Ətraflı axtarış
Baxanların
5693
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Övladlarımızda ibadətə rəğbət və məhəbbəti necə gücləndirə bilərik?
Sual
Mənim oğlum ibadətlərə, xüsusilə namaza süstlük göstərir. Bəzən atasının israrı ilə və onun hüzurunda olduğu zaman namaz qılır, amma onun hüzurunda olmadığı zaman qılmır. Mən onun gələcəyi ilə əlaqədar daim nigarançılıq hissi keçirirəm. Onun 23 yaşı vardır və bu yaxınlarda onu evləndirmək fikrindəyik. Ana ünvanı ilə mənim vəzifəm nədir? Əgər atası namazı qəsdən tərk etdiyini bilsə, narahat olacaq, onu evdən qovacaqdır və onun gözündən düşəcəkdir. Xahiş edirəm, mənə yol göstərəsiniz.
Qısa cavab

İnsanın dini vaciblərə təşviq edilməsi üçün ilk növbədə onun ideoloji əsaslarını araşdırmaq, sonra onun islah edilib gücləndirilməsinə çalışmaq lazımdır. Hər bir insanın Allah-taala, varlıq aləmi, insan, məad və s. barəsində əqidə və dünyagörüşü onun imanına, fərizə, vacib və yaxşı əməllərə iltizamlı olmasına, rəftar, davranış və əməllərinə birbaşa təsir edir. Təlim-tərbiyə ilə əlaqədar səylərin, ideoloji bazaların gücləndirilməsində qarşı tərəfin (o cümlədən övladın) hüsnü-zən və etimadını qazanmaq zəruridir. Övladla səmimi əlaqənin olmaması tərbiyəvi proqramları təsirdən salır.

Düzgün tərbiyə proqramlarından və üslublarından istifadə etməklə övladlarınızla səmimi əlaqə bərqərar edə bilərsiniz. Münasib və zəruri üslubların bəziləri aşağıdakılardan ibarətdir:

1. Övlada ehtiram qoyub əzizləmək;

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Övladlarınıza ehtiram qoyun və onları gözəl tərbiyə edin.”

2. Cavanlıq dövrünün tələblərini tanımaq (istiqlaliyyət ruhuna malik olmaq, ülvi-insani duyğular və s.), övladlardan hər birinin ruhi xüsusiyyətlərini ümumi şəkildə araşdırıb tədqiq etmək, cavanlıq və yeniyetməlik dövrlərində bəyənilən, qanuni ehtiyaclarını və təvəqqelərini təmin etmək.

3. Ailə mühitini hərarətli eşq-məhəbbət ocağına, səmimi ruhi aramlıq və asayiş mühitinə çevirmək;

4. Müvəffəqiyyətlərə təşəkkür və münasib təşviqlərdən istifadə etmək;

5. Hətta üzünü turşutmaqla da olsa, yaramaz işlərin müqabilində narazılığını bildirmək;

6. Öz istəklərini təklif və məşvərət yolu ilə, yaxud sözü daha artıq nüfuzlu olan bir kəsin vasitəsi ilə, məs; nişanlısının vasitəsi ilə tələb etmək;

7. Həddindən artıq çox və təkrar olunan əmr və nəhylərdən çəkinmək.

Ətreaflı cavab

Övladın düzgün tərbiyəsi valideynin ən böyük vəzifələrindən biridir. Bu işin çox dəqiq yolları və münasib üslubları vardır ki, onlara diqqət yetirmək lazımdır. Tərbiyə hədəflərinə daha tez və asan yolla nail olmaq üçün gərək mümkün qədər etimad olunan müşavirə mərkəzinə (elmiyyə hövzəsinin müşavirə mərkəzləri kimi) müraciət edərək dini, psixoloji, tərbiyəvi mütəxəssislərin tövsiyələrindən və müşavirlərin yol göstərməlilərindən bəhrələnəsiniz.

