Ətraflı axtarış
Baxanların
7126
İnternetə qoyma tarixi: 2011/10/15
Sualın xülasəsi
Quran vasitəsiylə necə olar ki, İmam Zamanı (ə) və onun zühurunu sabit edək)
Sual
Quran vasitəsiylə necə edə bilərik İmam Zamanı (ə) və o həzrətin zühurunu sabit edək?
Qısa cavab

Əvvəlcə bunu bilmək lazımdır ki, Quran ümumi olaraq söz deyir və onun açıqlaması isə hədislər çərçivəsindədir.

Bu nöqtəyə nəzər saldıqda Quran kərimin iki ayrı- ayrı dəstədə olan ayələrindən o həzrətin varlığını və zühur etməsini sabit etmək olar:

1-           O ayələr ki, İlahi nişanələrin insanlar arasında olmasını zəruri bildirir. O cümlədən Allah Taala öz Peyğəmbərlərinə (ə) buyurur: Həqiqətən sən qorxudan və hər cəmiyyət üçün yol göstərənsən." Bu ayə və bir çox təfsir rəvayətləri o İlahi rəhbərlərin insanlar arasında olmasını bildirərək onları təyid etmişdir.

2-      O ayələr ki, Saleh, zəif və mömin insanların hakim olmasından xəbər verir. Misal üçün Qurani- kərimdə gəlmişdir: "və həqiqətən zəbur və ondan sonra Tövratda (yazmışdıq) yazdıq ki, yer üzünü saleh bəndələr irs (miras) aparacaqdırlar." Quranın başqa bir hissəsində, Allah Taala "vədə" verir ki, saleh bəndələri qüdrət və güc sahibi olacaqlar və dünyada əmniyyət yaradıb dini bütün dünyaya nəşr edəcəklər.

Ətreaflı cavab

İmamın zühuru və o gün ki, gəlib yer üzünü ədalətlə dolduracaqdır, bunu bütün dinlər və məzhəblər qəbul edir. Amma onun bəzi xüsusiyəti barəsində də müxtəlif nəzəriyyələr vermişdirlər. Şiənin əqidəsi budur ki, dünyada nicat verib onu əmin- amanlıqla təmin edən şəxs həzrət Məhdi (ə)- dır.[1]

Buna əsasən ki, Quran insan fitrəti daxilində nazil olmuşdur, hər bir elmi və dini mövzu üçün ən gözəl sənəddir. Əvvəlcə bu nöqtəyə diqqət etmək lazımdı ki, Quran bir növ ümumi söz açır və onu tozih və təfsiri üçün isə Quran elmlərinə sahib olan şəxsə müraciət etmək lazımdır; yəni məsum imamlar (ə)- dan öyrənmək lazımdır. Başqa cür desək Quran ayələrinin məqsədlərini açıqlayıb insanlara çatdırmaq məsuliyyəti İlahi rəhbərlərin öhdəsinə qoyulmuşdur.[2]

Bu sualın cavabında bu mövzuyla əlaqəsi olan ayələrə işarə edirik və əlbəttə bəzi yerlərdə ayəni daha yaxşı dərk etmək üçün Əhli- beytdən (ə) bizə çatan rəvayətlərdən də istifadə edəcəyik. Beləliklə bu iki dəstə Quran ayələrindən İmamın varlığını sabit etmək üçün istifadə etmək olar:

1-             O ayələr ki, İlahi rəhbərlərin insanlar arasında olmasını zəruri bilir.

2-             O ayələr ki, möminlər, saleh insanlar və zəiflərin yer kürəsinə rəhbərlik etmələrindən xəbər verir.

