Ətraflı axtarış
Baxanların
6028
İnternetə qoyma tarixi: 2011/11/19
Sualın xülasəsi
Hilyətul- müttəqin kitabı qadınların mövqeyini onların şəninə uyğun açıqlayıbdırmı?
Sual
Hilyətul- müttəqin kitabı qadının mövqeyini onların şəninə uyğun açıqlayıbdırmı? Bu kitab barəsində sizin nəzəriniz nədir?
Qısa cavab

Şiənin nəzərində, Qurandan başqa heç bir kitaba yüz faiz etimad etmək olmaz. Ona görə də, kitablarda xüsusilə hədis kitablarında gələn məsələləri sənəd və dəlalət cəhətindən təhlil etmək lazımdır. Əgər bir məsələ slamın ümumi usuli və Quran təlimləri ilə ziddiyyəti olmasa, qəbul etmək lazımdır. Hilyətul—müttəqin kitabı barəsində, bəzi rəvayətlərin zəif və problemli olmasını qəbul edərək, deyə bilərik ki, bu kitabın Məsumlar (ə)- dan əxlaqi ya hüquqi əlaqələr, ər- arvad həyatını necə olması barəsində nəql etdiyi, ər- arvad arasında məhəbbəti möhkəmləndirmək və rahatlığı təmin etmək məqsədi ilədir ki, bunun qadın barəsində baxışı və onun dəyərləri ilə heç bir ziddiyyəti yoxdur, əksinə hilyətul- müttəqin kitabında qadın daha çox təriflənib və böyük hörmətə malikdir.

Ətreaflı cavab

Hilyətul- müttəqin kitabının qadın cə kişi barəsində nə deməsini izah etməmişdən qabaq, Qurani- kərim və Peyğəmbər (s) və İmamların (ə) rəvayətlərinin qadın və kişi barəsində baxışını bilməliyik:

Quran və rəvayətlər baxımından qadın və kişi bir cinsdən və hər biri digəri üçün və bir- birinin rahatlığını təmin etmək üçün yaradılıblar. Allah onlar arasında xüsusi bir bağlılıq qərar verib və hər biri o birisinin bəzəyi və libasıdır. Biri digərinin aləti deyil. Onların hər biri öz əməllərinin nəticələrinə malikdirlər. Əgər onların birinin digəri barəsində haqqı varsa, onun qarşısında vəzifəsi də var. Qadın üçün yaxşı haqqları, onun vəzifələri kimi, qərar verilibdir.[1]

Amma sualınız barəsində deməliyik: Şiə və Əhli- beyt məktəbinin nəzərində, Qurandan başqa heç bir kitaba yüz faiz etimad etmək olmaz. Ona görə də, kitablarda xüsusi ilə hədis kitablarında gələn məsələləri, sənəd və dəlalət cəhətdən təhlil olunmalıdır. Əgər bir məsələ İslamın ümumi usulu vəQuran təlimləri ilə ziddiyyətdə olmasa qəbul etmək lazım və əks halda qəbul edilməməlidir.

Hilyətul- müttəqin kitabı barəsində, onun bəzi rəvayətlərində zəif və problemlərin olmasını qəbul etməklə, ümumiyyətlə deyə bilərik ki, bu kitabın[2] mətni (qadın və kişi barəsində) üç cür baxış irəli sürür:

A). Qadın cinsinin tərifi.

B). Kişinin qadına kəramətli baxışı.

C). Qadının kişiyə kəramətli baxışı.

A). Bu kitabda birinci baxışın (Qadın cinsinin tərifi) olmasına sübut, bu cür məsələləri gətirmək və xatırlatmaqdır:

1. Allah- Taala oğlanlardan çox qızlara mehribandır.

2. Qız iylədiyin bir güldür.

3. İslam Peyğəmbəri (s) qızların atası idi.

4. Qız həsənə və oğlan nemətdir. Allah- Taala həsənəyə mükafat verir və nemətdən sual edir.

5. Qızının ölüm arzusunu edən şəxsin əməllərinin heç bir savabı yoxdur və qiyamətdə günahkarlardan olacaq.

B). İkinci nəzərə (Kişinin qadınla yaxşı rəftarı sübut, bu cür məsələlərin olmasıdır:

1. Qadınları sevmək, Peyğəmbərlər (ə)- ın əxlaqındandır. Qadınları çox sevmək, İslam Peyğəmbəri (s)- in sünnəsindən idi. Dünyadan namaz, yaxşı iy (ətir) və qadını bəyənmişdi.

