Ətraflı axtarış
Baxanların
6310
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
“Muzzəmmil” surəsinin beşinci ayəsinə deyilən إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلاً ثَقِیلاً “Həqiqətən Biz sənə ağır kəlam ilqa (nazil) edəcəyik” sözündə “səqil” sözünün mənası nədir?
Sual
“Muzzəmmil” surəsinin beşinci ayəsinə deyilən إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلاً ثَقِیلاً “Həqiqətən Biz sənə ağır kəlam ilqa (nazil) edəcəyik” sözündə “səqil” sözünün mənası nədir?
Qısa cavab

إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلاً ثَقِیلاً “Həqiqətən Biz sənə ağır kəlam  ilqa (nazil) edəcəyik” ayəsində “səqil” – ağır kəlam Qurani-kərimdir. Müfəssirlər bu “ağır kəlam”ın təfsiri ilə əlaqədar müxtəlif bəyanlar versə də, bu nəzəriyyələrdən hər biri məsələnin bir yönünə işarə edir. Belə nəzərə çarpır ki, Quran-məcid müxtəlif yönlərdən ağır ola bilər: ayələrin məzmun və möhtəva cəhətindən ağır olması, qəlblərin ona dözə bilməsi baxımından ağırlıq, dəvət yolunda mövcud olan problemlər və təbliğ cəhətindən ağırlıq, proqram tökülməsi, icra edilməsi və sair nəzərdən ağırlıq və s.

Ətreaflı cavab

“Siql” (ağırlıq) cisim üçün xüsusi bir vəziyyətdir. Onun xassəsi budur ki, belə bir cismi bir yerdən başqa yerə daşımaq, yerini dəyişdirmək çətindir. Çox hallarda istiarə ünvanı ilə həmin kəlmə cisimdən qeyri hallarda, məsələn mənəvi məsələdə də istifadə olunur. Misal üçün, deyilir ki, “bugünkü dərs çox ağır idi”. Yəni onun dərk olunması şagirdlər üçün çox çətin idi. Yaxud deyirlər ki, “bu gün çıxışın hamısı dəqiq elmi nəzəriyyələr idi və avam camaat üçün dərk olunması ağır idi”. Bu kimi təbirlərdə “ağırlıq” cisimdən başqa şeylərdə istifadə olunmuşdur. Dərk olunması çətin olan mənəvi işlərdə, habelə dərk olunması çox çətin olan həqiqətlərdə, yaxud əməl edilməsi və yerinə yetirilməsi çox çətin olan əmr və fərmanlarda da işlədilir.

İlahi kəlam olan Qurani-kərim iki cəhətdən – mənanın dərk edilib düşünülməsi və maariflərin gerçəkləşdirilməsi baxımından səqildir – ağırdır. Mənalarının başa düşülməsinin çətinliyinin səbəbi onun ilahi kəlam olması və Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in onu mütəal Allahdan almasıdır. Aydındır ki, belə bir kəlamı yalnız pak-pakizə ruhlar, hər növ zahiri və batini aludəlikdən, çirkinlikdən uzaq olan, Allahdan qeyri hər bir səbəbdən ümidini kəsən və yalnız səbəblərin səbəbi olan Sübhan Allaha ürək bağlayan nəfslər və qəlblər başa düşə bilər. Bu ilahi kəlamın, əziz kitabın zahiri və batini, tənzili və təvili vardır. Hər bir şeyin bəyanı ondadır. Quranın Peyğəmbərin ruhuna göstərdiyi ağırlıq o həzrətin fiziki vəziyyətində də müşahidə olunur, vəhyi alan zaman necə qeyri-adi vəziyyətin baş verdiyini hamı bilirdi.

Amma maarifinin həqiqətinə gerçəklik bağışlamaq baxımından, yəni tövhid, etiqadi maariflər və əxlaqi yönləri özündə tətbiq etməsi də ağırdır. Onun bəyan məqamında ağır olmasını Quranın özü belə buyurur:

لَوْ أَنْزَلْنا هذَا الْقُرْآنَ عَلى‏ جَبَلٍ لَرَأَیْتَهُ خاشِعاً مُتَصَدِّعاً مِنْ خَشْیَةِ اللَّهِ...

