin əsər-əlamətlərini izləməkdir. Belə ki, qisas almaqla cinayətkar şəxsin törətdiyi iş onun özünə qarşı rəva görülür.”[2]

Qisas qanunu istər onun verildiyi zamanda, istərsə də bizim dövrümüzdə çox insani və mütərəqqi bir qanundur. “Təfsiri-nümunə” kitabında “Bəqərə” surəsinin 179-cu ayəsinin izahında qisasın fəlsəfəsi (qanun halına salınma səbəbi) ilə əlaqədar yazılır: “Cahil ərəblərin adətləri bu idi ki, əgər onların qəbiləsindən bir şəxs qətlə yetirilsəydi, qatilin qəbiləsindən bacardıqları qədər adam öldürürdülər. Bu adət o qədər dərin kök atmışdı ki, bir insanın qətlə yetirilməsinə görə qatilin mənsub olduğu tayfanın hamısını belə qətlə yetirməyə razı idilər. Bu acınacaqlı vəziyyət günbəgün artmaqda idi və tayfalar arasında uzun müddətli kin-küdurətin yaranmasına səbəb olurdu Yuxarıdakı ayə nazil olaraq ədalət əsasında olan qisas hökmümü bəyan etdi.”[3]

İslam kor-koranə intiqamçılıq hisslərinə qapılmaq yerinə qisas qanununu bəyan etdi. Bununla bir tərəfdən onu mühakiməsiz və hərc-mərclik əsasında olan bir rəftardan məhkəmə  hövzəsinə çəkdi və bu yolla onu qeyri-hüquqi bir rəftar tərzindən qanuni bir əmələ çevirdi ki, günah, cinayət, müqəssir və cinayətin həddini-hüdudunu tanımaq üçün əvvəlcə gərək məhkəmə təşkil olunsun və hər növ cəza tədbiri məhz onun hökm və meyarına uyğun olaraq ədalət əsasında verilsin. Digər tərəfdən, onu intiqamçılıq formasından xaric edərək qanuni qisasa çevirdi. Bununla da o dövrün cəmiyyətinə hakim olan hüquqlardakı hərc-mərcliyə son qoydu. Qətlə yetirilən şəxsin intiqamını almaq bəhanəsi ilə çoxlu sayda insanın qətlə yetirilməsi bir növ kor-koranə intiqamçılıq idi və bu kor-koranə iş hətta qatil, müqəssir şəxs və onun ailəsinə həsr olunmurdu. Halbuki Allah-taala buyurur: “Onlara belə hökm etdik ki, can canın müqabilində, göz gözün müqabilində, burun burunun müqabilində, qulaq qulağın müqabilində, diş dişin müqabilində olsun, hər bir yaranın da qisası vardır. Əgər bir şəxs onu (qatili, canini) bağışlasa, onun kəffarəsi hesab olunar, hər kəs Allahın nazil etdiyi əsasda hökm etməsə, zalımdır.”[4]

Əgər bir nəfər qətlə yetirilsə, gərək onun müqabilində bu qətl işini yerinə yetirən bir nəfərdən – qatildən qisas alınsın. Əgər qətlə yetirilənin ailəsi razılıq versə, yalnız diyə almaqla, hətta onu bağışlamaqla razılıq əldə edilməlidir. Hal-hazırda belə, qisas üçün bundan yaxşı bir variant yoxdur. Bununla həm mərhumun ailəsi ona razı olur, həm də cani şəxs kifayət qədər cəzalandırılır ki, həm onun özü, həm də başqaları üçün ibrət dərsi olsun, sadə şəkildə adam öldürməyə adət etməsinlər, (qeyri-islam ölkələrində olduğu kimi) günahsız adamı qətlə yetirdikdən sonra bir neçə il həbs cəzası çəkməklə yenidən azad olunaraq camaatı təhlükəyə məruz qoymasın.

İslam hər bir halda məsələləri gerçək nəzərlə araşdırır, onun hər bir tərəfini tədqiq edir. Günahsızların qanı məsələsində də məsələnin həll yolunu hər növ ifratdan və təfritdən uzaqda bəyan etmişdir; nə təhrif olunmuş yəhudi ayini kimi yalnız qisasa arxalanır, nə də hazırkı məsihiyyətdə olduğu kimi təkcə əfvə tövsiyə edir. Çünki ikinci variant caninin cinayətə cürətlənməyinə səbəb olur, birincisi isə intiqamçılıq hisslərini təhrik edir.[5]

