Ətraflı axtarış
Baxanların
7600
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
Xahiş edir ki, “Cəmkəran” məscidi və onun inşası ilə əlaqədar izah verəsiniz.
Sual
Xahiş edir ki, “Cəmkəran” məscidi və onun inşası ilə əlaqədar izah verəsiniz.
Qısa cavab

İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-ə mənsub edilən müqəddəs məkanlardan biri də Qum şəhərinin altı kilometrliyində yerləşən müqəddəs “Cəmkəran” məscididir. Bu məscid min il bundan qabaq İmam Zaman (əleyhis-salam)-ın bir nəfərə (yuxuda deyil) ayıqlıqda verdiyi fərman əsasında inşa olunmuşdur. Bu məscid o həzrətin kəramət və inayətlərinin cilvəgahı, Ali-Muhəmməd (səlləllahu əleyhi və alih)-in Qaiminə aşiq olanların və müntəzirlərin görüş yeridir.

Mərhum Mirzə Hüseyn Nuri “Cəmkəran” məscidinin təsis və inşa tarixçəsi ilə əlaqədar Şeyx Səduqun müasiri olan Şeyx Fazil Həsən ibni Həsən Qumminin dilindən “Tarixi Qum” kitabından[1] (“Munisul-həzin fi mərifətil-həqq vəl-yəqin” kitabından nərlən)[2] belə nəql etmişdir:[3]

Saleh Şeyx Həsən ibni Müslə Cəmkərani deyir: Mən 393-cü hicri ilinin mübarək Ramazan ayının 17-də tək günü evdə yatmışdım. Birdən bir dəstə adam evimin qapısına gəlib məni yuxudan oyatdılar və dedilər: “Ayağa qalx və imam Zaman (əleyhis-salam)-ın istəyinə cavab ver! O səni çağırır.” Onlar məni hazırkı “Cəmkəran” məscidinin yerləşdiyi məkana gətirdilər. Həzrət Məhdi (əccələllahu təala fərəcəhuş-şərif) məni öz adımla çağırıb buyurdu: “Get, Həsən ibni Müslimə de ki, bu yer şərafətli bir yerdir, Allah-taala bu yeri digər yerlər arasından seçmiş və ona şərafət bağışlamışdır, (amma) sən onu götürüb öz yerinə qatmışsan ... (Sonra buyurdu:) Camaata de ki, bu məkana rəğbət bəsləsinlər və onu əziz saysınlar.”[4]

Mərhum ayətullah əl-uzma Mər’əşi Nəcəfi də “Cəmkəran” məscidinin müqəddəs bir məkan olmasını təsdiqləyərək buyurmuşdur: “Bu şərafətli məscid üstündən təqribən 1202 il keçdiyi qeybəti-suğradan indiki dövrə qədər bütün şiələr tərəfindən ehtirama layiq görülür. Böyük şeyximiz mərhum Səduq “Munisul-həzin” adlı bir kitab da yazmışdır. Mən onun nüsxəsini görməmişəm, lakin ustadım mərhum Hacı Mirzə Hüseyn Nuri o kitabdan nəql etmişdir. Bir sözlə, müqəddəs “Cəmkəran” məscidi böyük İslam alimləri və mühəddisləri tərəfindən ehtirama layiq görülmüş, ondan çoxlu kəramətlər müşahidə olunmuşdur.”[5]

Amma bu məscidin inşa səbəblərinə gəldikdə isə, qeyd etmək lazımdır ki:

Əvvəla:

İslam mədəniyyətində məscidin özünəməxsus mövqeyi vardır. İslamın mənəvi və tövhid qərargahı ünvanı ilə məscidə verdiyi əhəmiyyət və etibar heç bir başqa qurumlara verilməmişdir. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Mədinəyə hicrət etdikdən sonra ilk və mühüm tədbiri məscid tikmək idi. Müqəddəs Qum şəhərinin dünya səviyyəli mövqeyinə, dini-strateji əhəmiyyətinə diqqət yetirməklə, eləcə də rəvayətlərdə ona dair edilən ciddi tövsiyələrə nəzər yetirməklə, imam Zaman (əleyhis-salam)-ın bu əzəmətli-mənəvi qərargahı təsis etməkdə əsas məqsədi qeybəti-kubra dövründə o həzrətin intizarını çəkən möminlərə ruh yüksəkliyi vermək olmuşdur. Bu inayətlər imamların (əleyhimus-salam) müqəddəs Qum şəhərinin şiə dünyasının ilk böyük qərargahı ünvanı ilə təkid etdiklərinə və onların diqqət mərkəzində olduğuna bir əsasdır.