1.             O ayələr ki, İlahi rəhbərin yer kürəsində olmasını zəruri bilir:

"Qurani kərimin" nəzərində, insan həyatında, yer üzü heç bir zaman İlahi rəhbərlərdən boş olmamış və Allah hər bir ümmət üçün münasib bir şəxsi təyin etmişdir ki, insanları hidayət yoluna doğru dəvət etsin. O cür ki, Allah Taala buyurur:

«إِنَّما أَنْتَ مُنْذِرٌ وَ لِکُلِّ قَوْمٍ هاد»[3] 

Bəs insanlar, arasında hər bir zaman İlahi rəhbər olmuşdur ki, onları hidayət etsin. İmam Sadiq (ə) işarə olunan ayənin təfsirində buyurur:

Hər bir dövrdə bizim nəslimizdən bir imam vardır insanları Allahın rəsulu gətirən (islam dininə) o yola hidayət etsin.[4]

Bu cür ayə və rəvayətlərdən İlahi rəhbərin hər bir əsrdə insanların hidayəti üçün gəlməsinin zəruri olmasını dərk etmək olur. Məsum imamın cəmiyyətdə zəruri olmasına başqa bir dəlil budur ki, Quranı açıqlayan və təfsir edən bir şəxsə ehtiyac vardır; İmamdan başqa heç bir kəs Quranın bütün ayələrini təfsir etməyə qüdrəti yoxdur. Bəs ağıl bunu tələb edir, Peyğəmbərdən (s) sonra məsum imam lazımdır.[5]

İmam Rza (ə) İmamın zəruri olması barəsində buyurur: "Əgər yer kürəsi bir göz qırpımında İlahi höccətdən boş olarsa, öz əhlini özündə qərq edər.[6]

Məsum imamlar (ə) varlığını rahatlığı və əmin- amanlığı deməkdir. Allah ilə bir vasitədir ki, Allah bütün nemət və bərəkəti onların vasitəsiylə insanlara verir. Əgər bir anlıq olar olmasa yer öz əhlini özünə çəkəcəkdir.[7]

Amma bu imamın kim olması haqqında çoxlu rəvayətlər vardır ki, İmam Həsən Əsgəri (ə)- ın övladının olmasını bildirir.[8]

2.             İkinci dəstə ayələr ki, mömin, saleh və zəif insanların yer kürəsinə rəhbərlik etməsindən xəbər verir:

Onlarla ayələr əsasında, İmam Məhdinin (ə) zühurunu sabit etmək olar, bu ayələrin diqqəti daha çox saleh və zəif bəndələrin haqlarının özlərinə qaytarılması və qüdrət sahibi olub dünyada bir hökumətin təşkil olunmasından xəbər verir ki, haqq və ədalət əsasında isbatın bütün dinlərə qələbə əldə etməsindən söhbət açır.

Qurani- kərim bir tərəfdən açıqlayır bu xəbər başqa səmavi kitablarda da gəlmişdir." Və o cür ki, (Tövrat)- da qeyd etdikdən sonra Zəburda yazdıq ki, yer kürəsini mənim layiqli bəndələrim irs (miras) aparacaqdırlar.[9]

Başqa bir tərəfdən isə bu xəbəri Allahın iradəsiylə əsalandırır: Və istədik yer üzünü zəiflərə minnət qoyaq və onları rəhbər qərar verək.[10] Bu ayələr zühurdan xəbərdarlıq edirlər ki, onun təfsirində çoxlu rəvayətlər vardır və bu da bizim iddiamızı və fikrimizi isbat edir.

Başqa bir ayədə isə Allah möminlərin canişin və rəhbərlik etmələrini, mömin bəndələri üçün "İlahi vədə" kimi açıqlayıb əmniyyət və rahatlığı onlar üçün müjdə verir: Allah Taala sizlərdən o şəxslər ki, iman gətirmişdilər və yaxşı əməl sahibi olmuşdurlar, vədə verir ki, həqiqətən onları yer üzündə (öz canişini qərar verəcək və o din ki, onlar üçün seçmişdir onlar üçün xeyirli, qorxularını əmniyyətə çevirəcəkdir ki, ibadətlərinə riayət etsinlər və ... [11]

Məsum imamların (ə) rəvayətləri bu ayəni həzrət Məhdi və onun əshabına şamilolduğunu bildirir.[12]

İmamın zühurunu gözləmək və onun intizarında olmaq özü geniş bir bəhsdir ki, bu da "zühur" və həzrətin (ə) həyatda olmasına dəlalət edir ki, Quranda və məsumların (ə) rəvayətlərində ona işarə olunmuşdur.