Quranda qisas hökmünün qoyulmasının ən mühüm dəlili “cəmiyyətin (sağlam) həyatının qorunub saxlanması” hesab edilir. “Bəqərə” surəsində qisasın səbəb və fəlsəfəsi ilə əlaqədar buyurulur: “Ey əql sahibləri, sizin üçün qisasda həyat vardır. Bəlkə təqvalı olasınız.”[6] Yəni qisasda əsas hədəf edam deyil, daha böyük hədəf olan həyat irəli çəkilir. Əsas hədəf fərdin və ya cəmiyyətin qalan insanlarının işlərini sahmana salmaq, adi və normal vəziyyətə qaytarmaqdan ibarətdir. Əgər bir kəs heç bir dəlil olmadan və cəmiyyətdə mövcud olan adət-ənənələrdən uzaqda başqasını öldürsə, ictimai həyat təhlükə ilə qarşılaşar, qisas hökmü də fərdi və ictimai həyatın qalmasına zəmanət verir.

Bəziləri qisas hökmünə irad tutub deyirlər ki, “qisas nəticəsində digər bir nəfərin də canı əldən gedir, halbuki, insani mərhəmət canidən qisas alınmamasını tələb edir!”

Cavabda deyirik: Hər növ mərhəmət bəyənilən, məqsədə uyğun deyildir, hər bir mərhəmət fəzilət hesab olunmur. Ürəyi daşlaşmış cinayətkar şəxs ilə (belə ki, insanları öldürmək onun üçün su içmək kimi asandır) mərhəmətlə davranmaq, qanuna riayət etməyən, qanunu pozan  və insanların canına, malına, namusuna təcavüz edən bir şəxsə rəhm etmək saleh insanların barəsində zülm hesab olunur. Əgər mərhəmətdən mütləq şəkildə, heç bir qeyd və şərti mülahizə etmədən istifadə etsək, cəmiyyətin hakim sistemində xələl yaranar, insaniyyət fəlakətə, uçurumlara sürüklənər, insani fəzilətlər puç olub aradan gedər.[7]

Mərhum Şəhid Mütəhhəri bu ayənin izahında yazır: “Canindən qisas alıb onu qətlə yetirmək öldürmək hesab olunmur. Bunu yeni bir həyat qələmə verin, lakin bu, fərdin həyatı deyil, cəmiyyətin həyatıdır. Yəni təcavüzkar bir şəxsdən qisas alınması bütövlükdə cəmiyyətin və xüsusi şəkildə ayrı-ayrı üzvlərin həyatına zəmanət verir. Siz əgər qatildən qisas almasanız, sabah başqa bir nəfərin də canını alacaqdır. Sabah onlarla digər (qatil) insan tapılacaq və digər onlarla insanı qətlə yetirəcəkdir. Deməli, qatildən qisas almağı cəmiyyətin azalması yox, cəmiyyətin qalıb davam etmə səbəbi hesab edin. Bunu öldürmək yox, cəmiyyət üçün həyat hesab edin. Yəni qisasın mənası insanla düşmənçilik etmək deyildir, insanlarla dostluq mənasınadır.”[8]

Əgər insan əxlaqi təkamüldə çox yüksək bir mərhələyə nail olsaydı və qisas, yəni fərdi və ictimai həyatın təmin edilməsi, cəmiyyət işlərinin başqa üslubla islah olunması kimi məqsədlər müqəssir və cinayətkar şəxsin fiziki cəhətdən yox (edam) edilməsindən başqa bir qanunla həyata keçə bilsəydi, mütləq ona üstünlük verilərdi. Çünki qisasda əsas hədəf edam deyildir, əsas hədəf həyatdır və Allah-taala bütün bəndələrinə və məxluqatına qarşı mərhəmətlidir. Buna görə də şərif ayə əql sahibi olan insanların ülvi-insanı duyğularına yox, əqlinə xitab edilir, sonra buyurulur: “Ey əql sahibləri, qisasda sizin üçün həyat vardır.”

Sağlam ictimai həyat ümumxalq asayişinə, ictimai təhlükəsizliyə, qarşılıqlı olaraq vəzifələrə və hüquqlara riayət olunmasına bağlıdır. Ümumxalq asayişi də ictimai həyatın sütunlarının qorunub saxlanmasına bağlıdır. Həsrə təkid etmədən, istiqrai (faktlara istinad edilən) baxımla bir ictimai həyatın əsl ünsürləri aşağıdakılardan ibarətdir: insanların din, can, mal-dövlət, şəxsiyyəti (habelə namusuna, yaxud nəslinə) ehtiram qoymaq, insanın əqli. Ğəzzalidən bu tərəfə İslam alimlərinin və fəqihlərin diqqət mərkəzində olan bu əsas prinsiplər həqiqətdə sağlam bir cəmiyyətin sütunlarını təşkil edir, onun malik olduğu şaxələrlə və hissələrlə cəmiyyətin mühüm və mötəbər sayılan külli məsləhətlərini öz öhdəsinə ala bilər.[9]