İkincisi:

“Cəmkəran” məscidi buna görə təsis olmuşdur ki, imam Zaman (əleyhis-salam)-ın inayət və kəramətlərinin cilvəgahı, Ali-Muhəmməd (səlləllahu əleyhi və alih)-in Qaimini sevənlər və onun müntəzirlərinin görüş yeri olsun. Bu görüş fitnələrlə dolu olan qeybət dövründə baş verir. Belə ki, insanlar bu nurani məkana müraciət və o həzrətin kəramət və inayətlərini müşahidə etməklə imanlarını gücləndirsinlər, cin və insanlardan olan şeytanların hiylələrindən, düşmənlərin dini sahələrdə icad etdiyi şəkk-şübhələrdən amanda qalsınlar.

Üçüncüsü:

Bu məscidin inşa dəlillərindən bir kimi bu məsələyə işarə etmək olar ki, insanlar bu məscidin xeyir-bərəkətlərindən bəhrələnsinlər, özlərini imam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-in hüzurunda görsünlər, qəlblərində olan dərdlərini o həzrətə təqdim etsinlər və bəşəriyyət aləminin yeganə xilaskarların zühuru üçün dua etsinlər.

Ümumiyyətlə, əhalisinin hamısı şiə olan bir cəmiyyətdə, eləcə də əsil “Məhdilik təfəkkürü”nün tənzim olunması, intizar ruhunun gücləndirilməsi, zühur hərəkatı ilə əlaqədar müxtəlif din və məzhəblərin dünya görüşlərinin sahmana salınması və nəhayət bəşəriyyətin xilaskarı və ilahi şəxsiyyətinin müxtəlif yönlərinin tanımasında müqəddəs “Cəmkəran” məscidi kimi böyük bir mərkəzin varlığının zərurəti inkar olunmur.



[1] Bu kitab Mirzə Hüseyn Nurinin (r) kitablarındandır.

[2] Bu, Şeyx Səduqun kitabıdır.

[3] Mirzə Hüseyn Təbəri Nuri, “Nəcmus-saqib”, 9-cu cild, səh. 5

[4] “Cəmkəran” məscidinin inşası ilə əlaqədar ətraflı məlumat üçün “Nəcmus-saqib”, səh. 383-392 və “Cəmkəran” məscidinin xüsusi saytına müraciət edə bilərsiniz.

