Ətraflı axtarış
Baxanların
7588
İnternetə qoyma tarixi: 2011/11/14
Sualın xülasəsi
Nə üçün Allahın sifətlərinin içərisində yalnız ədalət sifəti üsuliddindən hesab edilir?
Sual
Nə üçün üsuliddinin əsası kimi ədalət sifətindən Allah üçün istifadə edilmişdir. Lakin Allahın digər sifətlərinin adı çəkilmir?
Qısa cavab

Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir.

Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ilə əşairə qrupunun kəlamının ayrılmasına səbəb olur. Bu sifətin isbat və rədd edilməsi fərli və ziddiyyətli nəticələrə gətirib çıxarır. Əlbəttə əşairə Allahın ədalətini rədd etmir. Daha doğrusu ədalət Allahın hansı əməli yerinə yetirərsə ona deyildiyini söyləyir. Baxmayaraq ki, ağıl nəzərində bu zülm olsa belə!

Ətreaflı cavab

Əhli- beyt məktəbinin əqidə üsulları tovhid, nübuvvət, ədalət, imamət və məad məsələlərindən ibarətdir. Bütün müsəlmanlar tovhid, məad və nübuvvətdə həmfikirdirlər. Lakin ədalət və imamət məsələsində on iki imam şiəsi ilə digər İslam firqələri arasında (mötəzilədən savayı ki, ədalət məsələsində şiə ilə həmfikirdir) ixtilaflar mövcuddur.

Doğrudur, ədalət Allahın sifətlərindəndir və istilahi cəhətdən tovhidə ədalət və Allah təalanın digər sifətləri daxildir. Lakin ədalət məsələsi çox mühüm olduğundan, əşairə ilə ədliyyənin (imamiyyə şiəsi ilə mötəzilə İlahi ədalətə inanırlar) ayrılığına səbəb olmuşdur. Bunun bir çox təsirləri vardır. Ədaləti ayrıcana bəhs edərək, əqaidin üsullarından biri kimi qeyd etmişlər. Dünya İslamı kəlamı cəhətdən üç qrupa bölünürlər: Əşairə, mötəzilə və şiə. Şiə və mötəzilə İlahi ədalətə inandıqlarından “ədliyyə” adlanırlar. [1]

Ədalətin mənası:

Ədalətə etiqad hüsn və qobhe əqli (yəni, yaxşı və pisin zatı cəhətdən əqli olması) ilə sıx bağlıdır. [2] Ədliyyə inanır ki, Allah təalanın təkvini və təşrii fellərinin əlaqəsi hüsn və qobh əqli ilə xarakterizə edilir. İnsan ağlı müəyyən səviyyədə hüsn və qobh (yaxşı və pis) felləri dərk etməyə qadirdir. Yəni Allah pis iş görmür. Bu (Allah qorusun) o demək deyil ki, Allaha əmr və qadağan edilsin. Daha doğrusu bu o deməkdir ki, Allah təala üçün pis iş görmək mümkünsüzdür. Əlbəttə mötəzilənin bu barədə nəzərlərinin çatışmamazlıqları vardır ki, öz yerində bəhs edilməlidir. Lakin “şiənin əqidəsi məsumların arxasınca getməklə belədir”. [3] Bu tozihlə ədalət Allahın sabit kamal sifətlərindəndir. [4] Yəni Allah zülm etmir, pis və sağlam ağıla zidd olan işlər görmür. [5] Ədliyyə yaxşı və pisin əqli olmsı qaydası ilə bir çox kəlam qaydalarını, məsələn: Səxavətliyə şükrün vacibliyi ilə lütf qaydasını, cəbr və ixtiyar məsələsini və onun nəticəsini isbat etmişdir. [6]

Əşairə, tarix və əqaid:

Əşairə Bəsrə əhalisindən olan “Əbul Həsən Əşəri”-nin tərəftarlarına deyilir. O illərlə Əbu Əli Cəbainin (Şeyx Mötəzile) böyük şagirdlərindən olmuşdur. Amma ustadla ayrılaraq yeni kəlami İslam məzhəbi təsis etdi. Onun ayrılmasına səbəb olan ixtilaflar ədalət və Qurani- Kərimin yaradılması bəhsləri olmuşdur. Bu ayrılıq hicri ili ilə 300- cü ildə baş vermişdir. [7] Əşərilərin metodu mötəzilənin metodu müqabilində ki, dəlil və kəlam idi, “əhli- sünnət” məzhəbini təqul edərək gücləndirdi. İslam cəmiyyətlərinin əksəriyyəti əhli- sünnət məzhəblərindəndirlər və əşəridirlər. [8]