Amma hər şeydən öncə diqqət yetirməlisiniz ki, ayrı-ayrı insanların ideoloji əsasları, Allah, dünya, yaradılış aləmi, insan, məad və s. barəsində dünyagörüşü və əqidəsi onun Allaha imanına, vacib əmmələri yerinə yetirməkdə iltizamlına, rəftar və davranışına birbaşa təsir qoyur.[1]

Biz burada daha ümumi olan düzgün tərbiyə üslublarından bir neçəsini təklif edirik. Hər insanın özünəməxsus xüsusiyyətləri, xislətləri vardır. Bu xüsusiyyətləri dəqiq şəkildə araşdırmaq, onun məxsus ruhiyyə və xislətləri əsasında (həyatının hər bir dövrünə münasib olmaq şərti ilə) rəftar etmək lazımdır. Çox hallarda övladın uşaqlıq dövründə tərbiyəsi üçün istifadə edilən üslublar yeniyetməlik və cavanlıq dövründə münasib olmaya və problem yarada bilər.

Yeniyetməlik və cavanlıq dövründə mövcud olan xüsusiyyətlərdən bəziləri aşağıdakılardır:[2]

a) Ailədən əldə edilən rəftar örnəklərinin əhəmiyyətinin azalması, geyim növü, zahiri quruluşu, saçın daranma forması və s. kimi şeylərdə dostlarından, yaşıdlarından təsirlənməsi; Hətta din və əqidələrdə belə, ən çox dostlarının yığıncağında dəyərli olan yolu seçir.[3]

b) Evdən kənarda müxtəlif ictimai əlaqələrin bərqərar edilməsi, dostlarla ictimai, siyasi, mədəni, dini, idman fəaliyyətlərinə və s. şeylərə maraq göstərmək və onlarla əlaqə bərqərar etmək nəticəsində ailə üzvləri və valideynlə əlaqə yaradılmasına daha az vaxt qalır, bəzən övladda onlarla yadlaşma hissi baş qaldırır.[4]

v) Şəxsiyyətin istiqlaliyyətinə vurğunluq, uşaqlıq dövrünün məhdudiyyətlərindən xilas olmaq, böyüklərin cərgəsinə qoşulmaq hissi; belə ki, bu cəhətdə müvəffəqiyyət qazanmadığı surətdə öz etirazını, adətən inadkarlıq və tüğyançılıq surətində büruzə verir, qeyri-adı hərəkətlər və işlər törədir, rəftarı kobudlaşır, əxlaqı itir və həqiqətdə qəlbində “mənim şəxsiyyətimə ehtiram qoyun, məni müstəqil və azad bir insan kimi rəsmi olaraq qəbul edin!” deyir.[5]

v) Ehtiramsızlıq, yaranmaz rəftar, həddindən artıq və təkrar danlaq onları kobud və pis əxlaqa, intiqamçılıq hissinə və bəzi hallarda cinayətə sövq edir.[6] Əli (əleyhis-salam) buyurur: “Məzəmmət edib danlamaqda həddini aşmaq (qarşı tərəfdə) kin və inad odunu şölələndirir.”[7]

Həzrət başqa bir yerdə buyurur: “Müntəzəm surətdə məzəmmət və tənbeh etməkdən çəkin! Çünki məzəmmətin təkrar olunması bəzən günahkarı özünün yaranmaz əməllərində daha cəsarətli və qorxusuz edir, (digər tərəfdən də) danlaqları etibardan salıb dəyərsiz edir.”[8]

q) Başqalarının hüzurunda övlada, xüsusilə cavana nəsihət verilməsi onun şəxsiyyətinin təhqir olunmasına səbəb olur. Əli (əleyhis-salam) buyurur: “Camaat arasında nəsihət etmək qarşı tərəfin şəxsiyyətinin sınmasına, təhqir olunmasına səbəb olur.”[9]

Övladlarınızla düzgün rəftar edib davranmağınız üçün layiqlidir ki:

1. Tərbiyə işində məsumların (əleyhimus-salam) tutduğu yola və onların rəvayətlərinə xüsusi diqqət yetirmək lazımdır. Buna görə də məsumların cavanlarla əlaqədar necə rəftar edib davrandığını bilməliyik.

