Ətraflı axtarış
Baxanların
9159
İnternetə qoyma tarixi: 2011/01/02
Sualın xülasəsi
İnsi- şeytan nədir?
Sual
İnsi- şeytan nədir?
Qısa cavab

"Şeytan" sözü lüğətdə, fitnəkar, hərifləyən, yoldan çıxaran və haqdan boyun qaçıran mənasında olub, ümumilik daşıyan ismlərdəndir. Yəni, Qurani- kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər (heyvana) yaranmışlara da şeytan demək olur. HəmçininQurani- kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur.

Bu mövzudada "insi- şeytan sözündən əsas məqsəd məhz yer üzündə fitnə- fəsad törədən və insanları haqq yoldan azdıran şeytan sifətli şəxslərdir. Belə insanlar haqq yoldan azmaqla bərabər, başqalarını da öz arxalarınca sürükləməyə çalışırlar.

Ətreaflı cavab

"Şeytan sözü ərəb mənşəli olub "şətənə" sözündən götürülərək uzaqlaşdırılmış, qovulmuş mənasını daşıyır. İlk dəfə iblis Allahın əmrindən boyun qaçırdığı üçün ilahi rəhmətdən uzaqlaşdırılmış və bu ada layiq görülmüşdür.[1] Buna görə də "Şeytan" sözü iblis sözündən tamamilə fərqlənir. Çünki, iblis xüsusi bir yaranmışın ismidir (adıdır) Başqa sözlə desək, "Şeytan" sözü pis əməllərin nəticəsində hər hansı bir yaranmışa deyilə bilər. Amma iblis xüsusi bir ad olduğu üçün hamıya deyilə bilməz. bundan əlavə iblis, ilk dəfə Allahın əmrindən boyun qaçırmaq Adəmə (s) səcdə etmədiyi və onu yoldan çıxartdığı üçün bu oda layiq görülmüşdür. Həmçinin bu saatdada yaşayaraq, öz dəstəsi ilə (insan və cin) insanları haqq yoldan azdırmaq üçün pusquda durmuşdur.[2]

Sihahul lüğəti bu barədə belə yazır: "Əgər hər hansı bir canlı, istər insan olsun, istərsədə cin və ya heyvan haqq yoldan azarsa (haqqa boyun əyməzsə) "Şeytan" adlanır."[3]

Qurani- kərimdə də "Şeytan" sözü şərr, zərərverici, haqq yoldan azaraq başqalarını da azdırmaq istəyən yaranmışlar barəsində işlədilmişdir. Məsələn: Allah- Taala Qurani- kərimdə buyurur:

«انما یرید الشیطان ان یوقع بینکم العداوة و البغضاء...»[4]

"Şeytan sizin aranızda kin- küdurət və düçmənçilik salmaq istəyir."

«و کذالک جعلنا لکل نبی عدواً شیاطین الانس و الجن»[5]

Biz hər peyğəmbərlər üçün cin və insan şeytanlardan düşmənlər qərar verdik.

Bu və başqa ayələrdən məlum olur ki, "Şeytan" dedikdə heç də iblis və ya ayrı məxluqat nəzərdə tutulmur. Əksinə, iblis bir çox pis və şərr əməllərinə görə "Şeytan" deyilir.[6]

Bəzi hədislərdə "şeytan" sözünün mikrob kimi işlədilməsinə də rast gəlmək olar. Məsələn:

«لاتبیتوا القمامة فی بیوتکم... فانها مقعد الشیطان»[7]

Zibil cəm etdsiyimiz qabları gecə evdə saxlamayın çünki, ora şeytanın yeridir".

Zibil qabı ziyanverici həşaratların və mikrobların cəmləşdiyi yer olduğu üçün hədisdə imam (ə) "Şeytan" sözündən istifadə etməklə həm mikroba həm də ziyanverici həşaratlara işarə etmişdir. Bundan əlavə Allah- Taala Qurani- kərimdə təkəbbürü, nəfsani istəkləri, o cümlədən həsədi və münafiqləri "Şeytan" adlandırmışdır.[8]

Bir çox hədislərdən və ayələrdən belə nəticə alırıq ki, "Şeytan" sözünün müxtəlif mənaları vardır. Belə ki, bütün pisliklər və Allahın rəhmətindən uzaq olan hər bir şey "Şeytan" adlanır. Amma bunu da qeyd edək ki, bütün pisliklərin və şərr əıməllərin başında iblis və onun ordusu (insan və cin) durduğu üçün onu şeytanın bariz nümunəsi kimi göstərmək olar.[9]

Başqa sözlə desək, "şeytan" sözünü "şərr" sözünün sinonimi kimi başa düşmək olar.