“Əgər Biz Quranı dağa nazil etsəydik, Allahın qorxusundan onun xaşe (zəlil) və parça-parça olduğunu  hökmən görərdin.”[1]

Deməli, dağlar belə Quranın nazil olmasına tab gətirə bilməzlər. Əgər dağa nazil olsaydı, Allahın qorxusundan parça-parça olardı.

Qurani-Kərim təkcə bu iki cəhətdən ağır deyil, üstəlik onun cəmiyyətdə tətbiq edilməsi, camaatın hənif dininin mərasimlərini qəbul etməsi və bu hənif dinin sair səmavi dinlərə qələbə çalması baxımından da ağırdır. Onun ağır olmasının şahidləri həzrət Peyğəmbərin Allah yolunda dözdüyü, sinə gərdiyi müsibətlər və xoşagəlməz hadisələr idi. Qurani-kərim də müşriklər, kafirlər və münafiqlər tərəfindən o həzrətə verilən müxtəlif əzab-əziyyətləri, o həzrəti istehza etmələrini hekayət edir, buna görə də buyurur:

 إِنَّا سَنُلْقِی عَلَیْکَ قَوْلًا ثَقِیلًا “Həqiqətən Biz sənə ağır kəlam  ilqa (nazil) edəcəyik.” Burada “ağır kəlam” Qurani-əzimdən ibarətdir.

Buna əsasən “qovlən səqila” sözünün təfsirində müfəssirlərin hər biri müəyyən bəyan versə də, bu nəzəriyyələrin hər biri məsələnin bir yönünə dəlalət edir. Belə nəzərə çarpır ki, Qurandan ibarət olan bu “ağır kəlam” müxtəlif yönlərdən ağırdır. Möhtəva və məzmun, ayələrin məfhumu, qəlblərin onun qarşısında dözə bilməsi baxımından ağırlıq, təbliğ cəhətindən ağırlıq, dəvət yolunda mövcud çətinliklər, proqram tökülməsi və icra edilməsi cəhətindən ağırlıq və sair.[2]



[1] “Həşr” surəsi, ayə: 21

[2] Bax Təbatəbai, Seyid Məhəmməd Hüseyn (rəhmətullahi əleyh), “Əl-mizan” (farsa tərcüməsi, mütərcim: Musəvi Həmədani, Seyid Məhəmməd Baqir), 2-ci cild, səh. 97, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 5-ci çap, 1374-cü şəmsi il; Məkarim Şirazi, Nasir, "Təfsiri nümunə", 25-ci cild, səh. 160-170, “Darul-kutubil-islamiyyə”, Tehran, 1374-cü şəmsi il