[5] Yenə orada, səh. 46

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Həzrət Fatimeyi-Zəhra (əleyha salam)-ın çox da ömür sürmədiyi halda ilahi peyğəmbərlərin məqamına çatması qəribə deyildirmi?!
    5615 Qədim kəlam 2012/01/19
    Qurani-kərimin aşkar buyurduğuna görə həzrət İsa (əleyhis-salam) beşikdə olan zaman Allah dərgahında yüksək bir məqama malik olmuşdu:فَأَشارَتْ إِلَیْهِ قالُوا کَیْفَ نُکَلِّمُ مَنْ کانَ فِی الْمَهْدِ صَبِیًّا  قَالَ إِنِّی عَبْدُ اللَّهِ آتانِیَ الْکِتَابَ وَ جَعَلَنِی‏ نَبِیًّا وَ جَعَلَنِی‏ مُبَارَکاً أَیْنَ ما کُنْتُ وَ أَوْصَانِی‏ بِالصَّلاةِ وَ الزَّکاةِ ...
  • Əl verməyin, naməhrəmlə təmasda olmağın və hicabın olmamasının cəzası nədir?
    9610 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bizim dini mətnlərdə sualda deyilən günahlar üçün axirət cəzaları bəyan olubdur ki, nümunə olaraq neçə rəvayətlə kifayətlənirik: Naməhrəmə əl vermək: Əziz Peyğəmbər (s) bu barədə buyurubdur: 1.Hər kəs naməhrəm qadına əl verə, qiyamət günündə zəncirə çəkilmiş halda məşhur olar ...
  • Quranda kişilərin qadınlara nisbət üstünlüyünün açıqlanması, qadınların təhqir olunmasına və kişilərin fəxrlənməsinə səbəb olmur?
    17486 Təfsir 2012/09/01
    Qurani- kərimin bir sıra ayələrində kişilərin qadınlara nisbət üstünlük məsələsi bəyan olubdur. Bu mövzunun açıqlanması kişiləri bütün sahələrdə üstün bilmək mənasına deyil. Bir çox alimlərin və təfsirçilərin nəzərinə əsasən kişilərin qadınlara nisbət üstünlüyünün səbəbi kişilərin bir sıra xüsusiyyətlərə sahib olmasıdır ki, onların vasitəsiylə ailəni idarə etmək vəzifəsinə ...
  • Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir haldaki, hazırda bəşər aya və başqa planetlərə gedir?
    16378 Təfsir 2013/02/03
    "Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz!" «یَا مَعْشَرَ الجِْنّ‏ِ وَ الْانسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُواْ مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَ الْأَرْضِ فَانفُذُواْ لَا تَنفُذُونَ إِلَّا ...
  • Cəhənnəm və behiştdə şəxslərin yaşı nə qədər olacaq?
    6325 Təfsir 2012/02/09
    Yaşın və ilin dəyişməsi ilə insanların şəklinin dəyişməsi bu dünyaya aid olan mövzularındandır, amma axirət aləmi, məxsusən behişt belə təsvir edilməz ki, insanlar müxtəlif şəkl və qiyafələrdə, məsələn bir dəstə kiçik yaşlı, bir dəstə orta yaşlı, bəziləri qoca və s... olalar. Hətta əgər axirət aləminin də maddi ...
  • шиә етигадында виләјәти-фәгиһин һансы мәгамы вар?
    5640 Təzə kəlam 2009/11/10
    Шиә әгидәсинә ҝөрә гејбәт әсриндә вилајәти-фәгиһ мәсум Имамларын (ә) вилајәтинин давамыдыр. Онларын вилајәти, мәсум Имамларын (ә) вилајәтинин Пејғәмбәрин (с) вилајәтинин давамы олдуғу кимидир. ...
  • Məsxərə etməyin dəqiq mənası nədir? Karikatura çəkmək də məsxərənin nümunəsi hesab olunmur?
    11804 Nizamlar hüquq və əhkam 2012/03/14
    Lüğət alimləri və Quran müfəssirlərinin əksəriyyəti məsxərə və istehzanın eyni məna daşıdığını demişlər. Məsxərə və istehza etməyin mənası odur ki, bir şəxsi təhqir etsinlər, onun məqam və şənini alçalsınlar, yaxud dini və insani təlimlərdən, prinsiplərdən və əsaslardan hər hansı birini dəyərsiz qələmə versinlər və ona rişxənd etsinlər. ...
  • Kərbəla hadisəsindən sonra imam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının başına nə gəldi?
    13516 Nizamlar hüquq və əhkam 2012/01/18
    İmam Hüseyn (əleyhis-salam)-ın beş həyat yoldaşı var idi. Bəzi tarixçilər o həzrətin bu qadınlardan dünyaya gələn övladlarının sayını altı, bəziləri isə altından çox qeyd etmişlər. Həzrətin həyat yoldaşları aşağıdakılar idi:1. Şəhrbanu, 2. Leyla, 3. Qüzaiyyə qəbiləsindən olan bir qadın (o, İmam (əleyhis-salam)-ın salığında dünyadan getmişdi), 4. Rubab, 5. Ümmü ...
  • Yer kürəsindən xaricdə, məsələn Ayda vəfat edən insanın məhşərə gəlməsi necə olacaqdır?
    5806 Qədim kəlam 2012/01/18
    Yer kürəsindən xaricdə dünyadan gedən şəxs barəsində verilən sualın cavabında diqqət yetirmək lazımdır ki, məhşər səhnəsi (yeri) bizim Yer kürəsindən təsəvvür etdiyimizdən əsaslı və köklü fərqlərə malikdir. Qiyamətin əvvəlində Yer kürəsi hazırkı şəklindən tam başqa formaya düşəcək, onda və bütün varlıq aləmində böyük, əsaslı dəyişikliklər baş verəcəkdir. Nəticədə məhşər səhrasının ...
  • Üzün gözəlliyi üçün zikr varmı?
    27543 Əməli əxlaq 2012/07/18
    İslam nəzərindən gözəllik, maddi və mənəvi gözəlliyə bölünür. Üzün mənəvi gözəlliyi, namaz kimi mənəvi işlərlə əldə olunur. Amma üzün zahiri və maddi gözəlliyi, təbii formada maddi əməllər vasitəsi ilə əldə olunur. Mənəvi gözəllik rəvayətlər nəzərindən: Mənəvi gözəllikdə müxtəlif zikr və əməllər təsirlidir. Məsələn rəvayətlərin birində ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162917 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155089 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117815 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109768 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99012 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91372 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53389 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45370 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43783 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42952 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...