Qurani- kərimdə iblis sözünün yerinə şeytan kəlməsinin əsas səbəbi də budur ki, iblis şəytənətlərin (şərr cin və insanlar) içində pisliklərin ən uca mərtəbəsində özünə yer almışdır.[10] Amma iblisin özü hansı tayfadandır? Cin, insan yoxsa mələk sualına gəldikdə isə, Quran ayələrinə əsasən onun cinnilərdən olması məlum olur.

«... فسجدوا الاّ ابلیس کان من الجن ففسق عن امر ربه...»[11]

"Cinnilərdən olan iblisdən savayı hamı səcdə etdi".

Nəticə:

Hər kəs Allahın əmrindən çıxaraq fitnə- fəsad törədə və başqalarını da bu işə sövq edərsə ona şeytan deyərlər. həmçinin bu pis əməlin sahibinin hər bir tayfadan olması mümkündür. Məsələn: Cin, insan, heyvan və sair.

Bundan əlavə bu mövzuda "insi- şeytan" kəlməsindən məqsəd, mətində qeyd etdiyimiz pis sifətlərə malik olan insanlardır.

Mövzuya aid geniş məlumat üçün aşağıdakı kitablara müraciət edə bilərsiniz:

  1. Şeytan və ölüm, səh 398 (sayt 849)

  2. Nalə və şeytanın şivəni, səh 762

  3. Şeytanın yaradılış fəlsəfəsi, səh 233

  4. Şeytanın məqsəd və proqramları, səh 234



[1] - Məcməul bəhreyn, maddeye şeytan

[2] - Şiri təmədari, Cəfər, lüğəti Quran təsirinin şərhi, cild 2, səh 290, Bistuni, Muhəmməd, Quran baxımından şeytanı tanımaq kitabı, səh 2

[3] - Sihahul lüğəti, əlnun babı, Şin fəsli, şeytan sözü, cild 5, səh 2144

[4] - Maidə surəsi, ayə 91

[5] - Ənam surəsi, ayə 112

[6] - Bistuni, Məhəmməd, Quran baxımından şeytanı tanımaq kitabı, səh 13- 14

[7] - Rey şəhri, Məhəmməd, Mizanul hikmət, cild 13, səh 63 40

[8] - Musəvi, Qərəvi, Məhəmməd Cavad, Quran baxımından Adəm kitabı, cild 2, fəsil 9, itlaqatı şeytan, səh 337- 398

[9] - Bistuni, Məhəmməd, Quran baxımından şeytanı tanımaq kitabı səh 13- 14

[10] - Misbah Yəzdi, Məhəmməd Təqi, Quran maarifi kitabı, cild 1- 3, səh 297- 298