Yuxarıda deyilənlərə diqqət yetirməklə demək olar ki, İslam cəza qanunları sistemində əsas və mühüm hədəf dini və ictimai quruluşun qorunub saxlanmasıdır. Bu yüksək hədəf də yalnız o zaman təmin olunar ki, insanları islah və tərbiyə yolu ilə, yaxud cəzadan qorxduqlarına görə ictimai sistemin sütunlarına xələl yetirən əməllərə mürtəkib olmaqdan saxlasın.



[1] İbni Mənzur, “Lisanul-ərəb”, 11-ci cild, səh. 190

[2] Nəcəfi, Məhəmməd Həsən, “Cəvahirul-kəlam”, tədqiqatçı: Quçani, Abbas, 42-ci cild, səh. 7, “Daru ehyahit-turasil-ərəbi”, Beyrut, 7-ci çap:

وَالْمُرَادُ بِهِ هُنَا اِسْتِیفَاءُ اَثَرِ الْجِنَایَةِ مِنْ قَتْلٍ أَوْ قَطْعٍ أَوْ ضَرْبٍ أَوْ جَرْحٍ، فَکَأَنَّ الْمُتَقَصَّ یَتْبَعُ أَثَرَ الْجَانِی، فَیَفْعَلُ مِثْلَهُ

[3] “Məkarim Şirazi, Nasir, "Təfsiri nümunə", 1-ci cild, səh. 603, Tehran, “Darul-kutubil-İslamiyyə”, 1374-cü şəmsi il

[4] “Maidə surəsi, ayə: 45:

وَکَتَبْنَا عَلَیهِمْ فِیهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَینَ بِالْعَینِ وَالأنْفَ بِالأنْفِ وَالأذُنَ بِالأذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ فَمَنْ تَصَدَّقَ بِهِ فَهُوَ کَفَّارَةٌ

[5] “Təfsiri-nümunə”, 1-ci cild, səh. 607

[6] “Bəqərə” surəsi, ayə: 179

[7] “Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan” təfsiri (farsca tərcüməçi Musəvi Həmədani, Seyid Məhəmməd Baqir), 1-ci cild, səh. 665, Qum, “Müddərislər heyəti”nin nəşriyyatının dəftərxanası

[8] Mütəhhəri, Mürtəza, “Məcmueye asar” (əsərlərinin külliyyatı), 22-ci cild, səh. 749, Tehran, “Sədra” nəşriyyatı

[9] Xosrovşahi, Qudrətullah, “İslam nəzərindən qisasın fəlsəfəsi”, səh 1908, Qum, “Bustani kitab”, 1-ci çap, 1380-cı şəmsi il