2. Qadınlara məhəbbət etmək, imanın çoxalmasına səbəb olur.

3. Sizin ən yaxşınız qadınla ən yaxşı rəftar edəninizdir.

4. Allah yanında bəndələrin ən sevimlisi, qadına ən çox yaxşılıq edəndir.

5. Qadın güldür, xidmətçi deyil.

6. Qadının razılıq və gözəlliyini qorumaq, ona münasib olmayan işləri ona etdirməməkdir.

7. Gəlin sənin evinə daxil olarkən, oturması üçün ayaqqabılarını al və ayaqlarını yu. Həmin suyu evin qapısından onun sonunadək səp.

8. Qadının haqqı budur ki, onu doyurasan, geyim və hər fəslə aid geyimlər və onun bəzək alətlərini hazırlayasan. Həmçinin evə lazım olan şeyləri alasan. Pislik etdiyi zaman, onu bağışlayasan

9. Qadının haqqınıyerinə yetirməməkdə, Allahdan qorx. Amma nazil libas geyməyi istəmək kimi, fəsada səbəb olan şeylərdə onun sözünə baxma.

C). Üçüncü nəzər (Qadının kişi ilə yaxşı rəftarı) barəsində, bu qəbildən olan məsələlər gəlibdir:

1. Qadınların ən yaxşısı, öz ərinə və övladlarına ən mehriban və iffət sahibi olan şəxsdir.

2. Əri üçün özünü bəzəsin və xəlvətdə ona mane olmasın. (İstədiyini ondan əsirgəməsin). Əgər ərinin yaxınlıq istəyini qəbul etməsə, mələklər ona lənət edəcək.

3. Əgər qadın ərini qarşılamağa getsə və ya onu müşaiyət etsə və çətinliklərdə onunla həmdərd olsa, o qadın İlahi içşilərdən olacaq və şəhidin savabının yarısı ona veriləcək.

4. Qadınların ən pisi, ərinə kin bəsləyən,pis işləri görməyə qorxusu olmayan, özünü başqaları üçün bəzəyən, əri üçün özünü örtən və ərinin üzrünü qəbul etməyən şəxsdir.

5. Ərindən heç bir xeyir görmədim deyən qadının əməllərinin heç bir savabı yoxdur.

6. Qadın ərinə itaət etməlidir. Kişi üçün dünya və axirət yaxşılıqlarından biri budur ki, onun arvadı mömin olsun və ona baxmaq kişinin şad olmasına səbəb olsun və kişi evdə olmadıqda onun mal və abrını qorusun.

Nəticə budur ki, hilyətul- müttəqin kitabında qadın və kişinin əlaqələri barəsində gələnlər,qadının kişi qarşısında olan vəzifələrinə məxsus deyil. Əksinə o kitabda kişinin vəzifələri də açıqlanıbdır. Bundan əlavə, qeyd olunan sözlərin çoxu da, qadınların hüquqlarını yerinə yetirmək və onlara hörmət etmək barəsindədir.[3]



[1] - Baxın: Rum surəsi, ayə 21, Bəqərə surəsi, ayə 187, Nisa surəsi, ayə 32, Bəqərə surəsi, ayə 228 və Nəhcül- bəlağədə, Sübhi Saleh və əbduh- xütbə 216.

[2] - Baxın: Hilyətul- müttəqin, bab 4, Fəsl 1- 4 və 7.