«و ارتقبوا انی معکم رقیب»[13] 

Başqa bir hədisdə İmam Rza (ə) qeyd olunan ayənin təfsirində imam Zamanın intizarını çəkməyi rahatlıq kimi açıqlamışdır.[14]

Nəticə:

İşarə olunan ayə və rəvayətlərdən istifadə olunur, Allahın lütf və hikməti əsasında insan tarixində İlahi rəhbərlər həmişə insanlar arasında olmuş və onları pis işlərdən çəkindirib xeyir işlərə dəvət etmişdirlər. Allah Taala onların varlığının bərəkətini yer üzündə (əbədi) həmişəlik etmişdir.

Həzrət Məhdi (ə) bu dövrdə dünyanın rəhbərlik və imamlıq məqamını daşıyır və bir gün zühur edəcəkdir.[15]



[1] - Əlavə məlumat üçün bax: Göstərici: İmam Zaman (ə) və dinlər sual 1428 (sayt 1631).

[2] - Səqəleyn hədisi, müstədrəke hikəm, cild 3, səh 148. Beyrut, Darul- mərifət intişaratı.

[3] - Həqiqətən sən qorxudan və hər bir cəmiyyət üçün rəhbərsən, Rəd, surəsi, ayə 7.

[4] - Biharul- ənvar, cild 23, səh 5.

«و فی کل زمان امام منا یهدیهم الی ماجاء به رسول الله (ص)»

[5] - Bəniyi İsfahani, Seyyidə Nüsrət əmin, Məxzənul irfan dər təfsire Quran, cild 3, səh 39, Nəhl surəsi, ayə 44- ün tozihi.

[6] - Biharul- ənvar, cild 23, səh 29, qeyd olunmuş mənbədə bu məzmunda olan başqa rəvayətlərdə qeyd olunmuşdur.

[7] - Biharul- ənvar, cild 23, səh 56, ağıl bunu tələb edir ki, hər bir zaman səmavi rəhbərin olması lazımdır.

[8] - Bax: Muntəxəbul- əsər, Nəcmul- saqibə, Biharul- ənvar, cild 23, və...

[9] - Ənbiya surəsi, ayə 150.

«و لقد کتبنا فی الزبور من بعد الذکر ان الارض یرثها عبادی الصالحون»

[10] - Qəsəs surəsi, ayə 5.

[11] - Nur surəsi, ayə 55.

[12] - Bax: Ümude səbz, səh 34. Fərzi Məhəmməd əli,

[13] - Hud surəsi, ayə 93. İntizar çəkin ki, mən də çəkirəm.

[14] - Əl- mizan, səh 393- 394.