Əli (əleyhis-salam) cavanlıq dövrü ilə əlaqədar buyurur: “Cavanın elminin az olduğuna diqqət yetirməklə onun nadanlığı və cəhalətli üzrlü sayılır.”[10]

Məsumların bu göstərişinə və digər kəlamlarına diqqət yetirmək cavanların xəta və sapmaları qarşısında insanın səbir və dözümünün artmasına səbəb olur.

2. Dini inancların təlimində ümidsizlik yaradan bəyanlardan ciddi şəkildə çəkinmək lazımdır; bunun müqabilində isə Allahın bütün bəndələrinə, xüsusilə cavanlara qarşı lütf, rəhmət və mehribanlığını xatırlatmalıyıq. Psixoloqlardan bir çoxu, xüsusilə Kemz Vastik və Racerz rəftarın duyğu və hislərdən qaynaqlandığını bəyan etmişlər. Fikir və düşüncə tərzi, idrakların və ehsasların bəyan olunma yolu rəftarda təyinedici rola malikdir. Buna görə də əgər tərbiyəçi dini təlimləri yalnız qorxu, ümidsizlik və mənfi nəzərlərlə yanaşı olan bir şəkildə bəyan edib irəli çəksə, dinin mütərəqqi hədəfləri həyata keçməyəcəkdir.[11] İmam Sadiq (əleyhis-salam) buyurur: “Sevmək (məhəbbət göstərmək) qorxutmaqdan daha irəlidir.”[12]

3. Müxtəlif münasibətlərlə əlaqədar övlada, xüsusilə cavana qarşı məhəbbət bəsləmək, xüsusi diqqət yetirmək, mehr-məhəbbət dolu nəzər salmaq, müxtəlif hədiyyələr vermək və s. yollarla övladın qəlbini özünüzə daha artıq cəzb edib meylli etməlisiniz ki, ülvi-insani duyğularla əlaqədar özlərindəki çatışmazlıqları bərpa olunsun və ailədən öz layiqsiz dostlarına pənah aparmasın. Peyğəmbər (səlləllahu əleyhi və alih) övladın əzizlənməsi ilə əlaqədar buyurur: “Övladlarınıza ehtiram qoyun və onları düzgün tərbiyə edin.”[13]

4. Kobud və yaramaz rəftarlardan uzaq olun. Əli (əleyhis-salam) bu barədə buyurur: “Kobudluq və nalayiq əxlaq dostların və qohum-əqrəbanın insandan qaçmasına, uzaqlaşmasına səbəb olur, yadları etinasızlığa məcbur edir.”[14]

5. Övladın bəzi xəta əməllərini və yanlış işlərini görməməzliyə vurmaq, bəzi səhvlərindən xəbərsiz olduğunu göstərmək. Çünki bundan qeyri hallada onun sizə qarşı həya və özünü saxlamaq hissi azalacaqdır. Əli (əleyhis-salam) buyurur: “Aqil şəxsin yarısı səbir (dözüm), digər yarısı isə görməməzliyə vurmaqdır.”[15]

6. Valideyn birbaşa öyüd-nəsihət etməkdən mümkün qədər çəkinsin və öz istəklərini dolayısı yollarla irəli çəksin. İmam Riza (əleyhis-salam) buyurur ki, atamın belə dediyini eşidim: “Nəsihət ağırdır (mülayim deyildir) və başqalarına ağır gəlir.”[16]

7. Ailənin yanında daha artıq və səmimi iştiraka iltizamlı olmaq (bu, xüsusilə atanın vəzifəsidir), xüsusilə bütün ailə üzvilərinin hazır olduğu zaman. Bu iş ailə mühitində mehr-məhəbbətə və səmimiyyətə səbəb olur.

