Ətraflı axtarış
Baxanların
5398
İnternetə qoyma tarixi: 2007/12/26
Sualın xülasəsi
Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
Sual
Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
Qısa cavab

Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ bu dünyanın xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir, halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir.

Bir ləzzətdən ayrılaraq başqası ilə məşğul olmaq (əgər behiştdə ləzzətdən əl çəkmək vardırsa) nemətlərdən yorulmaq və bezmək xatirinə deyil, əksinə nemətlərin çeşidli və ləzzətlərin təzə olmasına görədir. Behişt bütün peyğəmbərlərin, dini rəhbərlərin və möminlərin istədikləri kamaldır. Əli (əleyhis-salam)-ın təbiri ilə desək, “əgər sənin üçün bəyan edilən behişt nemətlərinə qəlb gözü ilə baxsan, dünyada olan nemətlər nə qədər gözəl olsa da, onlardan göz yumarsan.”

Behişt insanı daim mənəvi tərəqqidədir. Çünki o, daim müxtəlif təcəllilərə məruz qalır, cismani təcəllilərdən ilahi rizvana doğru seyr edir, Haqqın rübubi fəzasında xilqəti tamaşa etməyə başlayır.

Digər bir məsələ budur ki, behişt insanı üçün ləzzətin əsası hal-hazırda öz Xaliqinə qonaq olması və Onun qonaqlıq süfrəsində əyləşməsi, yəni O həqiqətlə qırılmaz əlaqə bərqərar etməsidir. Buna görə də onun üçün bezməyin və yorğunluğun heç bir mənası yoxdur.

Ətreaflı cavab

Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ dünya xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir. Halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir. Behiştdə yoxluq və nöqsan cəhətləri yoxdur. Buna əsasən ondakı ləzzətlər daimidir və onlarda dəyişiklik, xarab olma yoxdur. Allah-taala  buyurur: “Axirət evi (həqiqi) həyat evidir.”[1] Deməli, axirət aləmi və onun bütün şeyləri həyata, təravətə və yeniliyə malikdir. Behişt insanı daim tərəqqidədir, çünki daimi olaraq müxtəlif təcəllilərlə qarşılaşır, cismani təcəllilərdən ilahi rizvana doğru yüksəlir, Haqqın rübubi fəzasında xilqəti tamaşa etməyə başlayır. Buna əsasən, bir ləzzətdən ayrılaraq digər bir ləzzətə qovuşmaq nemətlərdən yorulmağa görə deyil, əksinə behişt nemətlərinin həyata malik olmasına, ləzzətin yeniliyinə və nemətlərin müxtəlif çeşidli olmasına görədir.

Yüksək və əbədi məqam olan behişt bütün peyğəmbərlərin, dini rəhbərlərin və möminlərin istədikləri son kamal, Allahı axtaran və Ona pərəstiş edənlərin son arzularıdır.

Əli (əleyhis-salam) öz xütbələrinin birində behiştin vəsflərindən bir qismini belə bəyan edir: “Əgər behişt barədə sənə vəsf edilənlərə qəlb gözü ilə nəzər salsan, dünyaya aid olan hər bir şeydən ayrılarsan, hətta onlar maraqlı və gözəl olsalar da belə. Nəfsin istəkləri və xoşluqları insanı özünə cəlb edir. Əgər behişt arxlarının qırağında olan ağacların hərəkətini, yarpaqlarının bir-birinə toxunmasını, onlardan yaranan səsləri, müşk təpələrində gizlənmiş ağacların kökləri barədə təfəkkür etsən, özündən gedərsən. Həmçinin asılqan vəziyyətdə olan təzə və təravətli mirvari salxımları, çiçəklərin içində olan rəngarəng və heç bir zəhmət olmadan dərilə bilən, hər kəsin istəyinə uyğun olaraq onun ixtiyarına verilən meyvələr, behişt əhlinin qəsrləri, behişt əhli üçün qədəhlərdə dolandırılan pak və xalis bal, təmiz şərbətlər... Öz əbədi evlərində məskunlaşıb, yer dəyişməkdən rahat olduqları vaxta qədər ilahi inayətlər və mərhəmətlər daim behiştin sakinlərinə nazil olur. Bil ki, əgər öz qəlbini təsəvvür etdiyin o gözəl mənzərələrə çatmağa məşğul etsən, behiştə nail olmaq şövqündən can verərsən və bu məclisdən qəbiristan əhlinin qonşuluğuna gedərək dünyadan üzülərsən.”[2]