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • İmam Məhdi (əc) günah və səhvə yol vermir?
    5683 Qədim kəlam 2010/11/10
    Bu şübhənin mənşəyi üç yerdən qaynaqlana bilər: Birincisi, imamlar arasında fərq qoymaq; ikinci, o həzrətin imaməti uşaqlıq dövründən başlaması; üçüncüsü isə o həzrətin uzun ömürlü olmasıdır. Əgər birinci bənd bu suala səbəb olmuşdur lazımdır deyək: Şiə nəzərində bütün on iki imam vahid nurdurlar və onların arasında heç ...
  • Aya əxlaqla düşüncənin rabitəsi vardırmı?
    5589 Əməli əxlaq 2012/02/07
    Əxlaq başqa elmləri kimi iki hissəyə bölünür:A: Əməli B: Nəzəriyyə. Əxlaqa aid qanun və məsələləri öyrənməyin bir başa düşüncəylə rabitəsi vardır; yəni hər nə qədər insanın düşüncə qüvvəsi yüksək ...
  • Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
    12088 Qədim kəlam 2010/11/10
    Bir çox böyük Quran təfsirçiləri, istər sünnü olsun istərsədə şiə məktəbindən, bu mətləbi belə qəbul edirlərki, "Əlyəvm yəisəl- ləzinə   əl islamə dinən" Maidə surəsinin üçüncü ayəsinin içərisində mötərizədə olan bir cümlədir, və bir çoxları da bu nəzərdədilər ki, bu mötərizə cümləsi əvvəldən və Peyğəmbərin (s) izni ilə ...
  • Namaz nədir? Nə üçün cavanlar namazdan uzaqlaşırlar?
    11005 Əməli əxlaq 2010/11/10
    Namaz hər bir salikin son tərəqqisidir ki, vasitəsiz öz Allahıyla söhbət edir. Allah taalanın Qurani kərimdə buyurduğu kimi: Namaz qılınki, məni yad edəsiniz unutmayasınız və mən namaz vasitəsiylə sizin yadınızda olam. Əgər Alahı yad etmək namaz vasitəsiylə olsa, insanın ...
  • Dinlə mədəniyyətin əlaqəsi nədir?
    8385 Təzə kəlam 2010/11/10
    “Din” lüğətdə “itaət etmək”, “tabe olmaq”, “təslim olmaq” və “cəza” mənasınadır. Termində isə, “cəmiyyəti idarə etmək və insanlara təlim-tərbiyə vermək üçün mövcud olan əqidə, əxlaq və qanunlar məcmusu”ndan ibarətdir. Din bəzən haqq, bəzən batil, bəzən də haqq ilə batilin qarışığından ibarət ola bilər.
  • İmalar (ə) niyə öz hərəmlərini teror hücumlarından qoruya bilməyiblər?
    6244 Qədim kəlam 2011/10/04
    Allah- Taala İslamın əziz Peyğəmbəri (s) və pak imamlara (ə) təşrii vilayətdən (qanun qoymaq və şey işləri halal və haram etmək haqqı) əlavə, təkvini vilayət də vermişdir və onların aləmdə hər hansı bir işi görməyə güdrətləri çatır. Bu cür vilayət və qüdrət onların zahiri həyat vəziyyətlərinə məxsus deyil. ...
  • İslam nəzərində naməhrəm kişiylə qadının görüşməsinin hökmü nədir?
    11050 Nizamlar hüquq və əhkam 2011/04/13
    Bu nöqtə məlumdur ki, naməhrəmlə üzləşdikdə elə rəftar olunmalıdır ki, fəsada yol verilməsin və yaxud fəsad qorxusu yaranmasın.[1] Amma naməhrəm kişi və qadının bədənlərinin bir- birinə dəyməsi və yaxud onlar bir- biriylə görüşməməsi, o cür ki, sualda işarə olunmuşdur, demək lazımdır ki: Bütün ...
  • Kitaba, əslə və təsnifə malik olmaq hədis ravisinin tərif və etibarına dəlalət edirmi?
    5990 Hədis nəql edənlər 2012/06/23
    Rical alimlərinin sözlərində “kitab” özünün adi və məşhur mənasınadır və həm əslə, həm də təsnifə (yəni məsum imamın səhabələrinin vasitəsi ilə hədis nəqli üçün qələmə alınan və kitab şəkilinə salınan həmin şeyə) şamil olur. Alimlərin bəziləri, məsələn, Əllamə Məclisi, Seyid Bəhrul-ülum və Şeyx Səduq (rəhmətullahi ...
  • Səhih Buxari mötəbər kitabdırmı? Nə üçün səqəleyn hədisi orada yoxdur?
    8622 Hədis elmləri 2012/09/01
    Əlbəttə bu o demək deyil ki, əgər bir rəvayət səhih Buxaridə yoxdursa, deməli o hədis heç cür etimadlı deyildir. Belə ki, əhli- sünnətin özü də belə əqidəyə sahib deyildir. əgər belə olmasaydı bir çox fiqhi, kəlami vəs elmlərdə bu kitabın rəvayətlərindən savayı istəfadə edilməz və digər rəvayət ...
  • Төвбә сурәсинин ики сон ајәсинин сәнәд вә әһвалаты нәдир?
    6180 Təfsir 2010/04/22
    Үмуми олараг суалда гејд олунан “сәнәд”дән мәгсәдин нә олдуғу там ајдын дејил вә заһири белә олан суалларын мүәјјән ҹавабы јохдур. Амма, ола биләр бу сөздән мәгсәд, ајәнин назил олма сәбәби вә ја тәфсири олсун. Јахуд, Гуранын охунушларында олан бәзи ихтилафлара ҝөрә мәсум Имамлардан ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162920 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155105 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117819 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109772 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99044 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91379 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53392 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45394 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43791 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42965 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...