Bu kəlam məktəbinin digər əhli- sünnət məzhəblərini üstələməsi və istilasının səbəbi siyasi hədəflərlər ücbatından olmuşdur. Abbasilər dövlətinin, Mütəvəkkilin zamanından Muqtədirin zamanına qədər (295- 320- ci illə) mötəzilə və əqlçilərə təzyiqləri davam etmişdir. Bu ara zamanda (295- 320) Əbul Həsən Əşəri etizal məktəbinə tövbə edərək, hədis əhli məktəbinə dail oldu. Bu əqidə də Abbasi xəlifələrinin və səlcuq hökmdarlarının qəbul və təsir etdikləri bir əqidə olmuşdur. [9]

Əşərilərin əqaidi:

Əbul Həsən Əşəri öz kəlamını dörd bünövrə üzərində və hər bünövrəni on əsasda yaratmışdır ki, bunların bəzi üsulları bizim bəhsimizə aid olduğu üçün bəyan edirik: [10]

Allah- təala bəndələrin əməllərinin yaradıcısıdır.

Allah- təala pis iş görə bilər.

Allah- təala günahsız insanlara əzab verə bilər.

İtaəti vacib olan imam olmadığı halda zamanın hakiminin əhkamına itaət etmək lazımdır.

Böyük günah sahibi əgər tövbə etmədən dünyadan köçərsə onun hökmü Allahdadır. Allah onu ya rəhməti ilə bağışlayar yaxud da peyğəmbərinin şəfaətinə çatdırar.

Həmçinin deyirlər: Ağılda əşyaların yaxşı və ya pis olmasına dəlalət edən bir şey yoxdur. Daha doğrusu şərin bildiyi hər hansı yaxşı işlər gözəl, şərin pis hesab etdiyi hər hansı işlər çirkindir. Yəni Allah həqiqi mömin insanı cəhənnəm atəşində yandıra bilər. Yaxud günahkar bir şəxsi cənnətə daxil edə bilər. Bütün bu batil inanclar yaxşı və pisin əqli olmasını rədd etməklə və təbii olaraq İlahi ədaləti inkar ilə fərdi və ictimai həyata təsir etmiş və İlahi ədalətə inanan alimlərin ədaləti əqaidin üsullarından birinə çevirmələrinə səbəb olmuşdur.

Qeyd etmək lazımdir ki, əşərilər Allahın ədalətini inkar etmirlər. Amma onların inancında ədalət yəni Allah nə edirsə odur və ağıl onu müəyyən edə bilməz.

Əlaqəli indeks: Məfhume ədl dər Üsuliddin, sual 10101.(sayt: 10095).



[1] - Amuzeşe əqaid, Ayətullah Misbah Yəzdi, səh 161.

[2] - Miləl və nəhl, Ayətullah Sübhani, cild 2, səh 332.

[3] - Amuzeşe əqaid, səh 162.

[4] - Bədayətul məarifdən tərcümə, cild 1, səh 112.

[5] - Üsuli şie və üsuliha, Şeyx Muhəmməd Hüseyn Al Kaşifəl Ğitai, səh 74.

[6] - Həmin mənbə, səh 75.

[7] - Fərhənge ferəqe İslam, Muhəmməd Cavad Məşkur, səh 54.

[8] - Həmin mənbə, səh 56.

[9] - Həmin mənbə, səh 56 və Meləl və nəhl, Ayətullah Sübhani, cild 2, səh 31.

