Ətraflı axtarış
Baxanların
7761
İnternetə qoyma tarixi: 2012/03/14
Sualın xülasəsi
Vaqiə” surəsinin axırlarında buyurulur ki, insan ölümdən dərhal sonra öz əməllərinin nəticəsini görəcəkdir. Bu məsələnin ölüm səkrətləri (anları) ilə ziddiyyəti vardırmı?
Sual
Salam. “Vaqiə” surəsinin axırlarında buyurulur ki, insan ölümdən dərhal sonra öz əməllərinin nəticəsini görəcəkdir: ya kamil rifahda və firavanlıqda, ya da kamil cəhənnəm əzabında olacaqdır. Digər tərəfdən də ölüm anlarının vəziyyəti irəli çəkilir ki, bu, hətta peyğəmbərlərə də şamil olur. Bu iki ayənin arasında necə uyğunluq yaratmaq olar?
Qısa cavab

“Vaqiə” surəsinin 83-87-ci ayələrində ölümdən qabaqkı vəziyyətə işarə olunur. Amma behişt və cəhənnəmlə əlaqədar olan sonrakı ayələr ölümdən sonrakı aləmlə əlaqədardır və ölüm anları ilə əlaqəsi yoxdur ki, onunla da ziddiyyəti olsun.

Ətreaflı cavab

Nəzərdə tutduğunuz ayələr “Vaqiə” surəsinin 86-96-cı ayələridir. Onların barəsində ətraflı bəhs aparmaq üçün əvvəlcə həmin ayələrin tərcüməsini qeyd edirik: “Əgər (yaramaz) əməlləriniz qarşısında heç vaxt cəzalandırılmayacaqsınızsa, onda onu (ruhunuzu) qaytarın, əgər düz deyirsinizsə! Əgər o, müqərrəblərdən olsa, asayişdə, reyhanda və behişt nemətlərindəndir! Əgər yəmin (sağ tərəf) səhabələrindəndirsə, ona deyilər: “Salam olsun sənə yəmin səhabələrindən olan dostların tərəfindən!” Amma əgər təkzib edənlərdən və azğınlardan olarsa, onu cəhənnəmin yandırıcı suyu ilə qarşılayarlar! Onun aqibəti cəhənnəm atəşində olmaqdır. Bu, haqq və yəqin mətləbdir! Belə isə, böyük Allahın adını (hər bir eyib və nöqsandan) pak-pakizə bil və təsbih de!”

Yuxarıdakı ayələrdə bərzəx aləminə işarə edilir. Çünki  insanın bu (maddi) dünyadan başqa bir dünyaya nəql olunmasına hazırlıq məqamı olan ölüm ərəfəsində qərar tutur və halətlərdən biri ilə vəziyyəti tamamilə alt-üst olur: ya ilahi nemətlərə, mənəvi mükafatlara, asayiş və reyhana qərq olur; ya da dərdli əzablara düçar. Ayədə mövcud olan şahidlər göstərir ki, bunların bir hissəsi qiyamətə, digər hissəsi isə qəbirə və bərzəx aləminə aiddir.[1]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən nəql olunan bir hədisdə oxuyuruq: “Vəfatı zamanı möminə verilən behişt nemətləri asayişdən ibarətdir. Qəbrində möminə müjdə verilən ilk şey budur ki, ona deyilər: “Allahın razılığı sənə müjdə olsun! Behiştə xoş gəlmişsən! Allah sənin dəfn mərasimində – qəbrinə qədər gələrək  iştirak edənlərin hamısını bağışladı, onların sənin barəndə verdikləri şəhadətləri təsdiqlədi, sənin bağışlanmağın üçün onların etdiyi duanı qəbul etdi![2]

Əbu Bəsir imam Sadiq (əleyhis-salam)-dan belə rəvayət edir: “Ayədə deyilən “fərovhun və reyhan” – asayiş və reyhan qəbirdədir, lakin əbədi nemətlərlə dolu olan cənnət axirətdədir.”[3]

Yuxarıda işarə etdiyiniz ölüm səkrətlərinə (anlarına) gəldikdə isə, bu, ölümdən əvvəldir və insanın canvermə halına aiddir.[4] Amma ölümdən sonrakı çətinliklər ayədə işarə edilən yalnız üçüncü qrupa, yəni Allahı və haqqı təkzib edənlərə şamil olur. Lakin müqərrəblər və yəmin səhabələri nicat tapanlardır.