8. Valideyn və tərbiyəçilərin sözü ilə əməl və rəftarı arasında tam uyğunluq olmalıdır. Başqalarından tələb edib istədiyimiz işlərə əvvəlcə özümüz əməl etməliyik. İmam Sadiq (əleyhis-salam) buyurur: “Camaatı dildən başqa şeylə (əməllə) xeyir işlərə çağırın.[17] Amiranə bəyan növündən, ciddi tələbkarlıqdan çəkinmək, zorakılıq və təhdiddən uzaq olmaq, hökmlərin hikmətini bəyan və təhlil etmək. Çünki İslamın məntiq üzündən bəyan olunmaması çox ağır xəsarət vuraraq müsəlman cavanların dindən qaçması ilə nəticənə bilər. Necə ki, məsihilərin öz dinlərindən qaçması və islam dininə üz gətirmələri onların öz dinlərindən məntiqi cəhətdən qane olmamaları olmuşdur.[18]

10. Övladın dini məkanlarda və məclislərdə iştirakına şərait yaratmaq (bu şərtlə ki, xurafatlardan və məntiqsiz şeylərdən uzaq olsun), onu bu məkanlara istiqamətləndirməkdə məntiqi səylər göstərmək, dini sahələrdə müvəffəq olan nümunələri övlada tanıtdırmaq və s. onun dini təlimlərə iltizamlı olmasına səbəb olacaqdır. Əgər belə dini mərasimləri və yığıncaqları öz evinizdə keçirsəniz və o bu məclisdə müəyyən bir məsuliyyəti öhdəsinə alsa, bu istiqamətdə daha təsirli olar.

11. آخِرُ الدَّوَاءِ اَلْکَیّ “Sonuncu çıxış yolu dağ basmaqdır.”[19] Əgər bir müddətdən sonra mehribançılıq üzündən olan üslublar müsbət nəticə verməsə, yalnız bu zaman ciddi tələbkarlıq və kobud yolladan istifadə etmək olar. Lakin diqqətli olmaq lazımdır ki, başqa üslublarda olduğu kimi, bu üslublarda da ifrata yol verməyək. Çünki tam əks nəticə verə bilər. Digər tərəfdən də, qeyd olunan üslubların faydalı olmasına xatircəm olmayınca axırıncı üslubdan istifadə etmək tövsiyə olunmur. Buna görə də övladın evdən qovulması layiqli iş hesab olunmur. Hər bir halda əgər mürəbbi və xüsusi şəkildə valideyn övladın tərbiyəsi ilə əlaqədar öhdəsinə aldığı məsuliyyətdə səhlənkarlığa, təqsirə yol verməsə, bununla belə təsirli olmasa, özünü danlamamalıdır. Çünki insan qərar qəbul etmə məqamında azaddır.[20] Hər kəs öz əməllərinin cavabdehi olmalıdır.



[1] “Porsiman” adlı proqram

[2] Əlavə məlumat üçün “Rəvanşenasiye roşd” kitablarına baxa bilərsiniz.

[3] “İmam Xomeyni (rəhmətullah əleyh)” adına müəssisə, “Ailə quruluşunun gücləndirilməsi və onun çatışmazlıqlarının tanınması”, 1-ci cild, səh. 40

[4] Yenə orada, 1-ci cild, səh. 39

[5] Fəlsəfi, Məhəmməd Təqi (rəhmətullah əleyh), “Qoftari Fəlsəfi”, “fikir və meyllər baxımından cavanlar və yetkinlər”, 1-ci cild, səh. 38

[6] Fəlsəfi, Məhəmməd Təqi (rəhmətullah əleyh), “Qoftari Fəlsəfi”, “cavan – əqli və ehsaslar nəzərindən”, 1-ci cild, səh. 55

