Ətraflı axtarış
Baxanların
10638
İnternetə qoyma tarixi: 2011/06/19
Sualın xülasəsi
Həzrət Adəmin (ə) yaradılışından öncə cinlərin öz nəslindən peyğəmbərləri olmuşdur?
Sual
Mən araşdırmalarım sayəsində həzrət Adəmdən (ə) qabaq yer üzündə cinlərin yaşadığı nəticəsinə gəlmişəm. Həmçinin, hər şəxsə (tayfa) yol göstərmək üçün bir peyğəmbər olduğunu oxumuşam. Lakin cinlər üçün heç bir cin peyğəmbər olmamışdır. Peyğəmbərlər yalnız insanlardan olmuşdur. Buna əsasən necə ola bilər ki, insandan qabaq heç bir peyğəmbər olmadan cinlər yer üzündə yaşamışlar? Bu təffəkkürün (Allaha pənah aparıram) Allahın rəhmət və ədalətindən uzaq olması baxımını aşılayır. Xahiş edirəm ətraflı açıqlayın.
Qısa cavab

Quran-məciddə cinin varlığı təsdiq olunmuş və xüsusiyyətləri bəyan edilmişdir.

Baxmayaraq ki, cin barəsində məlumatımız məhduddur, bir çox sübutlar əsasında Adəmdən (ə) öncə cinlərin içində öz peyğəmbərləri olduğunu demək olar:

  1.      Cinlər insanlar kimi təklif və məsuliyyətə malikdirlər. Təklif və məsuliyyət təbliğ, qorxutma, ümidverməyə bağlıdır. Deməli, şübhəsiz Allah tərəfindən bu mühüm missiyanın icrası üçün cinlərə peyğəmbərlər gəlmişdir.

  2.      Cinlər insanlar kimi həşr-nəşr, məad, mükafat və cəzalanmaya məhkumdurlar. Mükafat və cəzalandırma höccəti tamamlamaqdan, bu da öz növbəsində peyğəmbərin gəlişindən aslıdır.

  3.      Bu Quran ayəsi:

"یَا مَعْشَرَ الْجِنِّ وَالإِنسِ أَلَمْ یَأْتِکُمْ رُسُلٌ مِّنکُمْ یَقُصُّونَ عَلَیْکُمْ آیَاتِی وَیُنذِرُونَکُمْ لِقَاءَ یَوْمِکُمْ هَذَا..."

"Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?..." həzrət Adəmin (ə) yaradılışından öncəyə də aiddir.

  4.      Bir rəvayətdə həzrət Əli (ə) Şamlı bir nəfərin Allah-Taalanın cinlərə bir peyğəmbər göndərməsi haqqında verdiyi suala cavab olaraq buyurur: "Bəli, cinlərin peyğəmbəri onları Allaha tərəf çağıran Yusif adlı bir şəxs idi ki, cinlər vasitəsilə şəhid edildi."

Ətreaflı cavab

Quran-kərimdə cinin varlığı təsdiq olunmuş və xüsusiyyətləri bu cür bəyan edilmişdir:

1.     Cin insanın əksinə atəş şöləsindən yaranmışdır.[1]

2.     Elmə, idraka, haqq və batili ayırma qüvvəsinə, məntiq və isbat qüdrətinə sahibdir. [2]

3.     Təklif və məsulliyyətə malikdir. [3]

4.     Qiyamət günü və məada malikdir. [4]

5.     Onlardan bəziləri mömin və əməlisaleh, bəziləri isə kafir və müşrikdirlər. [5]

6.     Onlar asimana nüfuz etmək, xəbər əldə etmək qüdrətinə malik idilər ki, İslam peyğəmbərinin (s) besətindən sonra buna qadağa qoyuldu. [6]

7.     Cinlər bəzi insanlarla rabitə yaradır sahib olduqları məhdud gizli sirrlərini onlara çatdırmaqla doğru yoldan azdırırdılar. [7]

8.     Cinlərin arasında çoxlu qüdrətə sahib olanları mövcuddur. [8]

9.     Onlar insanların ehtiyac duyduğu işləri görmək qüdrətinə malikdirlər. [9]

10.  Onların yer üzündəki yaradılışı insanların yaradılışından öncə olmuşdur. [10]

11.  İnsanların məqam və heysiyyəti cinlərdən üstündür. Bu səbəbdən Allah İblisə, Adəmə səcdə etməyi əmr etdi. İblis cin nəslinin böyüklərindəndir.[11]

Cinlərin peyğəmbəri olub-olmaması sualının cavabına gəlincə, cinlər üçün iki zaman kəsiyi; bəşər yaradılışından qabaq və sonra fərz olunur.