Digər məsələ budur ki, behişt möminlərin Allah ilə etdikləri müamiləyə görə verilən bir müjdədir.

Hər bir behişt insanı üçün əsas və ümdə ləzzət – hal-hazırda öz Xaliqinin qonağı olması, Onun qonaqlıq süfrəsində oturması, O əbədi həqiqətlə sıx və qırılmaz əlaqə bərqərar etməsidir. Buna görə də onun üçün artıq yorğunluq heç bir məna daşımır. Dünyada nikahın, ləzzətli taam və yeməklərin, ürək oxşayan içməlilərin ləzzəti az, təsiri zəifdir və tez bir zamanda aradan gedir. Bu da dünya aləmindəki nöqsana görədir. Əgər fərz üzrə, bu dünyada heç bir nöqsan cəhəti olmasaydı, sevinc hissi heç vaxt bədhallığa, qəm-qüssəyə çevrilməz, hasil olan hər bir kef və ləzzət əbədi qalar və onda heç bir qüsur və çatışmazlıq olmazdı. Quran bir yerdə bu məsələni bəyan edərək  buyurur: “Orada (behiştdə ) əbədi qalacaqlar və heç vaxt oradan başqa yerə getməyi arzu etməyəcəklər.”[3] Yəni behişt əhli dəyişikliyi istəmirlər və behişt onlar üçün yorucu deyildir.

 