[7] “Töhəful-uqul”, səh. 84

[8] “Ğurərul-hikəm”, səh. 278

[9] İbni Əbil-Hədid, “Nəhcul-bəlağə"nin şərhi, 2-ci cild, səh. 341

[10] “Ğurərul-hikəm”, səh. 76

[11] “Ailə quruluşunun gücləndirilməsi”, 1-ci cild, səh. 266

[12] Şeyx Kuleyni (rəhmətullah əleyh), “Kafi”, 8-ci cild, səh. 128

[13] “Müstədrəkul-vəsail”, 15-ci cild, səh. 168

[14] “Ğurərul-hikəm”, səh. 435

[15] Məhəmməd Məhəmmədi Reyşəhri, “Mizanul-hikmət”, hədis 14915

[16] “Kəşful-ğummə”, 3-cü cild, səh. 84

[17] Mühəddis Nuri (rəhmətullah əleyh), “Müstədərkul-vəsail”, 8-ci cild, səh. 456

[18] Doktor Sacidi, “Din qorizi çera, din gərayi çesan?”, səh. 226

[19] Əllamə Məclisi (rəhmətullah əleyh), "Biharul-ənvar", 31-ci cild, səh. 503

[20] “İnsan” surəsi, ayə: 3: “Biz düz yolu ona (insana) göstərdik, (ya düzgün yolu seçərək onu ötür və) şükür edən olur, ya da (yolunu azaraq) naşükürlük edir.”