[11] - Kəhf surəsi, ayə 50

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Zərdüşt ayini ilahi din olubdurmu?
    10282 Qədim kəlam 2010/12/02
    Zərdüşt dininin mahiyyəti, Qatın məzhəbi nəğmələrinə diqqət etməklə, tam tövhidi mahiyyəti olubdur. Amma Avestada olan mətnlərə diqqət edəndə, iki Allaha pərəstişin əlamətləri gözə çarpır. Bu əlamətlərin, üzə çıxması "Mani" və sonrakı Zərdüştçülər tərəfindəndir. Deməli indiki şirklə dolu avestanın mətninə diqqət etməklə, Zərdüşt dininin təhrif olmasını deməliyik. Baxmayaraq ki, bu dinin ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    38550 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
    15231 Quran elmləri 2011/03/06
    Düzdürki, "sirat körpüsü" termini Quranda işlədilməmişdir, amma bəzi hədislər onun haqq olduğunu təsdiq edirlər. İmam Sadiq (ə) Fəcir surəsinin 14- cü ayəsində işlədilən "Mirsad" sözünü "cəhənnəmin üstündən keçən körpü" kimi təfsir etmişdir. Mövzunun daha da aydınlaşması üçün bir neçə mətləbə işarə etməklə "sirat" sözünün ...
  • Qabil Habili niyə öldürdü?
    11199 Hədis elmləri 2011/05/31
    Quran ayələrindən istifadə olunur ki, Habilin Qabilin əli ilə öldürülməsinin səbəbi, Qabilin vücudunda alovlanan çirkin həsəd sifəti olubdur və sonda Habilin məzlumcasına öldürülməsinə gətirib çıxardı. ...
  • Namazda qiblədən inhirafın şəri ölçüsü nə qədərdir?
    4881 Nizamlar hüquq və əhkam 2015/05/27
    Əgər namazda dəqiq qiblə ardıncasızsa, onda sizə iki yol təklif edirik: Birinci yol: Qibləni dəqiq tapmaq yollarından biri, xordad ayının 7-si və tir ayının 25-i arasında Məkkədə zöhr olan zaman ən sadə gölgədən istifadə etməklə ələ gətirməkdir. Bu mənada ki, ən sadə kölgədən istifadə etməklə, bu iki ...
  • Fatimənin müshəfi nə idi? Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beyt ondan agah idilərmi?
    8002 Qədim kəlam 2011/10/20
    Bu müshəf (kitab) Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra və Fatimeyi-Zəhranın həyatında – Əli (əleyhiməs-salam)-ın əli ilə yazılmışdır. Bu kitabın məzmunu məxsus bir mələyin və ya həzrət Cəbrəilin tərəfindən Fatiməyə təqdim olunurdu. Qeybi hadisələrdən, Ali-Muhəmmədin sirlərindən ibarət olan bu kitab ...
  • Həftə içində qılınan müstəhəb namazlarla, bidət sayılan zuha namazının arasında olan fərq nədir?
    7927 Nizamlar hüquq və əhkam 2012/04/18
    Şiə nəzərində zuha namazı bidət sayılan bir əməldir. Yalnız cümə günü istisna olunmaqla. Sünnü məzhəbində də bəziləri onun bidət olduğunu hesab edirlər. Amma həftə daxilində olan digər namazlar bidət deyil, müstəhəb sayılır; çünki Seyyid ibni Tavus həftə daxilində müstəhəb namazlara aid olan rəvayəti zuha ünvanında ...
  • Evdə pişik saxlamağın hökmü nədir?
    15023 Nizamlar hüquq və əhkam 2015/05/27
    Evdə pişik saxlamaq haqqında heç kəsdə şübhə olmadığından əlavə, əksinə Məsum İmamlardan (əleyhimussalam) rəvayətlərdə bu işim təşviqinə də sənəd var. ...
  • Nə üçün insan, başqa yaranmışlar kimi, Allahın təcəllisi və cilvəsi olmasqla bərabər, buna baxmayaraq özünü Allahdan müstəqil idrak edir?
    6544 Nəzəri irfan 2012/09/01
    Təcəlli nəzəriyyəsinə əsasən, varlıq aləmi Allahın təcəllisidir, insan Allah xəlifəsi adıyla Allahın ismi əəzəm təcəllisi hesablanır. Öz zatı həqiqətindən tənəzzül edib və tənəzzülünə xatir öz əsl halından uzaqlaşıb və maneələrlə əhatələnibdir. İnsanın ən çox tənəzzülə uğramış dərəcəsi onun əmmarə nəfsidir ki, istəklərindən başqa bir şey görmür və ...
  • Kitaba, əslə və təsnifə malik olmaq hədis ravisinin tərif və etibarına dəlalət edirmi?
    5987 Hədis nəql edənlər 2012/06/23
    Rical alimlərinin sözlərində “kitab” özünün adi və məşhur mənasınadır və həm əslə, həm də təsnifə (yəni məsum imamın səhabələrinin vasitəsi ilə hədis nəqli üçün qələmə alınan və kitab şəkilinə salınan həmin şeyə) şamil olur. Alimlərin bəziləri, məsələn, Əllamə Məclisi, Seyid Bəhrul-ülum və Şeyx Səduq (rəhmətullahi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162911 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155067 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117805 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109758 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98973 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91357 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53382 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45337 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43773 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42936 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...