Ətraflı axtarış
Baxanların
7747
İnternetə qoyma tarixi: 2010/03/13
Sualın xülasəsi
Тарихдә охујуруг ки, һәр бир һөкумәт вә мәдәнијјәт бир ҝүн сүгута уғрајыр. Мүмкүн дејил ки, Имам Заманын (әҹ) да һөкумәти һәм бир ҝүн арадан ҝетсин? Јәни, инсанлар она адәт етсинләр вә һөкумәтдән үз дөндәрсинләр?
Sual
Тарихдә охујуруг ки, һәр бир һөкумәт вә мәдәнијјәт бир ҝүн сүгута уғрајыр. Мүмкүн дејил ки, Имам Заманын (әҹ) да һөкумәти һәм бир ҝүн арадан ҝетсин? Јәни, инсанлар она адәт етсинләр вә һөкумәтдән үз дөндәрсинләр?
Qısa cavab

Белә бир шеј имам Заманын (әҹ) һакимијјәти дөврүндә тәсәввүр олуна билмәз. Чүнки, һөкумәтләр, ја зүлм вә һагсызлыг етдикләринә ҝөрә ја да әдаләтдән үз дөндәрдикләри үчүн сүгута уғрајырлар. Бу амилләрин һеч бири имам Мәһдинин (әҹ) һакимијјәти дөврүндә мүмкүн дејил.

Ətreaflı cavab

Бир һөкүмәтин сүгута уғрајыб арадан ҝетмәси ики јолла мүмкүндүр:

1)     Зүлм, һагсызлыг вә әдаләтсизлик сәбәб олур ки, һәр һансы бир һөкумәтин тәмәли сарсылсын вә сүтуну гырылсын. Нәтиҹәдә, ја инсанларын гијамы, ја да јадларын һүҹуму нәтиҹәсиндә бу һөкумәт арадан ҝедир. Тарихә нәзәр салсаг бир чох һөкумәтләрин сүгутуна мәһз бу амил сәбәб олур. Мәсәлән, ислам тарихиндә бәни Үмәјјәнин Аббасиләрин әли илә сүгута уғрамасына сәбәб онларын зүлм вә һагсызлыг вә әдаләтсизлик етмәләри олмушдур. Јахуд, Аббаси һөкумәти монголларын һүҹуму нәтиҹәсиндә вә сасани һөкумәти Ислам ордусу гаршысында диз чөкдү. Чүнки, бу һөкумәтләрин етдији зүлмә ҝөрә јерли әһали онлары нәинки мүдафиә етмәди һәтта, онлара бу зүлм вә һагсызлыглары ниҹат верәҹәк бирисини ахтарырдылар. Шаһән шаһ режиминин деврилиб Ислам ингилабынын галиб ҝәлмәси дә иран халгынын зүлмә гаршы гијамы нәтиҹәсиндә олду.

Бүтүн тарих боју залым һөкумәтләр белә бир вәзијјәтлә үзләшибләр. Белә ки, ја дахилдән дағылыблар ја да ки, јадлар һүҹум едәндә халгын һөкумәтдән үз дөндәрдији нәтиҹәсиндә тәслим олублар.

2)     Һөкумәтләрин сүгута уғрамаларынын диҝәр бир сәбәби јалан тәблиғат васитәси илә халгын онлардан үз дөндәрмәси нәтиҹәсиндә олур. Белә бир һадисә Һәзрәти Әли (әлејһиссалам) һөкумәти дөврүндә баш верди. Имам Әли (әлејһиссалам)-а гаршы зәһәрли тәблиғатлар вә мүһарибәләр о Һәзрәтә халг барәсиндә дүшүнмәјә имкан вермирди. Бундан әлавә, о ҝүнкү ҹәмијјәтдә баш алыб ҝедән инһирафлара ҝөрә имам Әли (әлејһиссалам) һакимијјәти гәбул етмәјә разы дејилди. Чүнки билирди ки, һәтта, ҹәмијјәтин ҝөркәмли үзвүләри белә сәһвә дүчар олублар вә белә бир ҹәмијјәтдә әдаләтин иҹрасы һөкумәт үчүн башағрысы олаҹагдыр. Инсанлар һәгиги ислам дининдән узаг дүшмәләри нәтиҹәсиндә, дүшмәнин јаратдыгы чашгынлыг вә мәнфи тәблиғатлар мүгабилиндә мүгавимәт руһуну әлдән вермишдиләр.[1] Нәтиҹәдә, о Һәзрәт (ә) шәһадәтә чатды вә һөкумәти арадан ҝетди .