[15] - Əlavə məlumat əldə etmək üçün bax: moudu tanımaq və şübhələrə cavab, Rizvani Əliəsgər, səh 287- 298.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Bütün peyğəmbərlərin adını zikr edə bilərsiniz?
    4131 تاريخ بزرگان 2019/09/22
  • Məsum kəlməsinin xarici mənası nədir?
    9558 Qədim kəlam 2012/06/13
    İsmət daxili bir qüvvə və nəfsani bir xüsusiyyətdir ki, ona sahib olanı günah etməyi düşünməkdən (o ki, qala günah etməyə) saxlayır. Elmi termində, səhv, unutqanlıq və günahdan qorunmaq mənasındadır. Ümumi bir bölümdə ismət iki növdür: 1. Ümumi məsumluq və günahdan qorunma.
  • Kişilər üçün ağ qızıldan istifadə etmək haramdırmı?
    16818 Nizamlar hüquq və əhkam 2012/04/09
    Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Əgər ağ qızıl adlandırılan şey (metal) başqa bir maddə qarışdırılmasına görə rəngi ağaran həmin sarı qızıldırsa, haramdır. Amma əgər qızılın miqdarı camaat arasında qızıl adlandırılmayacaq dərəcədə az olsa, eybi yoxdur. Platinin də eybi yoxdur. Ayətullah əl-uzma Sistaninin ...
  • Başqa planetlərdə yaşamaq olarmı?
    6195 Nizamlar hüquq və əhkam 2011/05/05
    Başqa planetdə yaşamaq sualı iki cəhətdən araşdırıla bilər: 1). Görəsən bağqa planetlərdə yaşayış varmı? Biz onun nişanələrin görə bilirikmi? Görəsən başqa planetlərdə yaşamaq imkanı insanlar üçün realdırmı? İnsan o yerlərə gedib çıxa bilərmi?. Bu suallara cavab vermək bizim deyil, əksinə astronomların və ...
  • Misir müsəlmanlarının imam Əliyə (ə) inancları vardırmı?
    5713 تاريخ بزرگان 2012/09/01
    Misir dövləti İslamın mühüm mərkəzlərindən biridir və Misir xalqı Əhli- beytə xüsusi hörmət və sevgi bəsləyirlər. İranın Misirdəki mədəniyyət nümayəndəsi cənab Dr Zəmani bu barədə belə deyir: Bu ölkənin bütün əhalisini Əhli- beyit (ə) və Peyğəmbər (s) aşiqi hesab etmək olar. Onlar pak İmamlara (ə) şiddətli şəkildə ...
  • Bədgüman olmağın amilləri nədir? Onun müalicə yolları nədir?
    9637 Əməli əxlaq 2012/04/19
    Din təlimlərində başqalarını çirkin güman edən şəxsə “bədgüman” deyilir. İslam mənbələrində bu məsələ barəsində gələnləri araşdırırıq: Bədgümanlıq – başqaları barəsində sui-zən, pis xəyallar etmək və mənfi fikirləşməkdir. Başqa sözlə desək, bədgümanlıq budur ki, insan başqalarının sözü və rəftarı barəsində pis fikirlər və yaramaz xəyallara malik ...
  • Əl telefonuna enerji yükləməkdən ötrü məscidin işığından istifadə etmək olarmı?
    5147 Məscidlərin və müqəddəs yerlərin əhkamı 2015/06/02
    Baxmayaraq ki, məscidin işığından və vəsilələrindən şəxsi məsələlərdə istifadəsinə icazə yoxdur amma, dəqiq bilinsə ki, məscidi tikən və ya onun şəri hamisi bu işə icazə versə, iradı yoxdur. Əlavələr: Təqlid mərce müctehidlərinin bu mövzuda nəzərləri:[1] Həzrət ayətullah üzma Xamnei (Allah qorusun); Əgər vəqf olunana ...
  • İstehsal məhsullarının satış qiymətini şəriət hakimi təyin edirmi?
    5781 İqtisad fəlsəfəsi 2011/09/12
    İslam iqtisad sistemində bazarda qiymət istehsal-tələbat əsasında təyin olunur, lakin bu bazar hökumətin dəyişkən, şəriətin isə sabit qanunları tərəfindən məhdudlaşdırılır və dövlət tərəfindən ona nəzarət edilir. Əlbəttə, əgər dövlət müəyyən hallarda xüsusi bir qiymət təyin edilməsinin islam və müsəlmanların mənafeyini təmin etdiyini ayırd edərsə, onlara qiymət qoya bilər. ...
  • İşlədiyim bir müəssisədən öz haqqımı almaq üçün nə etməliyəm?
    6034 Əməli əxlaq 2011/06/18
    Şiə fiqhinin ən mühüm bəhslərindən biri də fəhlə və işçi tərəfin hüququ məsələsidir ki, icarə (etmək haqqı) və cüalə kitablarında bəhs olunmuş və onun hökümləri (bir halda ki, qarşılıqlı heç bir tərəfin haqqı digərində qalmasın) açıqlanmışdır. İlk şey ki, ona təkid olunmuşdur, "Müqavilənin" yazılması və fəhlənin əmək ...
  • Фәлсәфә вә ирфан китабларында назил олма вә јүксәлмә гөвсләриндән сөз ачылыр. Бунун нә олдуғуну изаһ едәрдиниз вә бир-бири илә нә фәрги вар?
    6757 Nəzəri irfan 2010/09/29
    Варлыг һәгигәтинин ики тәрәфи вар. Бир тәрәфдән сырф әмәл вә мүтләг камала чатмаға, диҝәр тәрәфдән исә сырф гүввә вә сон нөгтәјә јетишмәјә чатыр. Бу ики тәрәф арасындакы фасиләни исә варлығын орта сәвијјәли мәрһәләләри тәшкил едир. Варлығын нуру өз илк варлыг мәрһәләсиндән јалныз, орта ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162913 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155070 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117807 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109758 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91359 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53384 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45347 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43775 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42938 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...