[3] - Daha çox izah üçün baxın: Qadın və kişinin qarşılıqlı haqları, Mütəhhəri, Murtəza, İslamda qadının haqları, Misbah Yəzdi, Məhəmməd Təqi.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Vilayəti fəqihə əqidəli olmaq nə vaxtan başlayıb?
    8728 Nizamlar hüquq və əhkam 2012/10/06
    Fiqhdə müctəhidlik dərəcəsinə çatan şəxs tərəfindən İslam cəmiyyətinin rəhbərliyi mənasına olan 2 vilayəti fəqih" məsələsi, bəzilərinin nəzərində İslam düşüncəsi tarixində təzə bir mövzudur və onun keçmişi iki əsrdən azdır. Bunlar iddia edirlər ki, şiə və sünnü fəqihlərinin heç biri bu məsələni araşdırmayıblar ki, fəqihin fətva və hökm ...
  • Вилајәти-фәгиһин шәраити нәдир?
    7478 Nizamlar hüquq və əhkam 2010/02/06
    Исламда рәһбәрлијин әсаслары бунлардан ибарәтдир: фәгиһлик, әдаләт вә ислам ҹәмијјәтини идарә етмәк гүдрәти. Иран Ислам Республикаснын конститусијасынын 109-ҹу маддәсиндә бу үч шәртә ишарә олунуб.Рәһбәрин шәраит вә сифәтләри:
  • Ələm və fələləm- in mənası nədir?
    9139 Nizamlar hüquq və əhkam 2011/04/14
    Əl- eləm və fələləm fiqh terminidir ki, müctəhidliyin şərtləri bəhsində işlənir. Və "alim və başqasından daha elmli" deməkdir. Bildiyimiz kimi müctəhidin şəraitlərindən biri də onun ələm olmasıdır; yəni başqa alimlərdən daha elmli olmalıdır. (Bu cür müctəhiddən təqlid olunması lazımdır). Əgər bu müctəhidin müəyyən bir məsələdə fətvası olan müctəhiddən təqlid ...
  • Əbu Əli Sina nə üçün məntiq kitabında sıralamanı əvəz etdi?
    6347 İslam fəlsəfəsi 2011/10/03
    İbn Sina məntiqdə iki növ yenilik etmişdir:1.             Məntiq məsələlərində yenilik2.             Məntiqin yazılış quruluşunda yenilikİkinci növ yenilik məntiqin yazılışında onun iki düşüncə tərzinə dəlalət edir. Birinci düşüncə məntiqin bəzi məsələlərinin ...
  • İmam Sadiq (əleyhis-salam)-ın əhli-sünnətdən ustadları var idimi?
    6579 تاريخ کلام 2012/02/18
    1. Yuxarıda dediyiniz şəkildə qeyd olunan mətləb ümumiyyətlə düzgün deyildir. Çünki məsum imamlar (əleyhimus-salam) bütün elmlərə sahib idilər[1] və hədis kimi elmləri başqalarından öyrənməyə ehtiyacları yox idi. Əksinə, əhli-sünnət alimlərindən və məzhəb rəhbərlərindən bəziləri birbaşa və ya müəyyən vasitələrlə onların şagirdi olmuşlar, o cümlədən, ...
  • Гуранда Аллаһын мәкриндән мәгсәд нәдир?
    6983 Təfsir 2010/03/13
    “Мәкр” сөзү лүғәтдә, истәр јахшы, истәрсә дә пис мәнада тәдбир вә чарә тапмаға дејилир. Һәмин сәбәбдән Гурандан да мәкр сөзү “ҝүнаһ”ла сифәтләнмишдир. “Илаһи мәкр: Гуранда чох ајәләрдә “ мәкр” сөзү Аллаһ-таалаја нисбәт верилмишдир. Бүтүн бунларын ...
  • Ayağın üstünə məsh çəkmək üçün söykənəcəyə söykənmək şərtdirmi?
    5683 Nizamlar hüquq və əhkam 2011/06/27
    Başa və ayağa məsh çəkmək, söykənəcəyə söykənmək ya söykənməmək şərt olunmayıbdır. Əksinə meyar budur ki, baş və ayaq hərəkətsiz saxlanılıb və onların üstünə əl şəkilməlidir. Ayağın söykənəcəyə söykənməsinin deyilməsi, onun hərəkətsiz qalması üçündür. Həzrət İmam Xumeyni (rh) bu barədə buyurubdur: "Başa və ayağın üstünə məsh çəkəndə əli onların üstünə ...
  • Dua kitabları kifayət qədər etibara malikdirmi?
    7615 Əməli əxlaq 2011/10/20
    Burada üç məsələni qeyd etmək lazımdır: 1. Qeyd olunan kitablar, müəllifləri tərəfindən etimadlı sayılır və qəbul olunur. Bu mövzuya “Əl-məzarul-kəbir”, “Əl-bələdul-əmin” kitablarının müqəddiməsində işarə edilmişdir. Mərhum Əllamə Məclisi bu kitablara etimad ...
  • Namazı tərk etmək orucu batil edirmi?
    4568 Nizamlar hüquq və əhkam 2015/05/27
    İslamın bütün hökmləri insanın kamala yetməsi və inkişafı üçün nəzərdə tutulmuşdur onların hər birinə əməl etmək insanın özünə faydası var. Bütün bu qanunlar topolumu bir yerdə tam əməl olunduqda insana nəticə verə bilər. Belə olan surətdə namazsız oruc və orucsuz namaz təbii ki lazım olan nəticəsi olmaz. ...
  • Mən sübh namazını azandan qabaq qılmışam onun qəzasını yerinə yetirməliyəmmi?
    9866 Zaman 2013/09/19
    Qeyd olunan sualda, lazımdır o miqdarda ki, vaxtından əvvəl namaz qılmışdır, qəzasını qılsın. Əlavələr: Müctəhidlərin bu suala cavabı bundan ibarətdir [i]: Həzrət Ayətullah əl- uzma Xamneyi: Vaxtından əvvəl qılınan namazları lazımdır qəzasını qılsın. Həzrət Ayətullah əl- uzma Məkarim Şirazi: İşarə olunan sualda, o ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162921 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155117 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117820 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109778 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99060 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91382 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53393 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45401 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43793 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42966 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...