Амма, имам Мәһдинин (ә) үмумидүнја һөкумәти дөврүндә јухарыда дедијимиз мәсәләләрдән биринҹиси мүмкүн дејилдир. Чүнки инсанлар аҝаһ вә агил олуб ағыл вә елми сәвијјәләри тәкамүл тапаҹагдыр. Ваһид үмумидүнја һөкумәти әсас тәблиғат вә информасија васитәләрини нәзарәт алтына алаҹаг, бүтүн Ислам әһкамы (гајда-ганунлары) о ҹүмләдән, әмр бемәруф (јахшы ишләрә сары) вә нәһј әзмүнкәр (чиркин ишләрдән чәкиндирмәк) ҹәмијјәтдә иҹра олунаҹагдыр. Беләликлә, һакимијјәтдән үз дөндәрмәклик вә сојуглуг ҹәмијјәтдә мүшаһидә олунмајаҹагдыр. Нәтиҹәдә, дејә биләрик ки, һөкумәтләрин дағылмасына сәбәб олан икинҹи һал (инсанларын алдадылмасы ) гејри-мүмкүн олаҹагдыр.

Доғрудур ки, шејтан да о дөвүрдә фәаллашаҹаг вә инсанларын бәзиләрини алдатмага мүвәффәг олаҹагдыр. Амма, әксәријјәт јухарыда бәјан етдијимиз дәлилләрә ҝөрә һаггы гәбул едәҹәк, алданмајаҹаг вә һакимијјәтдән үз дөндәрмәјәҹәкләр.[2]



1 Доктор сејјид Мүгәддәм Шәһиди, Әли (әлејһиссалам) Әлинин дилиндән, јахуд, Әмирәл-мөминини (әлејһиссалам) һәјаты, дәфтәр нәшр фәрһәнҝи ислами, 1379, сәһ-160-64, Доктор сејјид Мүгәддәм Шәһиди, Сиреји сијаси вә иҹтимаи Имам Әли (әлејһиссалам), Сејјид Сәид Ләвәсани, дәфтәр тәдвин вә пежуһеш данешкаһ Азад ислами, 1380, сәһ-51-76.