İkinci zaman kəsiyində; yəni insanın yaradılışından sonrakı insan və cinlər arasında ümumi zamanda (İslamdan qabaq və sonra) Quran ayələrinə əsasən cinlər də insanlar kimi insanlardan seçilən peyğəmbərlərə itaət etməyə borcludurlar.[12] Buna görə də bir çox cinlər ilahi peyğəmbərlərə iman gətirmiş, bəziləri də onları inkar edərək kafir olmuşlar.

Amma birinci zaman kəsiyində; yəni bəşər yaradılışından öncə cinlərin hidayətindən ötrü peyğəmbərlər gəlmişdilərmi? Əgər gəliblərsə, cin nəslindən olublar ya yox? Cavabında deyirik: Həzrət Adəmin (ə) yaradılışından qabaq cinlər arasında cin nəslindən peyğəmbərlər olmuşdur:

  1. Quran-kərim insan və cinin yaradılış hədəfinin übudiyyət və kamal olduğunu bəyan edirək buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!".[13] Şübəhəsiz ki, übudiyyət və kamal məqamına yetişmək təklifsiz müyəssər olmur. Deməli, cinlər təklif sahibi idilər[14] və buna Quranda şahidlik edir.[15] Başqa bir tərəfdən Allahın cinləri mükəlləf edib amma təklifi, onun şəraitini onlara öyrətməməsi, rəhbər göndərməməsi mümkün deyil. Beləliklə, təklif peyğəmbərin gəlişinə bağlıdır, peyğəmbər gəlmədiyi təqdirdə təklif düzgün deyil.

  2. Allah-Taala həkim və ədalətlidir. Adil və həkim olan kəs qəbahətli iş görməz. Bəs necə Allah buyurur: İnsan və cinləri vəzifələrində səhlənkarlıqlarına görə cəzalandıracağam: "Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!".[16] Allah peyğəmbər göndərmədən, höccəti tamam etmədən onları cəzalandırması mümkünmüdür? Sözsüz ki, cavab mənfidir. Çünki peyğəmbərsiz və höccətsiz mükəlləfi cəzalandırmaq qəbahətli, çirkin bir işdir. Əvvəldə dedik ki, hikmət sahibi qəbahətli, pis iş görməz. Cinlərdə bu ümumi qanuna aiddirlər. Bundan əlavə Quran buyurur: "Biz, (vəzifələrinin bəyanı üçün) peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!"[17]. Deməli, onlara peyğəmbərlər gəlmişdir.

  3. "یَا مَعْشَرَ الْجِنِّ وَالإِنسِ أَلَمْ یَأْتِکُمْ رُسُلٌ مِّنکُمْ یَقُصُّونَ عَلَیْکُمْ آیَاتِی وَیُنذِرُونَکُمْ لِقَاءَ یَوْمِکُمْ هَذَا..." "Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?...".[18]

Bu ayənin məna və arqumenti aydın şəkildə dəlalət edir ki, cinlərin olduğu bütün zamanlarda, həzrət Adəmin (ə) yaradılışdan öncə və sonra, hətta İslamdan qabaq və sonrakı dövrlərdə onların peyğəmbəri olmuşdur. Bəşərin yaranışından qabaq peyğəmbərin öz nəsillərindən olması təbiiidir.[19] Buna şahid olaraq başqa bir ayədə buyurulur: "إِنَّا أَرْسَلْنَاکَ بِالْحَقِّ بَشِیرًا وَنَذِیرًا وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خلَا فِیهَا نَذِیرٌ" "Doğrudan da, Biz səni haqla (Quranla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir peyğəmbər gəlib-getməsin!".[20]

  1. Bir rəvayətdə gəlmişdir ki, Şamlı bir şəxs həzrət Əlidən (ə) soruşdu: "Allah-Taala cinlər üçün peyğəmbərlər göndərmişdir?" İmam Əli (ə) cavabında buyurdu: "Bəli, Allah onların hidayəti üçün Yusif adlı bir peyğəmbər göndərmişdir. Amma cinlər onu şəhadətə yetirmişlər".[21] Bu rəvayət də cinlərin özlərinə məxsus peyğəmbərlərinin olmasına ən yaxşı sübutdur.

Beləliklə, dediklərimizə diqqət yetirməklə cinlərin təklif sahibi olduğu, bəşərin xilqətindən qabaq hidayətdən ötrü onlara peyğəmbərlərin gəldiyi aydın olur. Lakin onların keyfiyyəti bizə məlum deyil.