Bu barədə əlavə məlumat almaq üçün əlaqədar görünüşlərə müraciət edə bilərsiniz:

“Qiyamətdə sual”, sual 3641 (sayt 4546)

“Şiələrin etiqadına görə qiyamət günü ən mühüm sual”, sual 7490 (sayt 7673)

“Bərzəx aləmi və qiyamət hadisələri”, sual 4905 (sayt 5312)

“Bərzəx və bərzəx həyatı”, sual 3891 (sayt 4160)

“Bərzəxdə savab və cəza”, sual 5674 (sayt 6146)

 


[1] Məkarim Şirazi, Nasir,  "Təfsiri nümunə", 23-cü cild, səh. 287 və 288, “Darul-kutubil-islamiyyə”, birinci çap, Tehran, 1374

[2] Süyuti, Cəlaləddin, “Əddurrul-mənsur fi təfsiril-mə’sur”, 6-cı cild, səh. 166, Ayətullah Mərəşi Nəcəfinin kitabxanası, Qum, 1404-cü qəməri il

[3] Qummi, Əli ibni İbrahim, “Təfsiri Qummi”, tədqiq: Musəvi Cəzairi, Seyid Təyyib, 2-ci cild, səh. 350, “Darul-kitab”, dördüncü çap, Qum, 1368-ci şəmsi il

[4] Ölüm səkrətlərinin (anlarının) mənasının aydın olması üçün aşağıdakı hədisə diqqət yetirin: İbni Abbas rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in ölüm anlarında Fatimeyi-Zəhra (əleyha salam)  dedi: “Ata can! Mən dünyada sənsiz bir an belə, səbir edə bilmərəm. Sabah (qiyamətdə) nə vaxt görüşəcəyik?” Həzrət buyurdu: “Əhl-əyalımdan mənə qovuşan ilk şəxs sənsən. Biz cəhənnəmin üzərindən çəkilən sirat körpüsünün üzərində görüşəcəyik.” Fatimə dedi: “Ata can! Məgər Allah-taala cəhənnəm odunu sənin gözünə və qulağına haram etməmişdirmi?!” Həzrət buyurdu: “Elədir, lakin ümmətim oradan keçincəyə qədər mən orada dayanacağam.”

