Ətraflı axtarış
Baxanların
16175
İnternetə qoyma tarixi: 2011/05/09
Sualın xülasəsi
Nə üçün kişilərə bir neçə qadınla evlənməyə icazə verilir amma qadınlara yox?
Sual
Nə üçün kişilər bir neçə qadınla ailə qura bilər amma bu iş qadınlara haramdır?
Qısa cavab

Müqəddəs İslam dinindən öncə bu məsələnin insanlar arasında heç bir əhəmiyyəti yox idi və insanlar bu məsələ üçün konkret olaraq heç bir qanun fikirləşməmişdilər. Yəni hər kəs ürəyi istəyən qədər ərə gedə bilər və evlənə bilərdi. Amma İslam dini, insan həyatının zəruri qanunları çərçivəsində bəzi məsələləri ağır şərtlərlə qanunlaşdırdı. İslam dininin qanunları insanların istedadları və ehtiyacları çərçivəsində hər bir qanunun icrasını tələb edir. Çünki insan həyatında aşğıdakı qeydlər inkar olunmazdır:

1). Kişilər həyatın müxtəlif hadisələri nəticəsində qadınlarla müqayisədə daha tez canlarını itirirlər. Xüsusən də döyüş zaman ilk canın qurban verən məhz kişilərdir.

2). Kişilərin cinsi istəkləri qadınlarla müqayisədə uzun sürür.

3). Qadınlar heyz (aybaşı) və hamilə olarkən onlarla yaxınlıq etmək olmaz. Bir halda ki, kişilər üçün belə qadağa yoxdur.

4). Bəzi qadınlar müxtəlif hadisələr səbəbi ilə öz kişilərini itirirlər. Əgər kişilər üçün bir neçə qadın almaq icazəsi olmasaydı öz ərlərini itirmiş qadınlar gərək ömürlərinin sonuna kimi ərsiz qalsınlar.

Bu səbəblər qadın və kişi həyatının nizamının pozulmasına səbəb olur: Bunun üçün də ictimai sağlamlığın qorunması üçün aşağıdakı üç yoldan birini seçmək məcburiyyətində qalırıq.

A). Kişilər bir qadınla evlənməli və dul qadınlarda ömürlərinin sonuna kimi ərə getməməlidirlər. Həmçinin öz daxili istəklərini də boğmağa çalışmalıdırlar.

B). Kişilər yalnız bir qadınla evlənməli və digər subay və ərsiz qadınlarla qeyri qanunu sevişməlidir.

C). O kəslər ki, bir qadından artıq bir neçə qadın da saxlamağa oul cism, (övladlar və qadınlar arasında ədalət) baxımından hər bir məsələyə riayət etməyə qüdrətləri çatır evlənməyə icazələri vardır.

Müqəddəs İslam dini bu üç yoldan üçüncüsünü seçib məsləhət bilmişdir. Amma qadınların da bu hüquqdan istifadə etməmək məsələsini belə izah edir:

Birincisi neçə ərlilik insanın təbiətin ziddinə olan bir məsələdir.

İkincisi belə olan halda gigiyena məsələri tam pozulur və gələcək nəsli xəstəlik təhdid edir.

Üçüncüsü bu minvalla nəsillərin tanınması aradan gedir.

Ətreaflı cavab

İslam dinindən öncə ərəb ictimaiyyətin araşdırsaq ailə məfhumunun insanlar arasında heç bir məna kəsb etmədiyinin şahidi olarıq. Yəni evlənmək və ərə getmək məsələlərinin sıfr dərəcəsində olduğunu müşahidə edərik. Belə ki, evlənmək və ərə getmək məsələsi heç bir qanun çərçivəsində məhdudlaşmırdı. Amma İslam dini zühur edəndən sonra bütün bu məsələlər dinin ağır qanunları çərçivəsində müəyyən şərtlərlə icraya qoyuldu. Yəni bütün istəklər insanlara zəruri olan qədər icazə verildi.

İslam dininin qanunları insanların ehtiyacları əsasındadır. Əgər bütün ictimai məsələləri diqqətlə nəzərdən keçirsək və hisslərimizi kənara qoysaq kişilərin çoxevlilik məsələsi aydınlaşar.