[1] - "Rəhman", 15

[2] - "Cin" surəsinin müxtəlif ayələri

[3] - "Cin" və "Rəhman" surəsinin ayələri

[4]-  "Cin", 15

[5] - "Cin", 11

[6] - "Cin", 9

[7] - "Cin", 6

[8] - "Nəml", 39

[9] - "Səba", 12-13

[10]-  "Hicr", 27

[11] - "Kəhf", 50

[12] - "Təfsir əl-Mizan", c.7, səh. 540, "Təfsir əl-münhəc əl-sadiqin", c.3, səh. 452

«وَ إِذْ صَرَفْنا إِلَیْکَ نَفَراً مِنَ الْجِنِّ یَسْتَمِعُونَ الْقُرْآنَ فَلَمَّا حَضَرُوهُ قالُوا أَنْصِتُوا فَلَمَّا قُضِیَ وَلَّوْا إِلى‏ قَوْمِهِمْ مُنْذِرینَ قالُوا یا قَوْمَنا إِنَّا سَمِعْنا کِتاباً أُنْزِلَ مِنْ بَعْدِ مُوسى‏ مُصَدِّقاً لِما بَیْنَ یَدَیْهِ یَهْدی إِلَى الْحَقِّ وَ إِلى‏ طَریقٍ مُسْتَقیمٍ»

[13] - "Zariyat", 56

«و ما خلقت الجنّ و الانس الاّ لیعبدون»

[14]-  "Bihar əl-ənvar", c.60, səh. 311

[15] - "Əhqaf", 18

«أُولئِکَ الَّذِینَ حَقَّ عَلَیْهِمُ الْقَوْلُ فِی أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَ الْإِنْسِ إِنَّهُمْ کانُوا خاسِرِینَ»

[16] - "Səcdə", 13; "Hud", 119

[17]-  "İsra", 15

[18] - "Ənam", 130

[19] - Bu nöqtə bəzi təfsirçilərin nəzərinə görə "rəsulun minkum" (رسل منکم) cümləsindən istifadə olunur və bütün zamanlara aiddir. Amma Musa və Məhəmməd peyğəmbərin (ə) zamanı istisnadır. Yəni, bu dövrlərdə cinlərin peyğəmbəri öz nəsillərindən deyil.

[20]-  "Fatir", 24

[21]-  "Bihar əl-ənvar", c.10, səh. 76

«هل بعث الله نبیا الی الجنّ فقال نعم بعث الیهم نبیا یقال له یوسف فدعاهم الی الله فقتلوه»