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Xüsusilə məhərrəm və səfər aylarında çox gülməyin qarşısını almaq üçün bir çıxış yolu göstərin.
    6113 Əməli əxlaq 2012/04/10
    Batini duyğuların və hisslərin bir növ aşkar edilməsindən ibarət olan ağlamaq və gülmək insan mizacının (təbiətinin) normal və təbii nişanələrindəndir. İnsan bu barədə kifayət qədər inkişafa və tutum səviyyəsinə çatmalı, gülməyin və şadlıq vasitələrinin həddi-hüdudu, qayda-qanunları ilə tanış olmalıdır ki, gülmək və şadlıq etmək onun üçün rəzalət ...
  • Nə üçün ölü müctəhidə təqlid etmək caiz deyildir?
    6639 Əhkam və hüquq fəlsəfəsi 2011/05/17
    Ölü müctəhidə təqlid etməyi caiz bilməyən fəqihlər bir çox dəlillərə istinad etmişlər. Həmin dəlillərdən agah olmaq üçün gərək fiqhi kitablara müraciət olunsun. Amma bu sual digər şəkildə də irəli çəkilə bilər. O da bundan ibarətdir ki, bu qrup müctəhidin nəzərindən belə bir hökmün faydası və həqiqətdə onun ...
  • Əgər din insanın dünya və axirət həyatını abadlaşdırmaq üçün gəlibsə, bəs nə üçün bəzi qeyri dini cəmiyyətlərin dünyası daha abaddır?
    5700 Əməli əxlaq 2012/01/08
    İslam gəlib ki, insanlar arasında rabitələri qanunlaşdırsın. Peyğəmbər (s) şəhəri qanun əsasında qurmuş bir cəmiyyətin nümunəsidir ki, insanların bütün rabitələri və əlaqələri qanun əsasında formalaşıbdır. Şəhid Sədrin (rəh) təbiriylə desək İslam bu məfhumların həqiqətə çevrilməyi üçün iki zəmanət qoyubdur. Biri xarici zəmanətlərdir və o biri nizam və quruluşdur ki, qanunun ...
  • “Səfiri Simurq” kitabını kim yazmışdır? Bunda hansı mətləblər mövcuddur?
    6137 Nəzəri irfan 2012/02/18
    “Səfiri Simurq” kitabının müəllifi Şeyx İşraq adı ilə məşhur olan Şəhabuddin Yəhya ibni Həbəş ibni Əmirək Əbul-fütuh Söhrəvərdidir (rəhmətullahi əleyh).“Səfir” hər növ uzadılmış səsə deyilir ki, hərfləri tələffüz olmadan deyilmiş olsun. Bu da iki dodağın arasından xaric olan sədaya deyilir.[i] “Simurq” da əfsanəvi quşlarının ...
  • Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bir qızı olması “Ey Peyğəmbər! Xanımlarına və qızlarına... de” ayəsi ilə necə uyğun gəlir?
    9589 تاريخ بزرگان 2012/06/23
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həzrət Fatimədən başqa digər qızlarının olub-olmaması tarixi bir məsələdir. Aydındır ki, tarixi bəhslərin araşdırılmasının özünə məxsus metodları vardır ki, bu məsələnin isbat və ya inkarı üçün ayənin zahiri mənasına istinad etmək olmaz. Xüsusilə, diqqət yetirdikdə görürük ki, bir çox hallarda Quranın xitab ...
  • Əbu Əli Sina nə üçün məntiq kitabında sıralamanı əvəz etdi?
    6352 İslam fəlsəfəsi 2011/10/03
    İbn Sina məntiqdə iki növ yenilik etmişdir:1.             Məntiq məsələlərində yenilik2.             Məntiqin yazılış quruluşunda yenilikİkinci növ yenilik məntiqin yazılışında onun iki düşüncə tərzinə dəlalət edir. Birinci düşüncə məntiqin bəzi məsələlərinin ...
  • Qeyri müsəlman qadının açıq- saçıq şəkli.
    6647 Nizamlar hüquq və əhkam 2011/10/31
    Naməhrəm qadının şəklinə baxmağın, naməhrəm qadının özünə baxmaqla hökmü ryni deyil. Buna əsasən, əgər baxmaq ləzzət üzündən və günaha düşmək qorxusu olmasa, şəkil də görənin tanıdığı müsəlman qadına aid olmasa, iradı yoxdur. Qeyd etmək lazımdır ki, fiqhi və şərii hökm nəzərindən belə şəkillərə qeyd olunan ...
  • haqqında qeybət olunandan hallallıq almadan edilən qebyətdən tövbə etmək olarmı?
    5671 Əməli əxlaq 2015/05/28
    Qeybətin haqunnas olduğunu nəzərə alaraq, ilk mərhələdə halallıq və razılıq lazımdır. Ondan sonra Allah dərgahında tövbə etmək zalımdır. Amma, hər hansı dəlilə görə qeybət olunmuş şəxsdən hallalıq almaq mümükün olmasa, əgər məsələ açıqlansa daha acınacaqlı hadisələrə səbəb olarsa ...bu halda, Məsum İmamların (əleyhimussalam) rəvayətlərinə əsasən, istiğfar etməli ...
  • Aşura günü necə İmam Hüseyn (ə) və o həzrətin əshabı o halda ki, su az idi qüsl etdilər?
    12237 Məsumların (Əleyhimussəlam) sirəsi 2011/10/17
    Tarix və rəvayətdə imam Hüseyn (ə) və onun əshabının susuzluğu barəsində tədqiq etdikdə və o rəvayət ki, imam və onun əshablarının aşura gününün səhəri verdiyi qüslü verib yuyunma məsələsinə nəzər saldıqda, demək olar ki, tarixdə yalnız bu həqiqətdir ki, İmamın karvanı su əldə etməkdən mühasirəyə salınmış və digəri ...
  • Vəzifəsi cənabət qüslü olan şəxs, qüsl verdikdən sonra dəstəmaz da almalıdırmı?
    15368 Nizamlar hüquq və əhkam 2015/06/29
    Əgər bir nəfər cənabət qüslu veribsə, nə qədər ki ondan böyük və kiçik hədəs vaqe baş verməyib (yəni, dəstəmazı və qüslü batil edən şeylər ondan baş verməyibsə) həmin qüsulla namazını qıla bilər və dəstmaz almağa ehtiyac yoxdur. Amma, əgər dəstəmazı və ya qüslü batil edən işlər baş ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162950 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155180 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117840 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109823 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99138 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91402 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53417 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45450 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43826 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42991 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...