[10] - Fərhənge ferəqe İslam, səh 56, 57 və 58.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Xahiş edirəm münasib həyat yoldaşı tapmaq üçün hər hansı bir duanı qeyd edəsiniz.
    15562 Əməli əxlaq 2011/06/14
    Allah- Taala hər bir işin baş tutması üçün müəyyən səbəblər təyin etmişdir. Buna görə də hər bir işin nəticəsinin özünə aid amili vardır. Gözəl ailə və həyat yoldaşı tapmaq üçün ümdə səbəb də insanın arayıb və onun barəsində etdiyi sorağlardır. Əlbəttə bu yolda səhvə yol verməmək üçün gərək ...
  • Oruc tutmağın insana nə kimi tərbiyəvi təsirləri vardır?
    6728 Əməli əxlaq 2012/04/09
    Oruc tutmaq nəfsi saflaşdırmaq və rəzalət sifətləri özündən uzaqlaşdırmaq üçün bir növ məşq, insanın öz nəfsinə hakim kəsilməsi və nəfsani istəklərlə mübarizə üçün münasib bir yoldur. Oruc tutmağın ictimai və fərdi yönlərdə fiziki faydalarından əlavə, mənəviyyatı qurmaqda çoxlu tərbiyəvi təsir və faydaları da vardır. O ...
  • Гуран бахымындан һикмәтин елмлә фәрги вармы?
    6957 Təfsir 2010/04/22
    “Һикмәт” сөзү лүғәтдә һагг вә һәгигәтлә ујғун данышыг вә әмәл, елм вә әгл васитәсилә һагга јетишмәк, ја инсаны һагга чатдыран шејә дејилир. “Елм” исә билмәк, бир шејин һәгигәтини дәрк етмәк, билик вә аҝаһлыг мәналарындадыр.Гуранда “һикмәт” ...
  • Qəbirlərin ziyarəti müvəqqəti olaraq qadağan olunmuşdur. Hansı ildə icazə verildi?
    7382 Qədim kəlam 2012/04/18
    İslamın əvvəlində qısa bir müddət qadağan olunan işlərdən biridə qəbirlərin ziyarəti olub. Bu qadağan olmanın müxtəlif dəlilləri vardır. İslami cəmiyyətin kəmiyyət və keyfiyyət cəhətdən inkişaf və genişlənməsi ilə bu məsələyə məşğul olmaq üçün münasib fəza hazırlandı. Buna görə də Peyğəmbər Əkrəm (s) bir müddətdən sonra qəbirlərin ...
  • Нәфс вә ја руһ да јухуја мүбтәла олурму?
    6664 Qədim kəlam 2010/06/13
    Кечмишдән бу вахта гәдәр инсан үчүн ән мүһүм вә ихтилафлы бәһсләрдән бири руһ вә онун һәгигәти һаггындадыр. Јухарыдакы суал да һәмин мөвзудан мәншәләнир ки, инсанын һәгигәти һәмин мадди вә заһири тәрәфидир, јохса, онун заһиринин архасында диҝәр бир варлыг да вар ки, онда артыг ...
  • Христианлыгда тәһрифин сәбәбләри нәдир?
    6350 Təzə kəlam 2009/11/10
    Һәзрәт Иса (ә) Аллаһын изни илә гејб оландан сонра онун тәлимләри јахын тәрәфдарлары (һәвариләр) тәрәфиндән тәблиғ едилмәјә башлады. Сонралар бу вәзифә христианлығын баниси кими танынан Полосун васитәсилә давам етдирилди. Өзү әввәл јәһуди олуб, сонрадан христианлығы сечән бу шәхс бундан габаг јени динә мөтәгид ...
  • Вилајәти-фәгиһин дәлилләри нәдир?
    7125 Nizamlar hüquq və əhkam 2010/02/06
    “Вилајәт-фәгиһ” бәһсини мүхтәлиф јолларла исбат етмәк олар. Амма, бу бәһсдә биз јалныз, мәсәләни әгли вә нәгли илә дәлилләринә кифајәтләнәҹәјик:А) Әгли дәлил:Әгл һөкм едир ки, етигад вә мәнәвијјата сөјкәнән бир һөкумәтин ...
  • Mələklər ismət dərəcəsinə sahibdirlər?
    6561 Qədim kəlam 2012/06/13
    Mələklər və firiştələr çox şərif və lətif varlıqlardırlar. Mələklər çoxlu yaxşı xüsusiyyətlərə sahibdirlər ki, Quran ayələrində bəyan olubdur- o cümlədən heyvani və maddi xüsusiyyətlər onların vücuduna yol tapa bilmir. Mələklərin heç cürə günah etməyə meylləri və qüdrətləri yoxdur. Buna əsasən hər cür günahdan pak ...
  • Bir günahın hansı müddətə qədər tərk olunması insanın dübarə o günaha qayıtmamasına zəmanət verir?
    5738 Əməli əxlaq 2011/09/12
    Biz bu barədə ayə və rəvayətlə rastlaşmadıq. Əlbəttə, bəzi rəvayətlərdə deyilir ki, “hər kəs 40 gün müddətində bütün işlərini ixlasla (xalis niyyətlə) və sırf şəkildə Allahın razılığı üçün yerinə yetirsə, hikmət çeşmələri qəlbində qərarlaşar və(sonra) dilində cari olar.”Bir neçə məsələyə də işarə etmək ...
  • Zirar məscidi hansı mənadadır? Və onun tikilmə dastanı nədir?
    8623 Məlanların tarixi 2012/02/09
    Ərəb qramatikasında: "Zirar" mufaələ babındandır. Lüğətdə ziyan vurmaq[1] (bilərəkdən[2]) mənasında işlədilmişdir. Quranın Tövbə surəsində bu məsələyə işarə olunmuşdur.Zirar məscidinin bu cür adlandırılmasının illəti; bu cəhətdən olmuşdur ki, münafiqlərdən bir dəstəsi öz çirkin hiylələrini İslam və ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162923 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155126 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117822 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109781 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99072 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91382 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53394 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45409 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43799 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42971 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...