Ətraflı axtarış
Baxanların
5605
İnternetə qoyma tarixi: 2015/04/17
Sualın xülasəsi
Özünü müdafiə edərkən insanın başqasını yaralamasının və ya qətlə yetirməsinin şəri hökmü nədir?
Sual
İctimai yerlərdə dava-dalaş törədən, problem yaradan, yaxud insana ehtiramsızlıq və ya təhqir edənlərlə əlbəyaxa olmağın, dalaşmağın hökmü nədir? Əgər bir kəs evindən kənarda özünü müdafiə edərkən əsəbilik, yaxud nadanlıq üzündən, həm də özündən asılı olmayaraq başqasını yaralasa, yaxud qətlə yetirsə, bunun şəri hökmü nədir?
Qısa cavab
Cəmiyyətin ayrı-ayrı fərdləri arasında baş verən ixtilaflarda tərəflərdən heç birinin qarşı tərəfə fiziki güc işlətmək, yaxud savaşmaq haqqı yoxdur.[1]
İslam nəzərindən ixtilafların həll edilməsinin və haqqın öz sahibinə qaytarılmasının yeganə yolu xeyirxah insanlara, yaxud islam qazisinin məhkəməsinə müraciət etməkdir. Buna görə də əgər bir şəxs, onun haqqını aradan aparan bir adamla savaşaraq onu vursa və nəticədə ona xəsarət dəysə, islamın cəza qanunlarına müvafiq olaraq qarşı tərəfin ondan qisas almağa və ya diyə almağa haqqı var.
İnsanın özünü, namusunu, mal-dövlətini oğrudan, cinayətkar şəxslərdən və sairdən qoruması lazım və qanuni bir işdir.[2] Amma gərək müdafiə zamanı bu cinayət işlərinin qarşısını alan vasitələrin tərtibinə riayət etsin və onun ən aşağı səviyyəsinə kifayətlənsin.
و مراتب در دفاع واجب يا جائز در غير محارب، رعايت آنها در سهولت و صعوبت لازم است؛ و اگر هيچ وسيله براى نجات، محتمل نبود، پس در حرمت استسلام و وجوب و دفاع هاى ضد تسليم شدن (به مقدار ممكن) تأمل است
Böyük fəqihlərdən bəziləri bu barədə buyurur: “Qeyri-müharib hallarında vacib, yaxud caiz müdafiənin mərtəbələrinə – asanlıq və çətinlik cəhətindən riayət etmək vacibdir. Əgər nicat üçün heç bir vasitəyə ehtimal verilməzsə, bu halda təslim olmağın haramlığında, təslimin ziddinə olan müdafiənin vacibliyində (mümkün olan qədər) təəmmül vardır.”[3]
Bununla belə, əgər bir şəxs özünü, mal-dövlətini və ya namusunu müdafiə edərkən ixtiyarsız olaraq qarşı tərəfin yaralanmasına və ya qətlinə səbəb olarsa, gərək səlahiyyətli məhkəmədə kifayət qədər şahid və dəlil-sübutla özünün müdafiə halında olduğunu isbat etsin, yaxud müdafiə halında olmamışsa da, qəsdən olmadan  qarşı tərəfi yaralamış və ya qətlə yetirmiş olsa, bu cinayətin qəsdən olmadığını sübuta yetirə bilsin. Belə olan halda diyə verməsi vacibdir. Bundan qeyri hallarda əgər mövcud dəlillər və zahiri şahidlər iddiasından başqa bir şey olsa, onun iddiası qəbul olunmur, məhkəmə mövcud və zahiri dəlillərə uyğun olaraq ondan qisas alınmasına hökm edir.
Nəticə: Rəvayətlərdən və fəqihlərin sözlərindən əldə olunan məsələ aşağıdakılardan ibarətdir:
1. İnsanın öz canını, namusunu və malını müdafiə etməsi caizdir;
2. İnsan bunları müdafiə halında qətlə yetirilsə, şəhidin savabına malik olur;
3. Müdafiənin müxtəlif mərhələləri vardır. Belə ki, əgər cinayətkar və təcavüzkar şəxsi öldürməkdən başqa bir yolla müdafiə olunmaq mümkün olmazsa, caninn qanı hədərdir, yəni qatil nə diyə verməlidir, nə də ondan qisas alınmalıdır. Əlbəttə, mal-dövlətlə əlaqədar məsələlərdə buna üstünlük verilir ki, insan öz malından keçsin və mümkün qədər səy etsin ki, mal-dövlətlə əlaqədar dava-dalaşa, qətlə səbəb olmasın. Misal üçün, buyurmuşlar ki, oğru fərar etdiyi zaman onu öldürmək caiz deyildir.
4. Məhkəmədə müdafiənin isbat olunmasının onun caiz olması ilə heç bir əlaqəsi yoxdur.[4]
Bu bəhsin çoxlu təfərrüatı vardır ki, başqa yerlərdə araşdırılmalıdır. Amma ümumi cavab yuxarıda qeyd olunanlardan ibarətdir.
 

[1] Hətta əmr be məruf və nəhy əz münkər hallarında da, İslam respublikasının bərqərar olduğu hazırkı zamanda adi camaatın şifahi xəbərdarlıq etmək və yol göstərməkdən başqa vəzifələri yoxdur. Əmr be məruf və nəhy əz münkərin növbəti mərhələsi (fiziki güc işlətmək və tənbeh etmək) polis qüvvələrinin və qazilərin vəzifəsidir.
[2] “Camiul-məsail” (Ayətullah Behcət (rəhmətullah əleyh)), 5-ci cild, səh. 212: “İnsanın zəruri ehtiyac duyuğu və qorunub saxlanması vacib olan malı müdafiə etmək vacibdir, hətta başqası tərəfindən onun yanında əmanət qoyulmuş olsa da. Bu zaman onu oğruya təhvil vermək caiz deyildir. Bundan qeyri hallarda, əgər nəfsin (canın) tələf olması ehtimal verilməsə, caizdir.”
[3] “Camiul-məsail” (Ayətullah Behcət), 5-ci cild, səh. 213
[4] “Əl-qəvaidul-fiqhiyyə” (Məkarim), 2-ci cild, səh. 32; “Məbaniye Təhriril-vəsirə”, 1-ci cild, səh. 428; “Məbaniye Təkmilətul-minhac”, 41-ci cild, səh. 423; “Əl-məbsut fil-fiqhil-imamiyyə”, 8-ci cild, səh. 76; “Təzkirətul-fuqəha”, 9-cu cild, səh. 435; “Məsalikul-əfham ila tənqihi şəraiil-islam”, 15-ci cild, səh. 52; “Vəsailuş-şiə”, 15-ci cild, səh. 120-123
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162871 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154924 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117746 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109683 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98782 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91290 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45205 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43710 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42874 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...