Kişilərin bütün ictimai və xətərli hadisələrlə üz- üzə qalması və bəzilərinin bu hadisələrdə həyatlarını itirməsi inkar olunmazdır. Yəni ictimaiyyətin əsas qurbanlarını təşkil edən kişilərdir.

Həmçinin kişilərin cinsi istəklərinin qadınlardan çox olması aydın məsələdir. Həmçinin qadınlar müəyyən yaş həddinə çatdıqda cinsi hazırlıqlarını itirirlər. Bir halda ki, kişilərdə belə deyildir.

Həmçinin qadınların heyz zamanı və hamiləlik dövürlərinin bir müddəti kişilər üçün qadağandır. Yəni kişilər bu müddət ərzində qadınlara yaxınlaşa bilməzlər. Amma kişilər üçün bu hallar baş vermir.

Bunlardan əlavə bəzi qadınlar həyatın müxtəlif hadisələri nəticəsində öz həyat yoldaşların itirirlər. Əgər kişilərə bir neçə qadın almaq icazəsi verilməsə, bu qadınlar ömürlərinin sonuna kimi subay qalmaq məcburiyyətində qalmalıdırlar.

Əgər bunları nəzərə almasaq ictimai nizam pozular və fəsadın qarşısını almaq mümkün olmaz.

Bu səbəbdən də aşağıdakı seçimlərdən birini seçmək ona əməl etmək məcburiyyətində qalırıq.

A). Kişilər yalnız bir qadınla evlənməli və dul qadınlar da ömürlərinin sonuna kimi ərə getməlidirlər. Bununla yanaşı öz cinsi istəklərini həbs etməlidirlər.

B). Kişilər yalnız bir qadınla kifayətlənməli və ərsiz qadınlarla qeyri qanuni şəkildə sevişməlidirlər.

C). Amma o kəsin ki, bir qadından artıq bir neçə qadınında saxlamaq imkanı var ona bu işi yerinə yetirmək imkanı verilir. Amma bu məsələdə cism və sərvət cəhətindən kişinin qüdrətli olması əsas şərtdir. (Həmçinin əxlaq və insanlıq dəyərləri də öz yerində olmaq şərti ilə). Bundan əlavə qadınların və uşaqların arasında ədalətin bərpa olunması və buna əməl olunması əsas şərtlərdən sayılır.

Əgər birinci yolu seçsək insanların ruhi və cismi istəkləri ilə mübarizəyə hazır olmalıyıq. Həmçinin bu mübarizədə qadınların bütün hislərini ayaq altda qoymalıyıq. Amma bunu da qeyd edək ki, mübarizədə heç kəs qalib deyil. əgər bunun mümkünlüyünü təsəvvür etsək insanlıq dəyərlərindən xaric əməl etməyimiz də gizlin deyildir.

Əgər bir neçə qadın almaq zəruri hala çevrilərsə bu yerdə birinci qadın, ikinci qadın məsələsi önə gəlir. Bu elə bir məsələdir ki, tərəf müqabil mövcud olan şəraitdə düzgün hökm etməlidir.

Amma ikinci yolu seçəriksə bu zaman ictimai fəsadın nə yerdə olcağını da düşünməliyik. Yəni ictimai pozğunluğu rəsmən tanımalıyıq. Bundan əlavə sevgili ünvanında istifadə olunan qadınların nə təminatı vardır, nə də gələcəkləri. Əlbəttə bu elə bir məsələ deyil ki, aqil insan bunun mümkünlüyünə imza çəksin.

Bu iki yoldan sonra ümid üçüncü yola qalır. Üçüncü yolda həm qadınların daxili istəklərinə (ehtiyaclarına) müsbət cavab verilir, həm də ictimai fəsadın qarşısı tamami ilə alınır. Yəni ictimaiyyət günahın ağuşundan nicat tapır.[1]

Qərb aləminin heyvanlara məhəbbət göstərməsinin əsas sirri də bundadır. Nəinki, onlarda insanlıq hissi daha güclüdür. Sizin nəzərinizə tarix boyunca insanları vəhşicəsinə qətlə yetirən insanlarda belə hissin olması mümkündürmü?