[1] “Ənkəbut”  surəsi, ayə:  64

[2] “Nəhcul-bəlağə”, xütbə 165

[3] “Kəhf”  surəsi, ayə: 108

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Шәраитин әсасларынын динин һәгигәтиндә (јәни, Аллаһ јанында лөвһи мәһфузда олан дин) тәсири вармы?
    6083 Din fəlsəfəsi 2009/06/18
    Һәгиги дин(јәни, Аллаһ јанында лөвһи мәһфузда олан дин) һәр бир заман вә әсрдә бүтүнинсанлара аид олур вә онун әсасларында дәјишиклијә јол јохдур. ...
  • Xumsu müctehidin icazəsi olmadan seyyidlərə vermək olarmı?
    7468 Nizamlar hüquq və əhkam 2011/05/31
    Xumsun lüğətdəki mənası beşdə bir deməkdir. Amma fiqh terminində isə "İllik gəlirin artıq qalanının beşdə bir hissəsinə deyilir". Xums anlamı İslam dininin vacib buyurduğu əməllərdən biridir. Həmçinin bu əməl Quranda cihad hökümləri ilə birgə qeyd edilmişdir. Bunun özünə aid fəlsəfəsi vardır ki, onların bəzisini aşağıda qeyd edirik.
  • Nə üçün Peyğəmbər (s) nəslinin silsiləsin arayıb axtarmağı qadağan etmişdir? (Ulu babası Ədnandan həzrət İbrahimə və həzrət İbrahimdən Adəm Peyğəmbərə kimi)
    7105 تاريخ بزرگان 2011/04/14
    Peyğəmbərimizin həzrət Ədnandan öncə olan babalarının (yəni İbrahim Peyğəmbərə və ondan da Adəm Peyğəmbərə kimi) adlarının sayılmasını qadağan etməsi barəsində müxtəlif kitablarda hədislər vardır. Bununda əsas səbəbi, Ədnandan öncə olan babalarının adlarının dəqiq olmamasıdır. Peyğəmbərimiz bu işlə tarixçilər arasında olan ixtilafı həll etmiş olur. ...
  • “Kəhf” surəsinin məzmun və qiraətinin fəziləti nədir?
    12631 Təfsir 2012/04/09
    Quranın digər surələri kimi, “Kəhf” surəsinin də çoxlu xüsusiyyətləri və fəzilətləri vardır. Bu əzəmətli fəzilətlər Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və imamlardan (əleyhimus-salam) nəql olunan çoxlu rəvayətlərdə bəyan edilmişdir. Məsələn, nəql olunur ki, “bu surə nazil olan zaman yetmiş min mələk onu yola salmışdır.” Yaxud “hər kəs ...
  • Kitab əhli məadın cismani olmasına inanırlarmı? Lütfən, bu barədə bir neçə kitab təqdim edir.
    6157 Qədim kəlam 2012/09/24
    Cavabın aydın olması üçün bir neçə məsələyə diqqət yetirmək zəruridir: 1. Əhli-kitabın (istər yəhudi, istər məsihi, istərsə də zərdüşt) təlimlərində “cismani məad” adlı bir ünvan irəli çəkilməmişdir. Bu barədə bəyan etdiklərimiz məadın özünə etiqadın əsli ilə əlaqədar əhli-kitabın dini mətnlərindəki çıxarışlarımızdır. 2. Bu ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91373 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • İmalar (ə) niyə öz hərəmlərini teror hücumlarından qoruya bilməyiblər?
    6241 Qədim kəlam 2011/10/04
    Allah- Taala İslamın əziz Peyğəmbəri (s) və pak imamlara (ə) təşrii vilayətdən (qanun qoymaq və şey işləri halal və haram etmək haqqı) əlavə, təkvini vilayət də vermişdir və onların aləmdə hər hansı bir işi görməyə güdrətləri çatır. Bu cür vilayət və qüdrət onların zahiri həyat vəziyyətlərinə məxsus deyil. ...
  • Zürarənin şəxsiyyəti və mövqeyi İmamların yanında necə idi?
    6683 تاريخ بزرگان 2012/02/15
    Zürarə İmamların yanında böyük mövqe və dərəcəsi olan səhabələrdəndir. O icma- əshabından biri yayılır ki, İmamlar (ə) -ın əshabı onun düz danışmağını hamısı qəbul edir. Onun pislənməsində rəvayətlər olsa da, amma rəvayətləri bir yerə cəm edib və son nəticəni alanda, onun İmamlar (ə)- ın əshabının ən böyüklərindən biri ...
  • Aşura günündə imam Hüseyn (əleyhis-salam)-ın səhabələri quyu qazmaqla su əldə edə bilərdilərmi?
    8165 تاريخ بزرگان 2012/06/23
    Yezid qoşununun imam Hüseyn (əleyhis-salam)-ın qarşısında tutduğu ən mürtəce, çirkin və namərdcəsinə olan mövqe imam Hüseyn (əleyhis-salam)-ın ordusunda olanları ən zəruri həyat maddəsi olan sudan məhrum etməsi idi. O həzrət bu problemi aradan qaldırmaq üçün çox mühüm və təsirli tədbirlər görmüşdü. Bu tədbirlərdən biri imam Hüseyn (əleyhis-salam)-ın ...
  • Hər ay məvacibdən müəyyən miqdar bir şəxsə vəqf etmək doğru hesab edilirmi?
    4180 Vəqf 2014/05/26
    Bu haqda alimlər arasında ixtilaf var. Bəzi müctehidlər pulun vəqf olunmasını düzgün, bəziləri isə belə bir vəqfi doğru hesab etmirlər. Bəziləri isə belə bir əməli ümumiyyətlə, nəzir hesab edirlər. Bundan əlavə: Təqlid olunan müctehidlər bu sualı belə cavablandırırlar: Həzrət ayətullah-üzma Xamnei (Allah hifz etsin) Pulun vəqf olunması düzgün deyildir.

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162917 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155093 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117815 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109771 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99018 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91373 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53389 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45381 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43786 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42953 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...