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Bir şəxs öz malının bir hissəsini vəsiyyət edir, lakin onun miqdarını dəqiq şəkildə təyin etmir. Vəsiyyət olunmuş hissəni – “cüz”ü necə təyin etmək olar?
    5489 Nizamlar hüquq və əhkam 2012/02/13
    Hər iki qisimdən olan rəvayətlərin sənədinin alimlər tərəfindən qəbul olunduğuna diqqət yetirməklə, onların tərəfindən bu iki bəyan arasında ittifaq yaratmaq mümkündür, çünki onlar demişlər:1. Keçmiş dövrlərdə mal-dövlət sahibləri öz əmlakını müxtəlif hissələrə – bəziləri on hissəyə, bəziləri yeddi hisslərə bölürdülər. Buna əsasən, insanın ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    5872 Nizamlar hüquq və əhkam 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Əhli-beyt (əleyhimus-salam)-ın düşmənlərinə lənət göndərməyin savabı xüsusunda məsum imamlardan rəvayət nəql olunmuşdurmu?
    9919 Hədis elmləri 2012/01/19
    Şiənin rəvayət məcmuələrində Əhli-beyt (əleyhimus-salam)-ın düşmənlərini lənətləmək və qarğış etməyin savabı ilə əlaqədar çoxlu rəvayət mövcuddur. İmam Riza (əleyhis-salam) Rəyyan ibni Şəbibə buyurdu: “Əgər Hüseyn (əleyhis-salam)-ın şəhid olan köməkçilərinin savabına nail olmaq və Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün düzəldilmiş otaqlarda sakin olmaq istəyirsənsə... hər vaxt Hüseyni xatırlasan, onun qatillərinə ...
  • Qüsl edə bilməyən vaxt, nə etmək lazımdır?
    6449 Nizamlar hüquq və əhkam 2011/05/05
    Sizin vəzifəniz, cənabət qüslünün əvəzinə təyəmmüm etməkdir. Yəni cənabət qüslünün əvəzinə təyəmmüm edirsiz və sübh namazını qılırsız. Sonrakı namazlar üçün qüsl edirsiniz. İzah etməliyik ki, bu məsələ sübh namazına məxsus deyil, əksinə digər vaxtlarda da belədir. Yəni əgər bir nəfər cənabətli olsa və ...
  • Öbəy ibni Kəbin şəxsiyyəti necə idi?
    6189 تاريخ بزرگان 2012/02/09
    Öbəy ibni Kəəb İslam Peyğəmbərinin (s) ən məşhur səhabələrindən olub, şiə və sünnü nəzərə almadan bütün müsəlmanların nəzərində ehtirama sahibdir. Şiə mənbələrində ondan məhdud rəvayətlər var və rical elminin böyükləri, onu Allah Rəsulunun səhabələrindən və vəhy kitabələrindən biliblər. Ondan nəql olmuş rəvayətlərə diqqət edərək onun Əhli- beytə (ə) məxsusən İmam ...
  • Peyğəmbər (s) və Əhli- beyt (ə) diridirlərmi? Diri olmaqları hansı mənadadır?
    6142 Qədim kəlam 2012/09/10
    Peyğəmbər (s) və Əhli- beytin (ə) həyatda olması Quranda olduğu kimi həqiqi mənanı daşıyır ki, xüsusiylə də şəhidlər barəsində ona təkid olunmuşdur: «وَ لا تَحْسَبَنَّ الَّذينَ قُتِلُوا في‏ سَبيلِ اللَّهِ أَمْواتاً بَلْ أَحْياءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ» O cümlədən, bir çox rəvayətlər İmamların həyatda ...
  • Siz deyirsiniz ki, din əqli dəstəkləyir və onu etibarlı sayır. Əgər belədirsə, biz əqlimizdən istifadə edərək istintac edə (şəriət hökmünü çıxara) bilərikmi? Ümumiyyətlə, təqlidin məqam, tərif və zərurəti nədir?
    6070 Təzə kəlam 2012/02/18
    Şəriətdə dəstəklənən əql məsləhəti ayırd edə bilən və camaat arasında deyilən mühasibəçi əqldən tamamilə başqadır. Bu əqlin də şəriət sahibi tərəfindən dəstəklənməsinə baxmayaraq, diqqət yetirmək lazımdır ki, əql idraklara hüdudlanır və bir sıra külliyyatı dərk edə bilər, amma onun xüsusiyyət və incəliklərə daxil olmağa qüdrəti ...
  • İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehin nə kimi bərəkət və təsirləri vardır?
    3969 Hədis elmləri 2020/03/01
    Dini mənbələrimizdə İmam Hüseynin (ə) türbətinin bərəkət və təsirləri haqqında bir çox məlumatlar öz əksini tapıbdır. Bu barədə, 3015, 30279 və 83 rəqəmli cavabları mütaliə edə bilərsiniz. Lakin Seyyid əş-Şühəda (ə) türbətindən hazırlanmış təsbeh barədə İmam Kazım (ə) belə buyurur: Şiələrimiz ...
  • Bu ki, deyilir İmam Əsr (əc)- ın zühurundan qabaq İraq ölkəsində on bir mərcə təqlidin öldürülməsi düzdür?
    5858 Qədim kəlam 2011/10/18
    Qeyd olunan sualda iki ehtimal var: Birinci budur ki, on iki mərcədən on biri həzrəti Məhdinin düşmənlərinin əli ilə öldürüləcək. İkinci budur ki, həzrət özü onları öldürəcək, zühurla əlaqəli rəvayətlərə müraciət etməklə hər iki ehtimalın doğru olmaması sübut olunur. Baxmayaraq ki, birinci ehtimalla əlaqədar təqribən oxşar rəvayətlər varımızdır ki, ...
  • Bu ibarətdən məqsəd nədur?
    5905 Hədis elmləri 2012/01/16
    İbarətin mənası budur: Günlərlə düşmənçilik etməyin ki, onlar da sizinlə düşmənçilik edəcəklər. Bu ibarət bəzi hədislərdə Peyğəmbərdən (s) daxil olmuşdur və «ایامکم» dan məqsəd həftənin günləri olur. Bu təbir və ibarə zamanın əhəmiyyətin çatdırır və günləri pis bilib onlar barədə şikayət etmək lazım deyil yoxsa mümkündür pis fal vurduğu şey ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162925 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155130 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117823 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109783 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99079 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91382 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53396 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45410 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43800 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42973 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...