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Јарадылышдан һәдәф нәдир? Әгли дәлиллә бәјан един. Әҝәр һәдәф тәкамүлдүрсә, онда нәјә ҝөрә Аллаһ-таала инсаны камил јаратмамышдыр?
    8502 Qədim kəlam 2010/04/22
     Аллаһ-таала сонсуз варлыг олуб, бүтүн камал сифәтләринә малик, фејз јарадан вә фејз верәндир. Онун камалы тәләб едир ки, јарадылыша лајиг олан һәр бир шеји јаратсын. Демәли, Аллаһ-таала фејз верән олдуғуна ҝөрә јаратды. Јәни, јардылышын һәдәфи вә јарадылышын сәбәби, Аллаһын фејз ...
  • Zərdüşt ayini ilahi din olubdurmu?
    10273 Qədim kəlam 2010/12/02
    Zərdüşt dininin mahiyyəti, Qatın məzhəbi nəğmələrinə diqqət etməklə, tam tövhidi mahiyyəti olubdur. Amma Avestada olan mətnlərə diqqət edəndə, iki Allaha pərəstişin əlamətləri gözə çarpır. Bu əlamətlərin, üzə çıxması "Mani" və sonrakı Zərdüştçülər tərəfindəndir. Deməli indiki şirklə dolu avestanın mətninə diqqət etməklə, Zərdüşt dininin təhrif olmasını deməliyik. Baxmayaraq ki, bu dinin ...
  • İkinci iş barəsinə fətva vardırmı? Ümumiyyətlə ikinci işin olması dünyapərəstlikdir?
    6127 Nizamlar hüquq və əhkam 2012/01/16
    Şəriət baxımından ikinci iş (vəzifə) üçün heç bir maneə (qadağa) yoxdur. İslam dini və müqəddəs şəriət tərəfindən məzəmmət olunan dünyapərəstlik, dünyaya bağlılıq, mənəviyyat və axirətdən uzaqlıqdır. Belə bir şeyin bir işdə tapılması mümkündür. Bəzən bir iş və az gəliri olan insanlararast gəlinir ki, dünyaya daha çox bağlı olurlar. Bir halda ...
  • Həzrət Xədicə (s.ə)- in həyatını qısa olaraq bəyan edin.
    3426 تاريخ بزرگان 2019/10/09
  • Niyə mərcə təqlidin ölümündən sonra fətvaları etibarsız sayılır?
    6181 Əhkam və hüquq fəlsəfəsi 2011/06/19
    Qeyd etmək lazımdır ki, ictihad bir sıra fərqli elementlərə malikdir; o cümlədən ictihad mənbələri (Quran, sünnət, ağıl və s.) kimi və yaxud onların mövzu və şərtləri (elm, müctehidin dini mətnlərdən çıxarışı və s.) kimi bu qəbildən olan elementlərə işarə etmək olar. Hər bir müctehid, daim bu fərqlilik və ...
  • Mələklərin ömrü nə qədərdir? Yaxın mələklərdə ölürlərmi? Necə?
    7645 Qədim kəlam 2011/09/12
    Rəvayətlərə əsasən mələklər Peyğəmbər (s) və İmamların (ə) ruhlarının yaranmasından sonra yaranıblar. Onların hamısı hətta Cəbrayil, İsrafil və İlahinin digər yaxın mələkləri qiyamətdən qabaq öləcəklər. Mələklərin ölümünün necəliyi barəsində ehtimal var ki, məqsəd onların misali qaliblərindən ruhun əlaqəsinin kəsilməsi yaxud onların davamlı fəaliyyətlərinin işdən düşməsidir. ...
  • Aya qırx hədis əzbərləmək rəvayəti ki, Peyğəmbərdən (s) nəql olunmuşdur düzgündür? Qırx hədisin nə olduğunu açıqlayın.
    6525 Hədis elmləri 2012/02/07
    Əziz İslam Peyğəmbəri məruf "Qırx hədis" rəvayətində ki, şiə mənbələrində[1] vəbəzi sünni mənbələrində[2] müxtəlif şəkillərdə qeyd olunmuşdur, qırx hədis əzbərləməyə çoxlu sifariş olunmuşdur, bu isabət kimi "Mənim ümmətimdən hər kəs qırx hədis, o hədislərdən ki, insanlar öz ...
  • Dinlə elm arasında necə uyğunluq yaratmaq olar?
    6488 İslam fəlsəfəsi 2011/06/27
    Din və elmi iki zidd yol hesab edənlər ilahi dinləri, xüsusilə aydın İslam dinini düzgün tanımamışlar. Bundan əlavə diqqət etməmişlər ki, dinin təsir dairəsi elm və texnologiyanın təsir dairəsindən tam surətdə fərqlidir və təsir dairələrinin fərqliliyi, ziddiyət anlamına gəlmir. Din üç hissədə: İnsanın özü ilə əlaqəsi, insanın başqaları ilə rabitəsi ...
  • Xatəm dinin kamil olmasını necə isbat etmək olar?
    5886 Qədim kəlam 2010/11/10
    Əvvəla, “kamil” kəlməsinin mənasını izah etməyi lazım bilirik. “Kamil” “naqis”in (nöqsanlının) müqabil nöqtəsi və antonimidir. Ümumiyyətlə, islamın kamil bir din olduğunu dediyimiz zaman məqsədimiz budur ki, onda heç bir nöqsan yoxdur. Daha aydın desək, bu din dünya və axirətdə səadətli həyatın tələb etdiyi hər ...
  • Allah- Taala qadınlara naməhrəm olmadığı halda, nə üçün qadınlar namaz qılarkən kamil hicabla olmalıdırlar?
    9577 Əhkam və hüquq fəlsəfəsi 2011/05/31
    Şübhəsiz ki, dünyada elə bir şey yoxdur ki, Allah Taala məchul olsun və Allahın o şeydən xəbəri olmasın. Belə ki, bu anlamı Allaha Taalaya nisbət vermək mümkün deyil. Təbii ki, öz bəndələrinə də naməhrəm deyil. Amma insan ibadət zamanı özünü Allahın hüzurunda hiss etməli və onunla söhbət etməlidir. Bu zaman ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162896 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155012 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117785 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109729 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98890 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91334 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53364 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45296 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43744 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42911 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...