Amma "nə üçün qadınlara çox ərlilik olmaz"? Sualına belə cavab veririk ki:

1). Bu qadının psixologiya və təbiətinə uyğun bir istək deyildir. Psixoloji baxımdan qadın və kişinin yaradılışında ümdə fərqlərdən biri də bu məsələdir. Psixoloqların nəzərinə əsasən qadınlar "təkərliyi" daha çox sevirlər. Qadınlar zatən bir ərin himayəsi altında yaşamağa daha çox üstünlük verirlər. Amma kişilər tam bu məsələnin əksinə əməl edirlər. Yəni kişilər "çoxarvadlılığı" daha çox sevirlər. Bu səbdən də İslam dini bütün qanunlarını insanların təbiətinə uyğun olaraq ölçüb- biçmişdir.[2]

2). Əgər bu məsələ mümkün olsa gələcək nəslin sağlamlığı təhlükədə olacaqdır.

3). İnsanları tanımaq və nəsilləri ayırmaq mümkün olmayacaqdır. Bundan əlavə bütün ailə, qohumluq və nəsil dəyərləri aradan gedəcəkdir. Çünki, ailə, övlad sevgisi o vaxt öz dəyərini tapır ki, ailədə hamının kimliyi aydın olsun. Amma belə olan halda hamı ailədə bir- birinə şəkk edər və ailədə olan uşaqların kimliyidə aydın olmaz. Bir halda ki, ata və ya ana bilmir ailədə olan uşaq kimindir, sizcə ona məhəbbətlə yanaşarlarmı?[3]

Bütün bu məsələlər və İslam dininin bu yolda düzgün qərar verməsi bu müqəddəs dinin sirlərindəndir.

Bu səbəbdən də kişilərə çox evlənməyi məsləhət bilmiş və qadınlara bunu qadağan etmişdir.



[1] - Bax: Məkarim Şirazi, Nümunə təfsiri, cild 3, səh 256- 260. Mürtəza Mütəhhəri, Məcmueye asar, cild 19- səh 357- 361. Təfsire əl- mizan, cild 4, səh 319.

[2] - Mürtəza Çütəhhəri, Məcmueyi asar, cild 19, səh 302.