[2] Имам Мәһди (әҹ) һөкумәти һаггында даһа чох мәлумат үчүн бах; Насир Мәкарим Ширази, Мәһди ингилаб бөзорҝ, Ибраһим Әмини, Дадгостәри ҹаһан, Һади Камил Сүлејман, Рузгарһаји, тәрҹүмә, Әли Әкбәр Мәһди Пур, 2-ҹи ҹилд.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • İslam nəzərindən süni mayalanmanın hökmü nədir?
    18476 Nizamlar hüquq və əhkam 2011/09/18
    Süni mayalanma xüsusilə insanın süni mayalanması yeni məsələlərdən biridir, ona görə də onun hökmü ayə və rəvayətlərdə açıqlanmayıbdır. Amma şiənin fəqih alimləri ayə və rəvayətlərdə ictihad üslubundan istifadə etməklə bu barədə nəzərlərini bildiriblər. Hazırda bu barədə şiə fəqihləri arasında neçə nəzər var:1.
  • Бу ајәнин мәнасы нәдир? “Билин ки, Аллaһ инсaнлa oнун гəлби aрaсынa ҝирəр.”
    6019 Təfsir 2010/06/12
    “Јәһул” сөзү “һөвл” көкүндән олуб, ики шеј арасында васитә олмаға дејилир. Әҝәр сөз фасилә салмагдан ҝедирсә онда ики шеј тәсәввүр олунмалыдыр ки, үчүнҹү шејлә онларын арасында фасилә салынсын. Икинҹиси, гајдаја әсасән о ики шеј бир-биринә о гәдәр јахын олмалыдыр ки, дејилсин ки, үчүнҹү ...
  • Нәјә ҝөрә намазы вә диҝәр ибадәтләри әрәбҹә охумајылыг?
    6918 Əhkam və hüquq fəlsəfəsi 2010/09/29
    Ислам вәһдәт вә бирлик дини олуб бүтүн мүсәлманлары бир ҹәбһәдә гәрар вермәк истәјир. Белә бир ҹәмијјәтин ваһид бир дили олмалыдыр, чүнки, бир-бириндән фәргләнән дилләр васитәси илә әсл вәһдәт мүмкүн дејилдир. Әксәр дилшүнасларын играрына әсасән, дүнјада ән ҝениш вә дәрин мәналары өзүндә ҹәмләшдирән әрәб дилини Исламда бејнәлхалг ...
  • Qabil Habili niyə öldürdü?
    11203 Hədis elmləri 2011/05/31
    Quran ayələrindən istifadə olunur ki, Habilin Qabilin əli ilə öldürülməsinin səbəbi, Qabilin vücudunda alovlanan çirkin həsəd sifəti olubdur və sonda Habilin məzlumcasına öldürülməsinə gətirib çıxardı. ...
  • Bir qadının haqqı var ki, öz səsini naməhrəmin qulağına çatdırsın? Əgər bu işdən hədəf nə İslam və nə də işi ilə əlaqədə olmasa necə?
    5723 Qadınların ictimai fəaliyyətləri 2015/06/29
    Ümumiyyətlə, qeyri-zəruri hallar istisna olmaqla, həddən artıq danışmaq bəyənilməz əməldir və hər kəs öz danışığında həddi və hüdudu gözləməlidir. O yolda, qadın üçün də yaxşı olar zəruri yerlər istisna olmaqla, hər qarşıya çıxan naməhrəmlə danışıqdan çəkinsin. Hərhalda, Quranda qadınların danışığı haqqında təkid olunmuş məqam o haldadır ki, ...
  • Aşura günü oruc tutmaqla əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən hədis nəql olunmuşdurmu? Bu gündə oruc tutmaq müstəhəbdirmi?
    19088 Nizamlar hüquq və əhkam 2012/01/18
    Şiənin mötəbər rəvayət mənbələrdə bu məzmunda elə bir hədis yoxdur ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in Aşura günü oruc tutmağın müstəhəb olmasını bəyan etmiş olsun. Lakin o həzrətin sirə və davranışı ilə əlaqədar hədislərdə belə nəzərə çarpır ki, o həzrət bu gün oruc tutmuşdur. İmam Riza (əleyhis-salam)-ın ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7302 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • İnsanın zatı haradan və nədən bəhrələnir və onun insanın rəftarında nə kimi əhəmiyyəti var?
    7489 Qədim kəlam 2011/05/31
    "Himəti mütəsliyə"nin bu barədə nəzəri budur ki, "zatlar ibtidai mərhələdə qeyri müəyyən şəkildə mövcud olurlar. Sonra isə yaradılış qanunlarına uyğun olaraq cismlənərək müəyyən olurlar. Üçüncü mərhələdə isə insan olaraq fərqli olaraq fəaliyyət göstərirlər". İnsanın zatı mənəvi və maddi qolda daşıyısı olaraq ilk yaradılışdan insanla birlikdə olurlar. Adətən maddi ...
  • Həzrət Əli (əleyhis-salam) Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in təkcə dostu, yoldaşı, köməkçisi və qohumu idimi, yoxsa bundan da artıq məqama malik idi?
    6913 Qədim kəlam 2011/05/17
    İmam Əli (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə qohum və dost olmaqdan əlavə, həyatının müxtəlif mərhələlərində o həzrətin özünün və islamın fədakar müdafiəçisi, risalətin təbliğinin bütün səhnələrində onun köməkçisi idi. İmam Əli (əleyhis-salam) o həzrətin kürəkəni olmaqdan əlavə, həm də onun mehriban və hərarətli ağuşunda ...
  • İmamın (ə) evinə hücum olunarkən nə üçün imam sükut edir?
    6543 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/05/05
    İlk növbədə bunu qeyd edək ki, bütün İmamlar xətadan və günahdan pak və məsumdurlar. Bu səbəbdən də bu məsələdə xəta və səhv axtarmadan mövzunun sirrinə və hikmətinə varmaq lazımdır. Bundan əlavə tarixin bu mövzularına və səhnələrinə toxunduqda İmamların daha zəkalı, uzaqgörən olmalarını və həmçinin daim düzgün mövqe nümayiş ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162914 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155075 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117810 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109762 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98992 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91365 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53388 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45360 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43781 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42943 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...