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • İctimai yaşayışla tam əlaqəni kəsib və xəlvət bir yerə çəkilməyin hökmü nədir?
    5859 Əməli əxlaq 2011/09/11
    Bir guşəyə çəkilmək bəzən tam və həmişəlik, bəzən də naqis və mövsümi olur.Tam və həmişəlik bir guşəyə çəkilmək müəyyən cəhətlərə görə iradlıdır. Çünki:İlahinin tədbir və qaydasının əksinədir. Çünki Haqq- Taalanın zatının iradə və qaydası bəşərin ixtiyar yolu ilə və onun ...
  • Namazda böyük həcmli surələri oxumaq üçün kampyuterin manitorundan istifadə etmək olarmı?
    5651 Nizamlar hüquq və əhkam 2011/10/02
    Əgər ayaq üstrə namaz qıla bilmirsinizsə sizin vəzifəniz stul üzərində namaz qılmaqdır. Bu halda qalan şəraitə riayət etməklə kampyuter mizi üzərində namaz qılmağın eybi yoxdur. İstənilən halda Quranın böyük surələrini namaz qılarkən kampyuterin manitoru üzündən oxumaq olar. ...
  • Xarici kəsrət və nəfsi kəsrətin mənası nədir?
    6431 وحدت وجود 2013/07/15
    Kəsrət: Kəsrət və vəhdət məntiqi tərifə ehtiyacı olmayan məlum mənalardandır. Ona görə də, onlara edilən tərif ləfzi tərif və ismin izahıdır. Məsələn kəsrətin tərifində belə deyilir: "Kəsrət bölünmə heysiyyətidir". Yəni qisimləri var. Bölünə bildiyinə görə ona kəsrət deyilir.[1] Xarici və nəfsi kəsrət: Xarici ...
  • İnsan öz həyat yoldaşını evdən kənarda işləməyə əmr edə bilərmi?
    6014 Əməli əxlaq 2012/07/22
    Ailədə həyat və məişət xərclərinin təmin edilməsi kişinin vəzifəsidir və o öz həyat yoldaşını bu işdə şərik olmağa vadar edə bilməz. Əlbəttə, öz ərinin razılığını əldə etmək üçün qadının gördüyü hər bir iş əgər şəriət qayda-qanunları və meyarları ilə zidd olmazsa onun üçün çoxlu savab da gətirəcəkdir. ...
  • Əgər din insanın dünya və axirət həyatını abadlaşdırmaq üçün gəlibsə, bəs nə üçün bəzi qeyri dini cəmiyyətlərin dünyası daha abaddır?
    5685 Əməli əxlaq 2012/01/08
    İslam gəlib ki, insanlar arasında rabitələri qanunlaşdırsın. Peyğəmbər (s) şəhəri qanun əsasında qurmuş bir cəmiyyətin nümunəsidir ki, insanların bütün rabitələri və əlaqələri qanun əsasında formalaşıbdır. Şəhid Sədrin (rəh) təbiriylə desək İslam bu məfhumların həqiqətə çevrilməyi üçün iki zəmanət qoyubdur. Biri xarici zəmanətlərdir və o biri nizam və quruluşdur ki, qanunun ...
  • Qadın məhkəmədə hakim ola bilərmi?
    6452 Əhkam və hüquq fəlsəfəsi 2011/06/18
    Din alimləri və mütəxəssisləri bu mövzuda bir araya gəlməmişdirlər. Yəni bu mövzu barəsində müxtəlif nəzərlər irəli sürmüşlər. bunu da qeyd edək ki, bu məsələ İslam dininin zəruri və fundamental inancları sırasında deyildir. Qadının hakim olması ilə müxalif olan kəslər icmaya və hədislərə əsaslanırlar. Amma bu ...
  • İslam və şiə nəzərində, insan nə vaxt cəbr və ixtiyar sahibidir?
    9765 Qədim kəlam 2010/10/13
    Dini mənbələrə müraciət etməklə və Quran ayələri və rəvayətlərdən insanın ixtiyar sahibi olması başa düşülür. Bu o demək deyildir ki, insan hər bir işdə ixtiyar sahibidir və heç bir qüdrət onun rəftar və işlərində təsir qoyub hakimiyyət edə bilməz. Bəklə məqsəd budur ki, bütün bu amillər və ...
  • Cəmiyyətin dini dəyişdirilə bilərmi?
    6207 Təzə kəlam 2010/11/10
    Bu sualın cavabında əvvəlcə gərək nəyin nəzərdə tutulduğu aydınlaşdırılsın. Bəzən “cəmiyyətdə dinin dəyişdirilməsi” dedikdə məqsəd hər hansı bir cəmiyyət tərəfindən qəbul olunan haqq və ilahi dinin əslini dəyişdirmək ola bilər. Bu fərzdə söhbət dini ünsür və mərifət məsələsinin dəyişdirilib-dəyişdirilməməsi, sabit qalıb-qalmaması, onun hüdudlarının genişləndirilməsi və ya məhdudlaşdırılması olacaqdır. ...
  • Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə fitnəsini yatırtmaqdan qorxurdumu?
    10705 تاريخ کلام 2012/09/10
    Xəvaric Əlinin (ə) tərəfdarları olan bir dəstə idi ki, Siffeyn döyüşündə hakimiyyət cərəyanında o həzrətdən üz çevirdilər, o həzrətdən itaət etməyib xarici adlandırıldılar. Bunun üçün də onlara Mariqin də deyilir. Xəvariclərin münhərif olması (haqqı azmaları): Bu dəstə bir çox yerlərdə haqqı danmış və ...
  • Allah- Taala, təbii qanunlara tabedirmi?
    5719 Qədim kəlam 2012/02/13
    Təbiət qanunlarının hamısını təsis edən Allahdır. Təbiətinə əsasən öz iradəsindən başqa heç bir əmrin tabeçiliyində deyil. Əgər hansısa əmrlərin (işlərin) yerinə yetirilməsini iradə edə, baş verər. Bu əsnada, bu dünyada hansısa bir qaydanın özündən üstün bir güc vasitəsilə sınması məxsus bir İlahi qaydadır və mümkün olan bir işdir ki, ona ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162923 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155120 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117822 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109778 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99068 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91382 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53394 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45405 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43796 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42967 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...