[3] - Bax: Mürtəza Mütəhhəri, Nizam hüquqi zən dər İslam, Cavad Amuli, Abdullah, Zən dər ayineye cəlal və cəmal, Təba- təbayi, seyyid Mühəmməd Hüseyn, Təfsir əl- mizan, cild 4.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Kitaba, əslə və təsnifə malik olmaq hədis ravisinin tərif və etibarına dəlalət edirmi?
    5989 Hədis nəql edənlər 2012/06/23
    Rical alimlərinin sözlərində “kitab” özünün adi və məşhur mənasınadır və həm əslə, həm də təsnifə (yəni məsum imamın səhabələrinin vasitəsi ilə hədis nəqli üçün qələmə alınan və kitab şəkilinə salınan həmin şeyə) şamil olur. Alimlərin bəziləri, məsələn, Əllamə Məclisi, Seyid Bəhrul-ülum və Şeyx Səduq (rəhmətullahi ...
  • İmam Əli (əleyhis-salam)-ın nəzərindən Quranın məqamı necədir?
    6324 Quran elmləri 2012/07/22
    İmam Əli (əleyhis-salam)-ın nəzərində Quran çox yüksək məqama malikdir. “Nəhcul-bəlağə”də Quran üçün qeyd olunan xüsusiyyətlərin bəzisi aşağıdakı mövzularda xülasə edilmişdir: 1. Xeyirxah nəsihətçi, 2. Ən yaxşı yol göstərən, 3. Düz danışan natiq, 4. Ən möhkəm və xatircəm sığınacaq yeri, 5. Şəfa verən, 6. Elm və mərifətin mənşəyi, ...
  • Eramızdan uzun illər qabaq mağaralarda yaşayan insanlarda Adəmin (ə) nəslindən idilərmi?
    6972 Təfsir 2011/05/09
    Adəm (ə) övladının dağlarda və mağaralarda yaşamasını Qurani- kərim də təsdiqləyir. Amma bunu da qeyd edək ki, Adəmdən (ə) öncə insanların yaşaması və mağaraları özlərinə məskən seçmələri inkarolunmazdır. Hətta mağaralardan tapılmış tarixi əsərlərdə onların hansı zamana aid olmalarını da demək olar. Bundan əlavə Adəmin (ə) yaşamaq tarixi çox uzun min ...
  • Peyğəmbər (s-)- in bütün kəlmə və sözləri vəhy olub ya xeyir?
    11641 Qədim kəlam 2011/02/14
    Bu barədə alimlərin nəzəri fərqlidir: Bəziləri Nəcm surəsinin 3 və 4- cü ayələrinin[i] mütləq gəlməsinə istinad edərək bu fikirdədirlər ki, Peyğəmbərin bütün söz, rəftar və əməlləri vəhydən qaynaqlanır. Bəziləri də bu fikirdədirlər ki, Nəcm surəsinin 4- cü ayəsi Qurani- kərim və Peyğəmbər (s)- ə ...
  • Ruhlar aləmində zaman var?
    6449 Qədim kəlam 2012/04/17
    Zaman əqli bir məfhumdur ki, maddiyyatın varlığından ələ gəlir necə ki, mücərrədatın varlığından subat məfhumu ələ gəlir. Ruhda mücərrədlərdən biridir və mücərrədlər aləmində zaman yoxdur. Çünki zaman təbiət aləminin xüsusiyyatlarındandır. Əlbəttə ruhlar (mücərrədat) aləmində "zaman" kəlməsinin əvəzində ki, maddi varlıqlar üçün zərfdir "dəhr" kəlməsi var ki, mücərrədlər üçün ...
  • Şiə alimlərinin Kəsa hədisi və silsilə sənədləri haqqında nəzərləri nədir? Hədisin sonunda gələn qəribə ifdəni necə izah etmək olar?
    10025 Hədis elmləri 2011/06/25
    1.HədiskitablarındabəzənKəsahədisindənməqsədinəhli-sünnəvəşiəalimləritərəfindənİslamPeyğəməbrinin(səlləllahu ələyhi və ...
  • Səbr və bölgü dəlili necədir və necə əməl edir?
    5466 İslam fəlsəfəsi 2012/03/11
    Səbr və bölgü dəlili müxtəlif elmlərdə, həmçinin fiqh üsulu elmində istifadə edilir və Baxmayaraq ki, həmişə ona istinad etmək olmaz, lakin bir çox hallarda höccətdir. Çünki məntiq kitablarında daha geniş yayılmış isbatların dördlü növləri qeyd edilmişdir. Amma bunun barəsində söhbət açılmır. İlk başda bu dəlillərin terminlərin mənasını ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7305 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • İslam nəzərində naməhrəm kişiylə qadının görüşməsinin hökmü nədir?
    11047 Nizamlar hüquq və əhkam 2011/04/13
    Bu nöqtə məlumdur ki, naməhrəmlə üzləşdikdə elə rəftar olunmalıdır ki, fəsada yol verilməsin və yaxud fəsad qorxusu yaranmasın.[1] Amma naməhrəm kişi və qadının bədənlərinin bir- birinə dəyməsi və yaxud onlar bir- biriylə görüşməməsi, o cür ki, sualda işarə olunmuşdur, demək lazımdır ki: Bütün ...
  • Aya insan yer üzündə olan varlıqların ən şərafətlisidir ya bütün varlıqların və aya mümkündür insandan şərafətli bir məxluq yaransın?
    6930 Təzə kəlam 2011/05/31
    Bizim əqidəmizdə insan barəsində olan ayə və rəvayətlər, insanın digər varlıqlara üstün olması (istər yerdə olan varlıqlar olsun istərsə də göylərdə) əldə olunur. Bu da o xüsusiyyətlərə görədir ki, insan ona malikdir: 1-             İlahi ruhiyyəyə sahib olması.

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162919 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155094 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117816 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109771 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99021 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91374 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53389 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45382 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43786 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42953 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...